Ata və qızı müavinət almaq üçün gizli şəkildə EVLƏNDİLƏR
Icma.az bildirir, Olke.az portalına istinadən.
ABŞ-da ata və qızın gizli toyu olub.
"Ölkə.az" xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
İndiana ştatında 59 yaşlı Bredli Makkalla qızı Kimberli Tempelin nikahı ətrafında qalmaqal yaşanır. Məhkəmə sənədlərinə görə, cütlük Kimberlinin atasına aid olan aylıq veteran müavinətlərini gizli şəkildə toplaması üçün evlənib.
Mediada yayılan xəbərlərə görə, evlilik lisenziyası üçün müraciət edərkən Tempel yalan danışaraq, Makkalla ilə yaxın qohum olmadığını iddia edib və onların əmiuşağından daha yaxın olmadığını bildirib.
Evliliyi Makkallanın bacısı aşkar edib və polisə xəbər verib. O, həmçinin səlahiyyətlilərə Makkallanın ata olması ehtimalının 99,9% olduğunu təsdiqləyən DNT testinin nəticələrini təqdim edib.
Tempel nikah müqaviləsində yalan məlumat vermək və nikah zamanı hələ də evli olduğu halda ikinci evliliyə cəhd ittihamı ilə həbs edilib. Daha sonra o, zaminə buraxılıb.
İndiana qanunu, əmiuşağı istisna olmaqla, 65 yaşdan yuxarı yaxın qohumlar arasında nikahı qadağan edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 28 Fevral 2025 06:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















