ATACMSla Rusiyanın vurulmasına Türkiyə MNdən reaksiya
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Türkiyənin Müdafiə Nazirliyi Ukraynanın ABŞ istehsalı olan ATACMS raketlərindən istifadəsinin yeni qarşıdurmalara səbəb olmayacağını ümid etdiyini bildirib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası MN-dəki mənbələrə istinadla məlumat yayıb.
“Ukraynanın ABŞ istehsalı olan ATACMS raketlərindən istifadəsi, Moskvanın cavab bəyanatları və Rusiyanın yeni nüvə doktrinasını təsdiq etməsi müharibənin istiqaməti baxımından narahatlıq doğurur. Ümid edirik ki, mövcud münaqişə yaxın gələcəkdə başqa bir müstəviyə keçməyəcək”, – mənbə bildirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bildirib ki, ABŞ-ın ATACMS raketlərinin Ukrayna ərazisində istifadəsinə icazə verməsi regionu və bütün dünyanı yeni genişmiqyaslı müharibə təhlükəsi ilə üz-üzə qoya bilər.
Baxış sayı:93
Bu xəbər 21 Noyabr 2024 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















