Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Ataman ən yaxşı baş məşqçi sayıldı, Şəngün rəmzi yığmaya düşdü

Ataman ən yaxşı baş məşqçi sayıldı, Şəngün rəmzi yığmaya düşdü

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Kişi basketbolçular arasında Avropa çempionatının yekunlarına toxunmuşduq.

Xatırladaq ki, Türkiyə yığması finalda Almaniyaya 83:88 uduzmaqla tarixində ilk dəfə qitə çempionu olmaq şansını əldən verdi. 2-ci dəfə bu uğura nail olan almanların baş məqşqçisi Alan İbrahimoviç isə qələbəni belə şərh edib:

“Xoşagəlməz vəziyyət üzündən komandanı çalışdırmalı oldum. Aleks Mumbru komandanın baş məşqçisidi, bu komandanın bir hissəsi olmaq mənim üçün böyük şərəfdi. Mən həm də gənclər komandasının baş məşqçisi kimi sevinirəm. Bizdə istedadlı oyunçuların sayı çoxdu. Dennis Şrederin və onun nəslindən olan basketbolçuların əsas missiyası bundan ibarətdi – daha çox adamı basketbola cəlb etmək, bu oyuna marağı artırmaq, Almaniuyanın bundan da artıq inkişafına nail olmaq. Bu dəfə bunu bacardılar. Amma gələcəkdə də belə olmalıdı”.


İbrahimoviçin adını çəkdiyi Mumbru ilə bağlı da yeni xəbər var. Baş məşqçi çempionluq münasibəti ilə Frankfurtda keçirilən təntənəli mərasimə də qatılmayıb. İş ondadı ki, mütəxəssis qələbənin ardından kəskin pankreatit diaqnozu ilə xəstəxanaya çatdırılıb. “Mundo Deportivo”nun yaydığı xəbərə görə, qitə çempionluğunun ardından baş məşqçi tibbi müayinədən keçmək üçün Barselonaya yollanıb. Həkimlər isə onun dərhal xəstəxanaya yatırılmasına qərar verib. İspaniyalı mütəxəssis əvvəlcə kəskin pankreatitlə bağlı müalicə almalıdı. Ardından onun öd kisəsi götürüləcək.
Qəzetimizin ötən sayında almanların oyun qurucusu Dennis Şrederin turnirin ən dəyərli oyunçusu sayıldığını xəbər vermişdik. 32 yaşlı Şreder tarixə həm AÇ-nin, həm də DÇ-nin ən yaxşı oyunçusu sayılan 7-ci basketbolçu kimi düşüb. Əvvəllər bunu yalnız Drajen Dalipaqiç, Drajen Petroviç, Toni Kukoç, Dirk Novitski, Pau Qazol və Sergey Belov bacarıb.
Şrederlə yanaşı, AÇ-də başqa nominasiyalar üzrə seçilənlər də var. Türkiyəli mütəxəsis Ərgin Ataman turnirin ən yaxşı məşqçisi sayılıb. “Ay-ulduzlular” onun rəhbərliyi altında son 24 ildə ilk dəfə finala çıxdı. Qrup mərhələsini məğlubiyyətsiz adlayan qonşularımız pley-offda İsveç, Polşa və Yunanıstanı da sıradan çıxarıb.
Almaniya yığmasının forvardı İsaak Bonqa AÇ-nin müdafiə planlı ən yaxşı oyunçusu sayılıb. 25 yaşlı basketbolçu hər oyunda orta hesabla 9,9 xal toplayıb, 4,3 ribaund edib, 2,1 məhsuldar ötürmə verib, 1,4 top ələkeçirmə ilə yadda qalıb. Yeri gəlmişkən, finalın ən yaxşısı da məhz Bonqa olub.
AÇ-nin rəmzi yığması da açıqlanıb. İlk “5-liy”ə adı çəkilən basketbolçular düşüb: Dennis Şreder (Almaniya), Luka Donçiç (Sloveniya), Frants Vaqner (Almaniya), Yannis Adetokunbo (Yunanıstan), Alpərən Şəngün (Türkiyə). 2-ci “5-lik” də açıqlanıb: Cordan Loyd (Polşa), Cedi Osman (Türkiyə), Deni Avdiya (İsrail), Lauri Markkanen (Finlandiya), Nikola Yokiç (Serbiya).
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Sentyabr 2025 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see696

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see460

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see453

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see419

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see404

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see399

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see361

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see302

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see287

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see285

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see259

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see254

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see243

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see240

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see239

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see236

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see235

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see233

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see226

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri