Icma.az
close
up
RU
“Mançester Yunayted”in möhtəşəm dönüşü Karrikin taleyini dəyişə bilər

“Mançester Yunayted”in möhtəşəm dönüşü Karrikin taleyini dəyişə bilər

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İngiltərənin “Mançester Yunayted” futbol komandası Premyer Liqanın onuncu turunda “Aston Villa” ilə 4:4 hesablı heç-heçə edərək son dəqiqələrdə məğlubiyyətdən xilas olub.

İdman.Biz “The Independent” nəşrinə istinadən xəbər verir ki, “Old Trafford” stadionunda keçirilən qarşılaşma baş məşqçi Maykl KArrikin gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyıb.

Oyunun ilk dörd dəqiqəsində iki qol buraxan Mançester təmsilçisi fasiləyə qədər hesabı bərabərləşdirib. Lakin ikinci hissənin əvvəlində yenidən iki top fərqi ilə geri düşüb.

“Aston Villa”nın 4:2 hesabı ilə öndə olduğu qarşılaşmada meydan sahiblərinin əvəzetmədən meydana daxil olan futbolçuları dönüşün əsas qəhrəmanlarına çevriliblər.

Əsas vaxta əlavə olunan ikinci dəqiqədə Patrik Dorqunun ötürməsindən sonra Coşua Zirkzee fərqi minimuma endirib. 90+6-cı dəqiqədə isə Dorqu Bruno Fernandeşin künc zərbəsindən ötürməsini başla qapıya göndərərək hesabı bərabərləşdirib.

Qarşılaşmanın əvvəlində “Mançester Yunayted” azarkeşləri futbolçuların komandanın formasını geyinməyə layiq olmadıqlarını bildirən şüarlar səsləndiriblər. Lakin son dəqiqələrdəki möhtəşəm dönüşdən sonra tribunaların münasibəti dəyişib. Azarkeşlər komandanın baş məşqçisi Maykl Karrikin şərəfinə mahnılar oxuyublar.

“The Independent” yazır ki, bu mənzərə KArrikin gələcəyi ilə bağlı qeyri-müəyyənliyi daha da artırıb. Komanda ardıcıl ikinci oyunda iki top fərqi ilə geri düşdükdən sonra nəticəni dəyişməyi bacarıb.

“Mançester Yunayted” bir neçə gün əvvəl Çempionlar Liqasında İtaliyanın “Roma” komandasına qarşı da oxşar dönüş edərək 3:2 hesablı qələbə qazanıb.

Bununla belə, Mançester təmsilçisinin müdafiədəki problemləri davam edir. Komanda son beş qarşılaşmanın hamısında əvvəlcə iki qol fərqi ilə geri düşüb.

Nəşrin məlumatına görə, “Aston Villa” ilə oyunda buraxılan dörd qoldan sonra “Mançester Yunayted” cari mövsümdə bütün turnirlər üzrə Avropanın beş aparıcı liqasında ən çox qol buraxan komanda olub.

“Mançester Yunayted” son 11 oyunda cəmi bir qələbə qazanıb. Premyer Liqadakı son üç qarşılaşmadan isə yalnız bir xal toplayıb.

“Aston Villa” ilə heç-heçədən sonra komanda səkkiz xalla turnir cədvəlinin 18-ci pilləsində qalıb.

Nəşr vurğulayır ki, son dəqiqələrdəki dönüş KArrikə müəyyən dəstək qazandırsa da, komandanın uğursuz nəticələri və müdafiədəki ciddi problemləri onun vəzifədə qalmasını sual altında saxlayır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 09 Noyabr 2026 06:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri