Ataman: Yaxşı hazırlaşsan, Adetokunbonun qarşısını ala bilərsən, bura NBA deyil
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Basketbol üzrə Türkiyə millisinin baş məşqçisi Ergin Ataman komandasının 2025-ci il Basketbol üzrə Avropa Çempionatının yarımfinalında Yunanıstan millisi ilə görüşdə (94:68) qazandığı qələbə ilə bağlı fikirlərini bölüşüb.
İdman biz bildirir ki, Ataman, yunanların 30 yaşlı lideri, NBA çempionu Yannis Adetokunbo barədə danışıb.
"Möhtəşəm komandaya qalib gəldik. Yunanıstan komandasının əla heyəti var. İndi mənim yeganə planım yaxşı dincəlmək və Almaniyaya qarşı oyuna hazırlaşmaqdır. Yunanıstan fantastik komandadır, lakin onlara qarşı çox yaxşı oynadıq.
Adetokunboya qarşı müdafiədə aqressiv oynadıq - onun top driblinqinə mane olduq və tələlər yaratdıq. Osmani dinamik oynayırdı. Yannis boşluq tapa bilmədi, çünki bura NBA deyil: yaxşı hazırlaşsan, onu dayandıra bilərsən. NBA komandalarının Osmani ilə müqavilə bağlamağa gələcəkmi bilmirəm, çünki məhz o, Adetokunbonu dayandırmağı bacardı".
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 13 Sentyabr 2025 20:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















