Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

Atamın evini yandırdı, qohumlarımın evində GİZLƏNİRƏM Ərinin ölümlə hədələdiyi iki uşaq anası FƏRYAD EDİR ŞOK SƏS YAZISI

Atamın evini yandırdı, qohumlarımın evində GİZLƏNİRƏM Ərinin ölümlə hədələdiyi iki uşaq anası FƏRYAD EDİR ŞOK SƏS YAZISI

Icma.az, Sitat.info portalına istinadən məlumatı açıqlayır.

Abşeron rayonu, Saray qəsəbə  sakini Səkinə Rəcəbova boşanma ərəfəsində olduğu həyat yoldaşı Rəcəbov Xanəhməd Tahir oğlunun onu ölümlə hədələdiyini və həyatının təhlükədə olduğunu deyir.

Gənc qadın bununla bağlı Sitat.info-nun redaksiyasına zəng edərək kömək istəyib. 

1996-cı il təvəllüdlü qadın bildirib ki, həyat yoldaşı onu ölümlə təhdid edir: "Ayrıldıqdan sonra atamın evinə sığındım, dəfələrlə evə gəlib, mənə qarşı zorakılıq həyata keçirib. Boğub öldürmək istəyəndə əlindən qaçmışam. Neçə aydır qohumların evində gizlənə-gizlənə yaşayıram, tez-tez yaşadığım yeri dəyişirəm ki, tapa bilməsin". 

 Qeyd edək ki, Xanəhməd Rəcəbov Səkinə Rəcəbovaya dəfələrlə təhdid mesajları göndərib. Qadın sübut kimi səs yazılarını da Sitat.info-ya da təqdim edib.

S.Rəcəbovanın sözlərinə görə, boşanma prosesi  hər ikisinin razılığı əsasında başlansa da, bir müddət sonra Xanəhməd Rəcəbov onu tez-tez narahat edib və hədələyib. Bir neçə dəfə yaşadığı evə gələrək, onu fiziki təzyiqlərə məruz qoyub. Bu azmış kimi atasına məxsus evi də yandırıb. Qarşı tərəf məhkəməyə gəlmədiyi üçün boşanma prosesi də baş tutmur və bu durumu daha da qəlizləşdirir. 

Qadının iddiasına görə, 1986-cı il təvəllüdlü Xanəhməd Rəcəbov narkotik aludəçisi olub: "9 ildir ailəliyik. Evliliyimizin 9-cu ayında narkotik aludəçisi olduğuna görə polis tərəfindən saxlanıldı. Bu məsələyə görə 1 il həbsdə olub. Belə bir insanın təhdidlərinin real olduğuna heç kimi inandıra bilmirəm". 

Çarəsiz qadın  məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Xanəhməd Rəcəbov polis idarəsinə çağrılaraq izahatı alınıb və sərbəst buraxılıb: 

"Ayrıldıqdan sonra Abşeronda atamın evində yaşayırdım. Bu ilin iyul ayının 10-da Xanəhməd atamın yaşadığı  evi yandırdı. Evi yandıracağı ilə bağlı öncədən təhdid etmişdi. Artıq təhdidlərini həyata keçirməyə başlayıb. Bununla bağlı sübutlar da var. Atamın evi yandıqdan sonra hüquq-mühafizə orqanlarına təkrar müraciət etdim. Dedilər ki, iş araşdırılır. Üstündən qısa zaman keçdikdən sonra yenə təhdidlər başlayıb. Bu dəfə məni öldürəcəyi ilə hədələyir. Hər gecə qorxu içindəyik. Azyaşlı körpə qızlarım var. Mühafizə orderi almışam, ancaq bu məni təhlükədən nə dərəcədə qoruyacaq, ondan əmin deyiləm".

29 yaşlı 2 uşaq anası bildirir ki, həyatı tüçün təhlükə olmasına rəğmən Xanəhməd Rəcəbovun hüquq-mühafizə orqanları tərəfindən cəzalandırılmasına nail ola bilməyib: "Bildirdilər ki, narahat olmayım. Axı, məni təhdid edir, dediyini də həyata keçirir, necə narahat olmayım. Evi yandırdı. İndi kim təminat verə bilər ki, məni öldürməyəcək, ağır bir xəsarət yetirməyəcək... Bu barədə Xırdalan Polis İdarəsində istintaqçı Pərviz müəllimə bildirmişəm. Mənə deyir ki, prokurorun tapşırığı ilə Xanəhmədi azad buraxıb. Mən anlaya bilmirəm, cinayətkarı necə buraxırlar? Bu insan normal deyil, ağlına gələni edir. Mənə deyirlər ki, nəsə etsə,  biz ölçü götürəcəyik. Mən ölməliyəm ki, sonra nəsə edilsin? Özü də fəxrlə hər yerdə danışır ki, o boyda evi yandırdım, heç kim mənə gözün üstə qaşın var demədi...".

Şikayətçinin sözlərinə görə, X.Rəcəbov bu əməllərini qısqanclıqla əlaqələndirir və ona böhtanlar atır. Özü başqa bir qadınla qeyri-rəsmi münasibətdə olmasına baxmayaraq, məni əxlaqsızlıqda ittiham edir və bununa zorakılığına haqq qazandırmağa çalışır. 

Təhdid altında olan Səkinə Rəcəbova aidiyyatı qurumlara səsləndi: "Yalvarıram, sizdən xahiş edirəm, səsimi hər yerə çatdırın. Hər gün məni öldürəcəyi ilə bağlı təhdidlər göndərir. Qorxuram...  Dedi ev yandıracam, dediyini elədi, yandırdı. Növbəti dəfə məni öldürəcək... Hüquq-mühafizə orqanları mənə kömək etsin, yalvarıram...".

Xatırladaq ki, S.Rəcəbovanın bizə göndərdiyi faktlar arasında Xanəhməd Rəcəbovun onu təhdid etdiyini sübut edən səs yazıları da var.

Sitat.info həmin səs yazılarını təqdim edir:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://sitat.info
archiveBu xəbər 30 İyul 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see255

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see241

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see215

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see211

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see209

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see196

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see191

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see165

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see162

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see162

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see161

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see159

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see159

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see156

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see154

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see152

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see147

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

25 Dekabr 2025 06:13see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri