Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

Heç bir estetik və botoksum yoxdur (Video)

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Çinlilərdən inqilabi neft emalı üsulu

Nigerdən Fransa və Ukraynaya ağır İTTİHAM

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Səhər yeməyində buna diqqət edin!

Panik atakla infarktı necə ayırd etmək olar?

525 ci qəzet Üç balaca adam Ömür rapsodiyaları

525 ci qəzet Üç balaca adam Ömür rapsodiyaları

Icma.az bildirir, 525.az portalına istinadən.

Nihat Pir

Məhəlləmizin qarşısında enli bir yol var. Çox enli. Adama elə gəlir, Bakının bütün maşınları sığar o yola. Səs-küyü, uzun, bezdirici tıxacları, tozu-torpağı... İki gün öncə yolboyu işıq dirəklərinə asılan çilçıraqları sökdülər. Bayram üçün asmışdılar - keçən ilin sonlarına yaxın. Bu hadisə hər il gözlərimin qarşısında baş verir. Gecə saatlarında balaca krana oxşayan maşın gəlir. İçində də üç nəfər balaca adam. Bəli, o adamlar balaca olur. Bu, nə bənzətmədir, nə şişirtmə, nə də kiçiltmə. O adamların boyu, həqiqətən, balacadır. Onlar hətta krana oxşayan maşının kuzovundan belə nərdivanla düşürlər. Sonra bir nəfər maşının kran hissəsinə dırmaşır. Digəri rulda oturub onu aşağı-yuxarı qaldırıb-salır. Yerdə qalan bir nəfər isə mənim kimi olanlara şahidlik edir.

Hər ilin bu günlərində pəncərənin qarşısında oturub küçəyə baxıram. Onları gözləyirəm. Heç yanıldığım olmayıb. Dəqiq tarixi də bilmirəm heç. Amma həmişə mən yerimi rahatlayıb küçəyə zilləndiyim gecə gəlirlər. Mənim pəncərəmdən səkkiz işıq dirəyi görünür. Onlara çilçıraq asılmasını aram-aram izləyirəm. Bu da, haradasa, bir saata yaxın vaxt alır. O bir saatda tapdığım dinclik, rahatlıq hissini izah edəcək söz yoxdur. Həmin vaxt dünyada hər şey yaxşıya doğru gedir. Mən bilirəm ki, dünyada heç nə heç vaxt əbədi yaxşı olmayacaq. Amma həmin o bir saat ərzində nələrinsə yaxşıya doğru getdiyini hiss edirəm. Ürəyimdə qəribə bir arxayınlıq baş qaldırır. O üç balaca adam dünyanın ən yaxşı adamları olur. O üç balaca adam dünyanı yaxşıya doğru dəyişdirən qəhrəmanlara oxşayır. O üç balaca adam həmin saatda mənim gözümdə nəhəng divə dönür.

Mənə elə gəlir, həmin o üç balaca adam üşümür. Onlar ərincək görünmürlər. Onlar hər il eyni işi görməkdən bezmirlər, yorulmurlar, tükənmirlər. Buna görə heç maaş da almırlar. Dünyanı yaxşıya doğru dəyişməyin qiyməti nə qədərdir ki?

O üç balaca adamın balaca uşaqları var. Onlar məktəbdə fəxrlə deyirlər: "Bizim atamız şəhərdə bayram çilçıraqları asır. Bizim atamızı hamı çox istəyir. Hamı bizim atamızın yolunu gözləyir, onu görüncə sevinir..."

Onlar da ataları kimi şəhər qəhrəmanı olmaq istəyir. O üç balaca adamın uşaqları dərslərini hamıdan yaxşı oxuyur - özlərini atalarına sübut eləmək üçün.

O üç balaca adam həmin gecə evə çox gec gedir. Evdə hamı yatmış olur... Barmaqlarının ucunda evə girən o üç balaca adam həmin gecə ən rahat, ən dərin, ən şirin yuxunu yatırlar - ən vacib missiyanı tamamlamış kimi.

Mən özümü həmin o üç balaca adamın yerinə qoya bilirəm. Onların hiss etdiyini hiss edə bilirəm. Onlar həmin gün işə lap səhər tezdən gedirlər. Çünki həmin gecə qarşılarında ilin ən vacib tapşırığı var: Bakını bayram çilçıraqları ilə bəzəmək, Bakıya sevinc gətirmək, Bakıya bayram ab-havası gətirmək.

Amma mənə maraqlıdır, görəsən, gecənin bir aləmi çilçıraqları işıq dirəklərinə asan zaman heç ağıllarına gəlirmi ki, indi onları kimsə izləyir? Kimsə sırf bu günü, bu saatı, bu anı gözləyir? Pəncərə qarşısında yerini rahatlayıb bir saat-saat yarım bu işə tamaşa edir. Ya nə vaxtsa kran işıq dirəyinin ən yuxarısına qalxanda üzbəüz binanın üçüncü-dördüncü mərtəbəsində işıq gələn pəncərənin qarşısında kiminsə oturub onlara tamaşa etdiyini görüblərmi heç?

Məncə, yox. Çünki əgər görsələr, gəlib o çilçıraqları sökməzdilər. Əlləri gəlməzdi. Ayaqları yeriməzdi.

Hər il yanvarın ikinci ongünlüyü məhəlləmiz qaranlığa qərq olur. Dirəklərdəki sarımtıl işıqların gücü çatmır bu qaranlığa. Həmin gecə hava dumanlı, tutqun olur. Elə bilirəm, həmin çilçıraqları sökən o üç balaca adam bütün aydınlığı da özləri ilə aparır. Eyni səliqə, eyni təmkin, eyni rahatlıq hiss olunur yenə də. Yenə də o üç balaca adam və yenə də kuzovlu maşın. Yenə o kuzovlu maşının içərisindən işıq dirəklərinin başına doğru uzanan kran, o kranın içində balaca adamlardan biri və o kranı idarə edən başqa bir balaca adam.

Günündən, saatından asılı olmayaraq indi onların gəlişi gözlənilməz olur. Həmin vaxt o üç balaca adam dünyadakı ən günahkar adama çevrilir. Bütün sevincləri, bütün xoşbəxtlikləri, bütün gülüşləri təmkinlə söküb çıxarırlar Bakının sinəsindən. Heç narahat da deyillər. İlahi, o üç balaca adam necə qəddar görünür. Adama elə gəlir, bu saat şəhərin bütün pəncərələrindən bir əl uzanacaq onlara sarı. Ya yalvaracaqlar, ya qışqıracaqlar, ya etiraz edəcəklər. O üç balaca adamdan rəhm istəyəcəklər. Mərhəmət umacaqlar. Amma heç biri olmur. O üç balaca adam üçün yeni ilin ilk və ən vacib tapşırığıdır bu: işığı özləri ilə aparmaq.

Həmin o üç balaca adamın balaca uşaqları həmin gün məktəbə getmirlər. Onlar qorxurlar ki, məktəbdə hamının atalarından zəhləsi getdiyini hiss edərlər. Qorxurlar ki, atalarının bircə gecənin içində Bakı boyda şəhəri qaranlığa qərq etməsini onlardan soruşarlar. Cavab verə bilməzlər. Utanarlar. Sıxılarlar.

O üç balaca adam həmin gecə də evə hamıdan gec gedirlər. Evdə hamının yatmasına şükür edir o üç balaca adam. Amma yenə də ən dərin, ən rahat, ən şirin yuxunu yatırlar. Çünki hələ qarşıda ilin ən vacib tapşırığı var: şəhəri yenidən bəzəmək, şəhərə yenidən bayram ab-havasını gətirmək - bir də ilin sonunda...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Fevral 2025 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see344

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see251

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see231

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see228

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see212

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see211

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see208

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see198

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see180

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see179

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see177

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see173

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see173

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see173

Nigerdən Fransa və Ukraynaya ağır İTTİHAM

27 Sentyabr 2026 05:00see172

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see169

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see165

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see163

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see161

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri