Icma.az
close
up
RU
Atamızın əmanəti, nəslimizin baş tacı… MİRCƏLAL QURBANOV yazır

Atamızın əmanəti, nəslimizin baş tacı… MİRCƏLAL QURBANOV yazır

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Əziz anam, 70 yaşın mübarək!"
Azərbaycan Yazıçılar Birliyinin üzvü, sevilən mahnıların və çoxsaylı vətənpərvərlik nəğmələrinin söz müəllifi, nəğməkar şair və bəstəkar, Prezident təqaüdçüsü, polkovnik Mircəlal Qurbanov sosial şəbəkə hesabında anası Zərqələm Ağamusa qızının 70 illik yubileyi münasibətilə səmimi təbrik yazısı paylaşıb.
Bizim.Media həmin yazını olduğu kimi dərc edir:
“Sən evimizin nuru, ailəmizin dayağısan. Masallıdan Bakıya, Qurbanovlar ailəsinə gəldiyin gündən ləyaqətin, mərifətin və mərhəmətli qəlbinlə bu nəslin, bu ocağın ən əziz və ən dəyərli xanımı olmusan. Bizə haqqın tərəfində durmağı, insana dəyər verməyi öyrətmisən. Bu gün nəvələrini də bir vaxtlar bizi böyütdüyün sevgi və qayğı ilə əhatə edirsən.
İnsan dünyadan köçəndə sevgisi, izzəti və əziz xatirəsi doğmalarının qəlbində qalır. Atamızın bizə və bütün doğmalarına bəslədiyi sevgi sənin qayğında yaşayır. Sən onun hər kəsə göstərdiyi diqqəti davam etdirirsən.
Ata ocağında açdığın süfrə ətrafında bizi toplayanda, dünyadan köçən doğmalarımızı dualarla yad edəndə atamızın varlığını yanımızda hiss edirik. Sən varsan, deməli, onun sevgisi də, qayğısı da, nəvazişi də bizimlədir.
Atamızdan sonra bu ocağın böyüyü, ağbirçəyi, nəslimizin baş tacı sənsən. Allah səni bizə, nəvələrinə və bütün nəslimizə çox görməsin. Kölgən daim başımızın üstündə, duaların bu nəslin üzərində olsun.Sağlam, uzun ömür yaşa, xoş günlərimizi gör. Qoy ocağımız sənin varlığınla həmişə isti qalsın. Nə yaxşı ki, sənin övladlarınıq, gözəl anam. Səni çox sevirik!”
Qeyd: Nəğməkar şair Mircəlal Qurbanovun anası Zərgələm xanımın 70 illik yubiley məclisində Xalq artistləri Alim Qasımov, Brilliant Dadaşova və Zülfiyyə Xanbabayeva, Əməkdar artistlər Sevda Ələkbərzadə və Fərqanə Qasımova, xanəndə Zabitə Alıyeva və teleaparıcı Lalə Azərtaş iştirak edərək yubilyarı təbrik ediblər.





Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://bizim.media
archiveBu xəbər 28 Sentyabr 2026 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see290

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see262

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see260

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see255

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see253

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see250

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see245

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see237

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see236

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see234

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see228

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see228

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see222

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see216

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see216

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see213

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see212

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see211

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri