Icma.az
close
up
RU
Atası qəzada öldü, anası intihar etdi: İllər sonra oğulun qisası ağır oldu TƏFƏRRÜAT

Atası qəzada öldü, anası intihar etdi: İllər sonra oğulun qisası ağır oldu TƏFƏRRÜAT

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Lənkəranda 1989-cu il təvəllüdlü Ramin Təhməzov mübahisə zamanı 73 yaşlı dayısı İltifat Rufiyevi bıçaqlayıb.

Bakupost.az -ın Teleqraf-a istinadən əldə etdiyi məlumata görə, son üç il ərzində Ramin dayısı oğlu Anarın 1990-cı illərdə mərhum anasından 5000 ABŞ dolları borc alıb, sonradan qaytarmadığını, nəticədə anasının digər şəxslərə olan borcunu ödəyə bilmədiyini və bu səbəbdən 30 mart 1999-cu ildə intihar etdiyini öyrənib.

Ramin həm dayısı oğlundan, həm də dayısı İltifatdan dəfələrlə həmin borcu istəyib. Lakin onlar Raminə heç bir məbləğdə borclarının olmadığını deyiblər. 2023-cü ilin yanvar ayının sonlarında o, qisas almaq niyyəti ilə dayısı İltifatı öldürmək qərarına gəlib. 7 fevral 2023-cü il saat 11 radələrində bıçaq götürərək Lənkəran rayonu Mamusta kəndində Körpələr evi-uşaq bağçasının yaxınlığında, küçədə İltifata yaxınlaşıb, ondan anasına olan borcu qaytarılmasını tələb edib. İltifat onun və oğlunun heç kimə borcunun olmadığını deyib.

Ramin dirsəyi ilə dayısının üz nahiyəsinə vuraraq onu yerə yıxıb və mətbəx bıçağı ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.

İltifatın yerdə hərəkətsiz halda uzanmasından onun öldüyünü zənn edən Ramin oradan uzaqlaşıb. İltifat Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vaxtında ixtisaslı tibbi yardım göstərilərək həyatı xilas edilib.

Raminin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

“Həm atamdan, həm də anamdan borc almışdılar”

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Ramin ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, ailəsi ilə Lənkəran rayonu Mamusta kəndində yaşayır:

“İltifat mənim dayımdır. Əvvəllər dayım və onun övladarı ilə münasibətlərimiz yaxşı olub. 1990-cı illərdə mən uşaq olarkən dayım oğlu atamdan fərdi sahibkarlıqla məşğul olmaq üçün külli miqdarda borc pul alıb.

Atam 1994-cü ildə yol qəzasında vəfat etdi. İltifat atamın yas mərasminə gəlmədi, eyni zamanda atamdan aldığı pulu da qaytarmaqdan imtina etdi. Sonra isə Anar anamdan 5000 dollar borc istədi. Anam bizimlə qonşuluqda yaşayan Nicatdan sələmə 5000 dollar alaraq Anara verdi.

Anar həmin pulla fərdi sahibkar kimi iş görməli olduğu halda kənara xərclədi. Anam Kəmalə dəfələrlə qardaşı İltifatdan və onun oğlu Anardan borclarını qaytarmağı tələb etsə də, onlar pulu qaytarmadılar”.

“Əmim bizi himayə etdi”

Təqsirləndirilən şəxs qeyd edib ki, anası Kəmalə 31 mart 1999-cu ildə Bakı şəhərində yaşadıqları binanın 7-ci mərtəbəsindən özünü ataraq öldürüb:

“Həmin vaxt uşaq olduğuma görə anama qarşı dayım İltifat və onun oğlu Anarın hərəkətləriylə bağlı hər hansı tədbir görə bilmədim. Atamın ardınca anamın da ölümündən sonra mən və üç bacım Lənkəran rayonu Mamusta kəndində yaşayan əmimin evinə köçdük. Əmim bizi himayə edərək böyütdü. Bakı şəhərindəki evimiz əmim tərəfindən satılaraq anamın sələmə götürdüyü pul ödənildi”.

Ramin bildirib ki, 2010-cu ildə Nuranə Təhməzova ilə ailə qurub, bir müddət Rusiyada müxtəlif sahələrdə satıcı kimi fəaliyyət göstərib:

“2017-ci ildə Mamusta kəndinə qayıtdım, restoranda xidmətçi işləməyə başladım. 2019-cu ilin avqust ayında qohumlar arasında gedən söz-söhbətdən məlum oldu ki, dayım oğlu Anarın aldığı pulu qaytarmaması səbəbindən anam çətin vəziyyətə düşüb və özünü öldürüb. Hətta onu da eşitdim ki, anam Kəmalə özünü öldürməzdən əvvəl dayım İltifata və onun oğlu Anara zəng edib, vəziyyətinin ağırlaşdığını, sələmə götürdüyü pulu ödəməli olduğunu, əgər ondan aldıqları pulu verməsələr, özünü öldürəcəyini bildirib. Lakin İltifat və oğlu anamın yalvarışlarına məhəl qoymayıb, pulu verməkdən boyun qaçırıblar və beləliklə də anamın intihar etməsinə səbəb olublar.

Anara dəfələrlə zəng elədim, hazırda pulun dəyərini itirməsini nəzərə alaraq anamdan aldığı 5000 dolların əvəzinə 15000 manat pul tələb etdim. Lakin Anar anamdan pul almadığını bildirdi, yalan danışmağa başladı. Sonralar isə zənglərimə cavab vermədi, məndən qaçdı.

Dayım İltifatla da görüşüb söhbət etmək istədim. Lakin o da məndən qaçdı. Hətta İltifat kənd icra nümayəndəsi Cavada məndən şikayət etdi. Cavad məni iş otağına çağıraraq söhbət apardı”.

“Dayımı izləməyə başladım”

Raminin sözlərinə görə, Anar 2023-cü ilin yanvar ayının sonlarında Rusiya Federasiyasına gedib, bundan sonra yenə dayısı İltifatla görüşməyə çalışıb: “İltifat isə məndən yayınmaqda davam etdi.

7 fevral 2023-cü ildə saat 09:30-da İltifatın həmkəndlilərimiz Gülməmmədin “Mercedes”inə oturduğunu gördüm və kənarda duraraq onu izlədim. İltifat saat 10:30-da həmin avtomobildən düşdü və yaxınlıqdakı “OBA” marketə daxil oldu. Bir qədər sonra isə oradan çıxıb evinə tərəf getməyə başladı. Yaxınlaşıb onu çağırdım, birlikdə yola davam elədik.

Uşaq bağçasının yaxınlığında İltifatdan anamdan aldıqları pulu qaytarmalarını tələb etdim, vəziyyətimin ağır olduğunu bildirdim. O, özünün və oğlu Anarın mənə borcu olmadığını bildirdi. Bu haqsız danışığa əsəbiləşdim, bıçaqla dayımı vuraraq ondan qisas almaq qərarına gəldim. Amma onu öldürmək məqsədim yox idi.

İltifat dönərək məndən aralaşmaq istədikdə sağ dirsəyimlə üz nahiyəsinə bir zərbə vurdum. Zərbənin təsirindən o, üzü üstə yerə yıxıldı. Əynimdəki gödəkçənin sol yan cibində olan mətbəx bıçağını çıxardım, başının arxa nahiyəsinə bıçaqla ardıcıl iki zərbə vurdum. Bıçaq sümüyə dəydiyi üçün daxilə nüfuz etmədi.

Əsəbi olduğumdan İltifata daha bir neçə bıçaq vurdum. Onun hərəkətsiz vəziyyətdə qaldığını görəndə oradan uzaqldaşdım. Dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək törətdiyim cinayət barədə məlumat verdim. Yol uzaq olduğundan rayon polis şöbəsinə özüm gedə bilmədiyim, şöbədən gəlib məni aparmalarını gözlədim”.

“Onun anasından pul almamışıq”

İş üzrə zərərçəkmiş qismində ifadə verən İltifatın sözlərinə görə, ailəsi ilə Lənkəran rayonunun Mamusta kəndində yaşayır: “Ramin doğma bacım Kəmalənin övladıdır. Onunla əvvəllər aramızda hər hansı bir mübahisə və dava-dalaş olmayıb.

2023-cü ilin yanvar ayından etibarən kənd sakinlərindən Raminin mərhum anası Kəmalədən mənim və oğlum Anarın pul alıb qaytarmamağımız səbəbindən məni öldürmək istədiyini, bu məqsədlə məni izlədiyini eşitdim. Halbuki mən və oğlum Kəmalədən pul almamışıq. Bacım Kəmalənin intihar səbəbini bilmirəm. Bu sözləri eşitdikdən sonra bacım oğlu Raminlə qarşılaşmaq istəmədim”.

Zərərçəkmiş qeyd edib ki, 2023-cü il yanvarın ortalarında Mamusta kənd icra nümayəndəsi Cavada Raminin onu öldürmək istəməsi barədə müraciət edib: “Cavad Ramini çağırıb onunla profilaktik söhbət apardı.

Hadisə günü Mamusta kəndində yerləşən “OBA” marketdən çay alaraq çölə çıxdıqda Raminin yolun kənarında məni gözlədiyini gördüm. O biri yolla piyada evimə tərəf gedərkən uşaq bağçasının yanında Ramin mənə yaxınlaşdı. Anası Kəmalənin oğlum Anara guya 5000 ABŞ dolları məbləğində pul verdiyini dedi. O pulu məndən tələb etdi. Mən ona heç bir borcumuzun olmadığını bildirdim.

Ramin qəflətən dirsəyi ilə üz nahiyəmə zərbə endirərək məni yerə yıxdı. Yerimdən qalxmaq istəsəm də, ayağı ilə ayağıma badalaq vuraraq məni təkrar yerə yıxdı.

Mən yerdə uzanıqlı vəziyyətdə olarkən Ramin cibindən çıxardığı bıçaqla əvvəlcə boyun və baş, daha sonra isə bel və kürək nahiyələrimə ardıcıl bıçaq zərbələri vurdu. Yerdə hərəkətsiz vəziyyətdə qaldım, Ramin də öldüyümü zənn edərək oradan uzaqlaşdı. Bir müddət uzanıqlı qaldıqdan sonra özümdə güc tapıb qalxdım, 10-15 metr irəliləyərək uşaq bağçasının yanına gəldim, orada səs-küy saldım.

Bağçanın müdiri olan qızım Ülkər dərhal həyətə düşərək taksi çağırdı və məni Lənkəran rayon mərkəzi xəstəxanasına apardılar. Tibbi yardım göstərilməsi nəticəsində həyatım xilas edildi”.

Protest verildi, işə yenidən baxılacaq

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ramin 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. Cəzanın ciddi rejimli müəssisədə çəkilməsi müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsini, barəsində şərti cəza təyin olunmasını istəyib.

Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Ramin Təhməzovun şikayəti təmin edilib. Onun əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilib və cəzası 3 il 6 aya endirilib, cəzasının ümumi rejimli müəssisədə çəkməsi müəyyən edilib.

Bu qərardan narazı qalan dövlət ittihamçısı kassasiya protesti verib. Protestdə Şirvan Apellyasiya Məhkəməsinin qərarının ağırlaşdırıcı halların müəyyən edilməsi üçün ləğv edilməsini, işin yenidən apellyasiya instansiya məhkəməsinə qaytarılmasını istəyib.

Ali Məhkəmənin qərarı ilə dövlət ittihamçısının protesti təmin olunub və Şirvan Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub. İşin yenidən apellyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

Şirvan Apellyasiya Məhkəməsində bu iş üzrə yenidən məhkəmə araşdırması başlanacaq.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 27 Fevral 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see177

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see142

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see137

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see137

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see134

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see134

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see133

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see131

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see128

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see121

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see116

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri