Gündə neçə stəkan çay içməliyik?
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Çay Azərbaycanda və dünyada ən çox istehlak olunan içkilərdən biridir. Səhər süfrəsindən tutmuş gün ərzində fasilələrə qədər çay bir çox insan üçün vazkeçilməzdir.
Axar.az Metbuat.az-a istinadən məlumatına görə, mütəxəssislər xəbərdarlıq edir ki, çayın faydalı olması onun miqdarından və növündən birbaşa asılıdır.
Mütəxəssislərin fikrincə, sağlam bir insan üçün gündə 2–4 stəkan çay ideal hesab olunur. Bu miqdar orqanizmi faydalı maddələrlə təmin edir və mənfi təsirlərə səbəb olmur.
Çay antioksidantlarla zəngindir, immun sistemini gücləndirir, yorğunluğu azaldır və diqqəti artırır. Yaşıl çay maddələr mübadiləsini sürətləndirir, qara çay isə beyin fəaliyyətini stimullaşdırır. Bitki çayları (çobanyastığı, nanə, adaçayı və s.) isə sakitləşdirici təsir göstərir.
Gün ərzində 5–6 stəkandan çox çay içmək bəzi hallarda yuxusuzluq, ürəkdöyünmə, mədə narahatlığı və dəmir çatışmazlığına səbəb ola bilər. Xüsusilə qara çayın tərkibindəki kofein və tanin maddələri bu problemləri yarada bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 19 Yanvar 2026 01:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















