Icma.az
close
up
RU
Atasını balta ilə öldürən yeniyetmə anası və qardaşı ilə birgə meyiti çaya atıbmış

Atasını balta ilə öldürən yeniyetmə anası və qardaşı ilə birgə meyiti çaya atıbmış

Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şəki Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 2008-ci il təvəllüdlü C.Bayramovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Hadisə 22 dekabr 2023-cü il tarixdə saat 16-17 radələrində Balakən rayonu ərazisində qeydə alınıb.

Belə ki, C.Bayramov atası, 1975-ci il təvəllüdlü Qəhrəman Bayramovu ailə münaqişəsi zəminində balta ilə vuraraq öldürüb.

Daha sonra C.Bayramov saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. 

C.Bayramov məhkəmə ifadəsində bildirib ki, hadisə zamanı atasının əlinə bıçaq götürüb anasının boğazına dirədiyini görüb. Atasının anasını öldürəcəyindən qorxaraq qonaq otağına qoyduğu baltanı götürüb anasını xilas eləmək üçün Qəhrəman Bayramova arxa tərəfdən yaxınlaşıb onun başının arxasından vurub. Atası arxası üstə yerə yıxıldıqda anası qorxub. Onu atasından uzaqlaşdırmağa çalışsa da, C.Bayramov əlindəki balta ilə atasının sifətinin əvvəlcə sağ, daha sonra sol tərəfindən zərbələr endirib. Bundan sonra anasına polisə təslim olmağa gedəcəyini bildirdikdə, qadın buna imkan verməyib və təslim olduğu təqdirdə özünü öldürəcəyini söyləyib.

C.Bayramovun sözlərinə görə, anası qardaşına zəng edərək evə çağırıb. Sonra gecə onlar birlikdə Qəhrəman Bayramovun meyitini rayonun İsaxlıgirmə kəndindəki körpüdən çaya atıblar. Daha sonra onlar qohumlarına Qəhrəmanın evdən çıxaraq getdiklərini bildiriblər.

Xatırlatma: Qəhrəman Bayramov cinayət əməlinə görə məhkumluq həyatı yaşayıb. O, hadisədən bir-neçə gün əvvəl həbsxanadan azadlığa çıxıbmış.

Kamal Məmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://pravda.az
archiveBu xəbər 13 Fevral 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see140

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see132

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see125

İsrailin Türkiyə QORXUSU: Nə baş verir? KONKRET

16 Aprel 2025 17:26see123

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see123

ABŞ Çini təhdid etdi

16 Aprel 2025 11:33see122

II Liqa: Vüqar Nadirovlu Şəmkir darmadağınla liderlərə yaxınlaşdı

16 Aprel 2025 20:01see122

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see121

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

16 Aprel 2025 18:09see118

TBMM sədr müavininin ölüm təhlükəsi hələ də davam edir

17 Aprel 2025 18:33see117

Ümumi və məktəbədəqədər təhsil müəssisələrində təlim tədris prosesi ənənəvi qaydada davam edəcək

16 Aprel 2025 10:24see117

Bankların yüksək komissiya haqqı: Qiymətləri də yüksəldir

16 Aprel 2025 11:33see115

Səhər acqarına limonlu su için Faydası çoxdur

17 Aprel 2025 06:07see115

Yüksək Liqa: Finalçılar bəlli oldu

17 Aprel 2025 21:21see113

Hərbi çağırışdan yayınmaya qarşı yenilik Xidmət yeni qanunla bağlı açıqlama yaydı

16 Aprel 2025 10:27see112

Turist sahildə yadplanetli tapdı

16 Aprel 2025 17:00see107

DİM ə ağır ittihamlar: “Xərcə düşməmək üçün uşaqları riskə atıb”

16 Aprel 2025 12:39see107

Venesuela səfiri “ASAN xidmət”də

16 Aprel 2025 09:50see107

Arda Real Madrid , ya da Barselona nı çalışdıracaq Klub prezidenti AÇIQLADI

16 Aprel 2025 11:44see107

Gənclik hormonu Somatropin nədir Necə artıraq?

17 Aprel 2025 18:44see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri