Atasının avtomobilini idarə edən yeniyetmə qəza törətdi Xəsarət alan var
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Biləsuvar rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.
Hadisə bu gün günorta saatlarında Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Nərimankənd kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü Muradlı Elnar Elşən oğlu atasına məxsus “Niva” markalı avtomobili sürərkən idarəertməni itirib. Maşın işıq dirəyinə çırpıldıqdan sonra aşıb.
Qəzada sürücü və sərnişinlərdən 2011-ci il təvəllüdlü Əlizadə Tünar Niyaməddin oğlu xəsarət aldığından təcili yardım vasitəsilə rayon xəstəxanasına çatdırılıb.
Yaralılara ilkin tibbi yardım göstərilib. Sürücünün xəsarəti yüngül olduğundan ambulator müalicəyə buraxılıb. Qapallı kəllə beyin travması alan T.Əlizadə isə ixtisaslaşmış xəstaxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Baxış sayı:59
Bu xəbər 01 Mart 2025 19:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















