Icma.az
close
up
RU
Ünvanlı sosial yardım alanlara şad xəbər “Növbəti ildən…”

Ünvanlı sosial yardım alanlara şad xəbər “Növbəti ildən…”

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

"Ünvanlı sosial yardım üçün müraciət prosesi elektronlaşdırılıb və hazırda elektron müraciətlərə uyğun olaraq sıralama, yəni dövlət sistemində növbə ardıcıllığı müəyyənləşdirilir. Bu da müraciətlərə həmin növbə sıralamasına uyğun olaraq baxılmasına gətirib çıxarır”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. O qeyd edib ki, ünvanlı sosial yardım proqramı üzrə şərtlərin təkmilləşdirilməsi və yenidən nəzərdən keçirilməsi davamlı olaraq həyata keçirilir:

"Məqsəd daha çox vətəndaşın, xüsusilə də sosial təminata ehtiyacı olan şəxslərin ünvanlı sosial yardım proqramına cəlb edilməsindən ibarətdir. Növbəti illərdən etibarən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım məbləğinin də artmasına gətirib çıxaracaq. Çünki ünvanlı sosial yardımın məbləği hesablanarkən ailənin ümumi xərcləri nəzərə alınır. Məsələn, ailədə beş nəfər varsa, hər bir şəxs üzrə ehtiyac meyarına uyğun xərc hesablanır, daha sonra ailənin gəliri ilə xərcləri arasındakı fərq müəyyənləşdirilir. Əgər ailənin gəliri ümumi xərclərindən azdırsa, həmin fərq dövlət tərəfindən ünvanlı sosial yardım proqramı çərçivəsində ödənilir”.

Deputatın sözlərinə görə, ehtiyac meyarının artırılması praktiki olaraq növbəti ildən etibarən ünvanlı sosial yardım proqramına yeni müraciət edəcək vətəndaşların sosial yardım məbləğlərinin yüksəlməsinə səbəb olacaq:

"Nəticədə həm yeni müraciət edən, həm də ünvanlı sosial yardım proqramında iştirak müddəti başa çatdıqdan sonra yenidən müraciət edən vətəndaşların alacaqları sosial yardım məbləğində artım olacaq. Bu da onların dövlət büdcəsindən daha çox sosial yardım almasına imkan yaradacaq”.

Aynur Babazadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:28
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 16 Noyabr 2026 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see331

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see322

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see312

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see305

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see304

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see276

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see274

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see267

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see267

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see264

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see252

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see249

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see247

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see246

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see215

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see214

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see206

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see190

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see190

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri