Icma.az
close
up
RU
Ateist Nikol Paşinyan haqqında bilmədiklərimiz

Ateist Nikol Paşinyan haqqında bilmədiklərimiz

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Paşinyan jurnalist Anna Akopyanla evlidir. Onların üç qızı və bir oğlu var. 2012-ci ildən “Haykakan Jamanak” qəzetinin baş redaktoru kimi çalışan Akopyan Paşinyanla rəsmi nikahda deyil, onların kilsə mərasimi üzərindən də evliliyi yoxdur. Paşinyan nə vaxtsa bir gün Erməni Apostol Kilsəsində evlənə biləcəklərinə ümid etdiyini bildirmişdi. Hazırda kilsə ilə münaqişədə olan Paşinyanın bu arzusunun baş tutacağı daha az ehtimal olunur.
Onların oğlu Aşot könüllü olaraq 2018-2020-ci illərdə, hətta müharibə zamanı Qarabağda xidmət edib. Paşinyan köhnə müsahiblərinin birində bildirib ki, o və ailəsi Erməni Apostol Kilsəsinin tərəfdarıdır:
"Müqəddəs Eçmiədzini vaxtaşırı ziyarət etmək lazımdır. Ora həm də keçmiş və gələcək haqqında düşünmək üçün ən münasib yerdir". Təbii ki, indi o, Müqəddəs Eçmiədzin haqqında tamam fərqli fikirdədir...
Orasını da xatırladım ki, Nikol Paşinyan 2021-ci ildə Ermənistanda keçiriləcək parlament seçkiləri üçün təbliğat apararkən, oğlu Aşotu Azərbaycanda saxlanılan bütün erməni əsirləri ilə dəyişmək təklifini irəli sürmüşdü...
Emil Sanamyan yazıb ki, inqilab Paşinyanın “tənha Don Kixotdan Ermənistanı korrupsioner rejimdən “xilas etməyi” bacaran cəngavər Santaya çevrildi”...
Nikol Paşinyan 1 iyun 1975-ci ildə Tavuş vilayətinin şimal-şərqindəki İcevan şəhərində anadan olub. Paşinyanın atası Vova Paşinyan (1940–2020) futbol və voleybol üzrə məşqçi olub və bədən tərbiyəsi müəllimi kimi çalışıb. Paşinyanın cəmi 12 yaşı olanda anası Svetlana vəfat edib və o, ögey anası Yerjanik tərəfindən böyüdülüb.
Maraqlıdır ki, o, Ermənistan Ordusunda xidmət etməyib, çünki ondan əvvəl iki böyük qardaşı xidmətdə olub və qanunla o, xidmət etməyə borclu deyildi. Paşinyan 1991-1995-ci illərdə İrəvan Dövlət Universitetində jurnalistika təhsili alıb. Onu təhsilini başa vurmadan universitetdən xaric ediblər. Paşinyan siyasi fəaliyyətinə görə universitetdən qovulduğunu iddia edib. İrəvan Dövlət Universiteti isə Paşinyanın dərsə gəlmədiyi üçün ali məktəbdən xaric edilməsi barədə bəyanat yayıb.
2015-ci ildə verdiyi müsahibədə Paşinyan bildirib ki, özünü daha çox jurnalist hesab edir, çünki jurnalistika onu siyasətə gətirib...
Hazırda Nikol Paşinyan Erməni Qriqoryan Kilsəsinin rəhbəri II Qaregin (1951) ilə qırğındadır. Baş nazir II Qaregini uşaq sahibi olmaqda suçlayıb. Qriqoryan kilsəsi isə dini adamlarına evlənməyi qəti qadağan edib. II Qareginin reputasiyası heç əvvəl də o qədər ürəkaçan olmayıb. Xatırladım ki, II Qaregin 1999-cu ildə İ Qareginin (1994–1999) yerinə Erməni Qriqoryan Kilsəsinin rəhbəri seçilib.
Elbəyi Həsənli. Sürix

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 İyun 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see303

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see295

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see285

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see279

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see275

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see266

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see258

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see243

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see242

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see238

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see234

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see221

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see218

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see208

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see206

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see194

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see179

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see165

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri