Icma.az
close
up
RU
Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"Fransada baş verən etirazları yalnız Prezident Emmanuel Makronun siyasətinə və mövcud idarəçiliyinə qarşı narazılıqla izah etmək kifayət deyil. Burada illər ərzində yığılıb qalmış sosial problemlər, həyat bahalılığı, pensiya və əmək siyasəti ətrafında mübahisələr, hökumətə inamın azalması və siyasi parçalanmalar bir nöqtədə kəsişir".

Bu sözləri Redaktor.az-a açıqlamasında siyasi şərhçi Çingiz Şahbazi bildirdi.

Onun sözlərinə görə, Fransada son illərdə müxtəlif etiraz hərəkatları baş verib və onların hamısını vahid təşkilatın fəaliyyəti kimi qiymətləndirmək düzgün deyil.

“Bundan əvvəlki aksiyalarda olduğu kimi, indiki etirazların da real sosial səbəbləri var. Bununla belə, etirazların hansısa siyasi qüvvə tərəfindən təşkil və ya idarə olunması məsələsini ayrıca nəzərdən keçirmək lazımdır. Bu iki məqamı bir-biri ilə qarışdırmaq olmaz”, - deyə siyasi şərhçi vurğuladı.

Ç.Şahbazi qeyd etdi ki, Fransada məktəblərdəki problemlərdən başlayan etirazlar sonradan daha geniş sosial və siyasi qarşıdurmaya çevrilib. Onun sözlərinə görə, sentyabrın ortalarından etibarən Parisin sosial baxımdan daha həssas ətraf bölgələrində şagirdlər müəllim çatışmazlığına və məktəblərin acınacaqlı vəziyyətinə etiraz ediblər.

Şərhçi bildirdi ki, sentyabrın sonunda müəllimlər, yanğınsöndürənlər, səhiyyə işçiləri və dövlət sektorunun digər əməkdaşları da aksiyalara qoşulublar. Onun fikrincə, narazılığın əsas səbəblərindən biri hökumətin büdcə ixtisarları planıdır.

Ç.Şahbazi vurğuladı ki, etirazlara ölkənin həmkarlar ittifaqlarının və 2018-ci ildəki “Sarı jiletlilər” hərəkatının tərəfdarlarının da qoşulduğu bildirilir.

“Fransa Daxili İşlər Nazirliyinin son məlumatına görə, oktyabrın 17-də nümayişlərdə 550 min insan iştirak edib. Bəzi yerlərdə talanlar, yanğınlar və polislə toqquşmalar baş verib. Bununla əlaqədar Parisin bəzi ərazilərində, eləcə də Lill və Nitsa şəhərlərində məhdud komendant saatları tətbiq edilib. Noyabrın 5-nə yeni tətil və nümayişlər elan olunub”, - deyə politoloq bildirdi.

O qeyd etdi ki, etirazçılar vahid siyasi təşkilat ətrafında birləşmədikləri üçün məktəblilərin, müəllimlərin, səhiyyə işçilərinin və digər hökumət əleyhdarlarının tələbləri tam üst-üstə düşmür. Bununla belə, təhsil sisteminin təkmilləşdirilməsi, alıcılıq qabiliyyətinin qorunması, büdcə ixtisarlarına və maaş siyasətindəki problemlərə etiraz kimi tələblər ümumi narazılıq fonunda ön plana çıxır.

Ç.Şahbazi hesab edir ki, Fransada baş verənlər, ilk növbədə, real sosial narazılığın təzahürüdür. Bununla yanaşı, o, mövcud vəziyyətin ölkənin siyasi qüvvələri tərəfindən öz məqsədləri üçün istifadə edilə biləcəyini də istisna etmir.

Siyasi şərhçinin fikrincə, sosial şəbəkələrdə etirazlarla bağlı məlumatların daha geniş yayılması hökumətə qarşı narazılığın və inamsızlığın artmasına da təsir göstərə bilər.

“Bu baxımdan hesab edirəm ki, Prezident Emmanuel Makronun siyasi gələcəyi də aksiyaların nə qədər davam edəcəyindən və sosial böhranın doğurduğu problemlərin hansı nəticələrə gətirib çıxaracağından asılı olacaq”, - deyə həmsöhbətimiz fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:322
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Oktyabr 2026 22:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri