Icma.az
close
up
RU
Atəşkəs dövründə İranda anti Azərbaycan təbliğatı VİDEO

Atəşkəs dövründə İranda anti Azərbaycan təbliğatı VİDEO

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"İranla ABŞ-İsrail koalisiyası arasında 40 gün davam edən müharibənin ardınca atəşkəs barədə razılaşmanın əldə olunması əksər qonşu ölkələr kimi, Azərbaycan tərəfindən də alqışlandı və bunun regionda davamlı sülhə zəmin yaradacağına dair ümid ifadə olundu".

Moderator.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı videomaterial hazırlayıb.

Süjetdə qeyd olunub ki, sözügedən məsələ həm Azərbaycan və İran prezidentlərinin, həm də iki ölkənin xarici işlər nazirlərinin atəşkəsdən dərhal sonra baş tutan telefon danışıqlarında açıq şəkildə ifadə olunub:

"Lakin gözləntilərə rəğmən İranda bəlli dairələr müharibə dövründə fasilə verilmiş anti-Azərbaycan təbliğatını yenidən dirçəltmək və genişləndirmək üçün bu fürsətdən istifadə etməyə çalışırlar. Təbliğatda ənənəvi İsrail mövzusu ilə yanaşı, Azərbaycanın xarici siyasətinin bir sıra məsələləri, o cümlədən Ermənistanla sülh prosesi, Zəngəzur dəhlizi kimi məsələlər də yer almaqdadır".

Videomaterialda vurğulanıb ki, məsələnin diqqətçəkən bir cəhəti də odur ki, bu dəfə Azərbaycan əleyhinə böhtan kampaniyasında özünü müstəqil adlandıran, amma İranın təhlükəsizlik orqanları ilə əlaqəsi şübhə doğurmayan media və ekspertlərlə yanaşı, müharibə nəticəsində İran siyasi hakimiyyətində önə çıxan qüvvələrin təmsilçiləri də fəallıq göstərirlər.

"Bu kontekstdə İran parlamentinin deputatı, keçmiş xarici işlər naziri Mənuçehr Müttəkinin son açıqlamaları qeyd oluna bilər. Belə ki, o, aprelin 28-də İran dövlət televiziyasının canlı efirindəki çıxışında Azərbaycanın ünvanına əsassız ittihamlar səsləndirib və iddia edib ki, guya İsrail tərəfindən İranın şimal bölgələrinə edilən hücumlarda Azərbaycanın hava məkanından və aerodromlarından istifadə olunub. Həmçinin o, İsrail təyyarələrinin yanacaqla təminatına Azərbaycanın şərait yaratmasına dair xəbərlərin olduğunu bildirib. Müttəki öz çıxışında regionda İsrailin bazasının olduğu bölgələr sırasında Bakının da adını çəkib", - deyə süjetdə bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 May 2026 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see627

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see318

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see307

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see300

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see297

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see295

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see282

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see268

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see263

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see254

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see248

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see239

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see234

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see234

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see234

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see230

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see228

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see226

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri