Icma.az
close
up
RU
Kreml paradı üçün atəşkəs

Kreml paradı üçün atəşkəs

Icma.az bildirir, Ayna portalına istinadən.

Yevgeni Dikiy: “Üç günlük atəşkəs nə Ukrayna, nə də Rusiya üçün cəbhədəki vəziyyətə hansısa təsir edir”

“Rusiyada hər il İkinci Dünya müharibəsinin başa çatmasının ildönümündə keçirilən ənənəvi “qələbə dəliliyi” ərəfəsində Kreml Ukraynada “üç günlük atəşkəs” elan edib. Lakin Ukrayna bu manipulyasiya təklifini rədd edərək xatırladıb ki, yalnız ən azı otuz gün ərzində dərhal və etibarlı atəşkəs real diplomatiya üçün əsas yarada bilər. Axı Putinin təklifinin həqiqətən də bir tərəf üçün yalnız bir mənası və faydası var - o da Rusiya tərəfi üçün”. Bu fikirləri ukraynalı hərbi analitik, veteran Yevgeni Dikiy yazdığı analitik yazıda qeyd edib.

Xatırladaq ki, Rusiya tərəfi 9 May – Qələbə Günü münasibətilə üç sutkalıq atəşkəs təklifi ilə çıxış edib, lakin Kiyev bu təklifi rədd edib.

Hərbi ekspert hesab edir ki, Rusiyanın diktatura elitasının planına görə, mayın 9-da “müqəddəs” bir akt keçirilməlidir: “Bu ritual da Moskvadakı Qızıl Meydanda paraddır. Ruslar üçün heç bir halda Ukrayna pilotsuz təyyarələrinin bu paradda “iştirak etməməsi” son dərəcə vacibdir. Axı onlar Kremlin qarşısına enə bilərlər. Ruslar yaxşı bilirlər ki, onların hava hücumundan müdafiəsi hətta paytaxtda belə təhlükəsizliyi təmin etmək iqtidarında deyil. Onlar bunu artıq Moskva və Moskva vilayətinin bəzi zavodlarına endirilən zərbələrin timsalında görüblər. Ancaq Rusiyanın hava hücumundan müdafiəsinə güvənmək mümkün olsa belə, paradın ortasında hava hücumu siqnalının verilməsi və Rusiya Prezidenti Vladimir Putinin özünü və bütün xarici qonaqlarını bomba sığınacağında gizlətmək zərurəti Rusiya üçün çox xoşagəlməz olardı”.

“Üstəlik, parada hücum rusların özlərini ruhdan salar. İndi Rusiyada vəziyyət və əhval-ruhiyyə iki il, hətta bir il əvvəlki kimi deyil. Əgər o vaxt müqavilə ilə orduya yazılmaq üçün hərbi komissarlıqda növbə gözləyən kifayət qədər insan var idisə, indi səfərbərliklə bağlı problemlər mövcuddur. Keçən il ruslar Kremlin “xüsusi hərbi əməliyyat” adlandırdığı işğalçı müharibədə iştirak edənlərə ödənişləri on dəfə artırmalı oldular. Lakin bu, nəinki müharibəyə gedənlərin 10 dəfə artmasına səbəb oldu, hətta Ukraynada müharibəyə getmək istəyənlərin sayının azalmasını belə dayandıra bilmədi. İndi Rusiyada itkiləri ödəmək üçün lazım olduğundan daha canlı qüvvə toplayırlar”, - deyə Dikiy vurğulayıb.

Ekspertin qənaətincə, parada hipotetik hücum müharibəyə getməyə həvəsi daha da azalda bilər: “Kreml 2022-ci ilin payızında olduğu kimi məcburi səfərbərlik etməli idi. Amma indi 2025-ci ildir və çox şey dəyişib. Əslində Putinin “işçi qüvvəsini” artırmaq üçün yeganə ümidi yoldaş Kim Çen Indır. Yəni bu paradı Ukraynanın pozmaması ruslar üçün çox vacibdir. Buna görə də, problemin həqiqətən də "gözəl həllini" tapdılar - üç günlük atəşkəs elan etməklə. Bizim üçün çətin vəziyyətdən istifadə edərək Kreml bu üç günlük “atəşkəslə” özünü sığortalamaq istəyir. Çətin vəziyyət dedikdə, nəzərə almalıyıq ki, bizim keçmiş əsas müttəfiqimiz, indi isə demək olar ki, Rusiyanın əsas müttəfiqi olan ABŞ aylarla özünü elə göstərməyə çalışdı ki, Rusiya artıq sülh istəyir, biz isə istəmirik. Üç günlük atəşkəs nə Ukrayna, nə də Rusiya üçün cəbhədəki vəziyyətə hansısa təsir edir. Üç günlük atəşkəs nəsə demək deyil, bu sadəcə olaraq Putinin özünə lazımdır. Əslində isə Rusiya nəinki üç gün, 24 saat ərzində atəş açmasa, yəqin ki, Ukrayna da zərbə endirməyəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://ayna.az
archiveBu xəbər 08 May 2025 21:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see584

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see523

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see287

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see272

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see256

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see256

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see251

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see248

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see243

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see239

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see209

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see199

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see192

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see190

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see183

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see182

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see180

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri