Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

ATƏT in qərarı bu şəxsin 30 ildən sonra vəzifəsini itirməsinə səbəb oldu

ATƏT in qərarı bu şəxsin 30 ildən sonra vəzifəsini itirməsinə səbəb oldu

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ATƏT Nazirlər Şurasının qərarı əsasında qurumun Minsk prosesi (keçmiş Ermənistan-AzərbaycanDağlıq Qarabağ münaqişəsi üzrə) ilə bağlı bütün strukturları 2025-ci il noyabrın 30-da saat 23:59-da fəaliyyətini tam dayandırıb.

Azərbaycan və Ermənistanın birgə müraciəti əsasında hazırlanan və ATƏT-in Nazirlər Şurasının MC.DEC/1/25 saylı 1 sentyabr tarixli qərarı ilə atılan bu addımla, təşkilat çərçivəsində uzun illər mövcud olmuş Minsk mexanizmi rəsmən tarixə qovuşdu.

“Yeni Sabah” xəbər verir ki, bu, qərar həm də 1996-cı ildən etibarən - demək olar ki, 30 ilə yaxın müddətdə - ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi qismində regionda çalışan polşalı diplomat Anjey Kasprşikin (Andrzej Kasprzyk) missiyasını başa çatdırmış oldu. Beləliklə, Minsk qrupunun fəaliyyətini dayandırması ilə o, 29 ildən sonra faktiki olaraq işsiz qaldı.

Polşalı diplomat Anjey Kasprşik 1996-cı ildən 2020-ci ilə qədər regionda ATƏT mandatı ilə çalışaraq münaqişə zonasında monitorinqləri həyata keçirən əsas fiqurlardan biri olub.

Anjey Kasprşik Polşa paytaxtı Varşavada doğulub və ali təhsilini ölkənin Mərkəzi Planlaşdırma və Statistika Məktəbində beynəlxalq iqtisadi münasibətlər üzrə alıb. Onun diplomatik fəaliyyəti 1970-ci illərin əvvəllərindən başlayır. 1973-1974-cü illərdə Cənubi Vyetnamda Beynəlxalq Nəzarət və Koordinasiya Komissiyasının tərkibində çalışıb. 1975-ci ildən etibarən Polşa Xarici İşlər Nazirliyində fəaliyyətini davam etdirib.

A.Kasprşik 1983-1987-ci illərdə Polşanın Kubanın paytaxtı Havana şəhərindəki səfirliyində mədəniyyət attaşesi qismində çalışıb, daha sonra XİN-in mətbuat ofisində işləyib. 1989-cu ildə BMT-nin mandatı altında Namibiyada keçirilən seçkilərin müşahidə missiyasına qatılıb.

1992-1995-ci illərdə diplomat Polşanın Zimbabvedə müvəqqəti işlər vəkili olub, eyni zamanda Malavi və Zambiyada akkreditə edilib. Vətənə dönüşündən sonra XİN-in İqtisadi Əməkdaşlıq Komitəsində fəaliyyət göstərib.

A.Kasprşikin regional siyasətdə əsas rol oynayan təyinatı isə 1996-cı ilin iyulunda verilib: o, ATƏT-in Minsk qrupu sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi təyin olunub və mandatı çərçivəsində Tiflisdə yerləşərək tərəflər arasında monitorinq prosesinə rəhbərlik edib. 1997-ci ildən etibarən hər il mandatı uzadılan diplomat uzun illər boyu bölgədə vəziyyəti izləyən yeganə ATƏT nümayəndəsi olub.

Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilən xəbərə əsasən, o, ilk monitorinqini 1997-ci il aprelin 15-də öz səhra köməkçisi polkovnik M.Xoxolaçek və onları müşaiyət edən şəxslərlə cəbhənin Horadiz rayonu sahəsində keçirib. Bu zaman ermənilər onları atəşə tutub.

“Müşahidə aparılması haqqında qabaqcadan razılıq əldə edilməsinə, üstündə ATƏT-in bayrağı və bu təşkilatın adı olan avtomobilin aydın görünməsinə baxmayaraq erməni tərəfi monitorinq keçirənləri görə-görə onlara atəş açmış və tədbirin keçirilməsinə qəsdən maneəçilik törədib. Cənab A.Kasprşik etiraf edib ki, ermənilərin təqsiri ucbatından atəşkəs pozulub və atəş zamanı məhz onlar hədəf seçiliblər. O, bu nəticəyə gəlib ki, erməni ordusunda nəzarətin zəif olduğu və böyük komandirlərin əmrlərinə tabe olmamaq hiss edilir.

ATƏT sədrinin şəxsi nümayəndəsi heç bir çərçivəyə sığmayan bu hadisəni fövqəladə vəziyyət adlandırmış və bu barədə ATƏT rəhbərliyinə mütləq məlumat verəcəyini bildirib”, - nazirliyin 28 il əvvəl yaydığı məlumatda vurğulanıb.

İlk işi uğursuz alınan ATƏT sədrinin şəxsi nümayəndəsinin sonrakı dövrdəki fəaliyyəti də elə bunun məntiqi davamı olub. Azərbaycan uzun illər Anjey Kasprşikin və rəhbərlik etdiyi qurupun fəaliyyətinin səmərəsizlityini gündəmə gətirib. Rəsmi Bakı Minsk qrupunun monitorinq mexanizmini real nəticə verməyən formal prosedur kimi qiymətləndirirdi. 30 ilə yaxın fəaliyyətinə baxmayaraq, nə o, nə də Minsk qrupu münaqişənin həllinə hər hansı həlledici təsir göstərə bildi. Nəticə etibarilə, bu qurumda təmsil olunan diplomatlar, o cümlədən Anjey Kasprşik, region tarixində uğursuz fəaliyyətləri ilə tarixə düşdülər.

44 günlük Vətən müharibəsindən sonra isə rəsmi Bakı Minsk qrupu ilə əməkdaşlığı tamamilə dayandırdı. Anjey Kasprşik Azərbaycanda qəbul edilmədi və onun missiyası faktiki olaraq donduruldu. Müharibə bitdikdən sonra o, bir neçə Ermənistana səfər etdi, sərhəddən binoklla Azərbaycan ərazilərinə baxdı, amma sərhəddən bu tərəfə buraxılmadı. O, sonuncu dəfə 2020-ci il fevralın 27-də, yəni İkinci Qarabağ müharibəsinin başlamasına tam 7 ay qalımış Azərbaycanda olub, müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb. Həmin görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyətinə, keçirilən monitorinqlərin nəticələrinə və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb.

Beləliklə, ATƏT-in son qərarı ilə həm ziddiyyətli fəaliyyətinə görə illərdir tənqid olunan Minsk prosesi tarixə qovuşdu, həm də bu prosesin 30 illik siması olan Anjey Kasprşikin diplomatik missiyası rəsmən başa çatmış oldu.

İndi onun hansı işlə məşğul olmasına dair dəqiq informasiya yoxdur. Bir zamanlar mətbuatın yazdığına görə, diplomat özünə yaxşı biznes qurmuşdu. Bəlkə də təqaüdə çıxıb elə biznesi ilə məşğul olur…

İlhamə Qasımlı


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 01 Dekabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see269

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see247

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see247

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see237

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see212

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see182

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see179

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see172

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see165

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see158

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see158

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see157

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see150

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see150

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see149

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see138

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see136

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see135

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri