Icma.az
close
up
RU
ATƏT PA Bakının açdığı yeni yola qoşulur

ATƏT PA Bakının açdığı yeni yola qoşulur

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Sülhün qarşısında – mina, diplomatiyanın qarşısında – məsuliyyət

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası müasir qlobal siyasətdə formalaşan yeni geosiyasi reallıqları nəzərə alaraq, rəsmi Bakı ilə münasibətləri daha rasional və praqmatik müstəvidə inkişaf etdirmək yolunu seçir.

ATƏT PA-nın prezidenti Pere Xoan Pons Sampyetronun sentyabrın 3-də ölkəmizə səfəri beynəlxalq qurumların xarici siyasət prioritetlərində Cənubi Qafqazın mərkəzi dövlətinin oynadığı həlledici rolu bilavasitə təsdiqləyir. Aparılan intensiv danışıqlar çərçivəsində səsləndirilən fikirlər dövlətimizin irəli sürdüyü regional sülh və ardıcıl inkişaf modelinin beynəlxalq ictimaiyyət tərəfindən şərtsiz qəbul olunduğunu aşkara çıxarır. Yaranmış mənzərə heç vəchlə təsadüfi xarakter daşımır, əksinə, uzunmüddətli strateji baxışın, həmçinin diplomatik bacarığın məntiqi yekunudur.

Təşkilat rəhbərinin əməkdaşlığın gücləndirilməsinə dair mesajları əslində, qurumun keçmişdə yol verdiyi yanlışlıqları dərk etməyə başladığını göstərir. Təxminən 30 il ərzində fəaliyyət göstərmiş Minsk qrupu formatının məqsədsiz və nəticəsiz siyasəti mövcud etimad mühitini ciddi şəkildə zədələdi. Lakin hazırkı rəhbərlik əvvəlki illüziyalardan uzaqlaşaraq yaranmış yeni reallığa adekvat reaksiya verməyi bacarır. Cənubi Qafqazda güc balansı tamamilə yenilənib, münaqişə isə həmişəlik arxivə göndərilib. ATƏT kimi böyük təsisatın belə kritik mərhələdə reallığı görməzdən gəlməsi institutun əhəmiyyətini sıfıra endirə bilərdi. Məhz qeyd olunan səbəbdən Sampyetro praqmatik addım ataraq qurumun etibarını bərpa etməyə can atır. Assambleya indi keçmişin xəyalları ilə yaşamaqdan imtina edib, konkret praktiki məsələlər ətrafında dialoq qurmağa üstünlük verir.

Humanitar minatəmizləmə əməliyyatları müasir əməkdaşlıq gündəliyinin həlledici seqmentinə çevrilib. Ölkəmizin ATƏT PA daxilində xüsusi vurğuladığı əsas prioritetlərdən sayılan qeyd olunan sahə qlobal ictimaiyyətin ciddi nəzarəti altında saxlanılmalıdır. Uzun illərin işğal faktoru səbəbindən ərazilərimizdə kütləvi şəkildə basdırılmış partlayıcı qurğular dinc əhalinin, xüsusən də keçmiş məcburi köçkünlərin tam təhlükəsiz şəkildə doğma torpaqlara qayıdışı prosesini ləngidən aqressiv maneədir. Sampyetronun məhz humanitar minatəmizləmə məsələsinə diqqət çəkməsi onun real və praktiki əməkdaşlığa maraq göstərdiyini nümayiş etdirir. Beynəlxalq proseslər maliyyə dəstəyindən tutmuş texnoloji yeniliklərin mübadiləsinədək geniş spektri əhatə etməlidir. Təşkilatın mina problemini xüsusi gündəmə gətirməsi rəsmi Bakının haqlı mövqeyinin Qərb institutlarında getdikcə daha çox eşidildiyini və bu qurumların məsələyə münasibətdə məsuliyyət daşıdığını göstərir. Ermənistanın vaxtilə həyata keçirdiyi mina terroru yalnız beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması ilə məhdudlaşmır, həm də uzun illər aradan qaldırılması mümkün olmayan ciddi ekoloji fəsadlar yaradıb.

“Beynəlxalq institutlar fikir ayrılıqlarının dialoq yolu ilə həlli üçün mühüm platformalardır” – Sampyetronun bu mesajı dünya nizamının köklü dəyişikliklər yaşadığı mərhələdə xüsusi əhəmiyyət daşıyır. Fikir ayrılıqları bəzi məqamlarda qütbləşməyə səbəb olsa da, ATƏT rəsmisi məsələnin sivil üsullarla, sırf diplomatik vasitələrlə nizamlana biləcəyinə inamını ifadə edir. "Biz Azərbaycanı narahat edən məsələləri dinləməyə və parlamentlərarası qarşılıqlı fəaliyyət imkanlarını öyrənməyə çalışırıq" cümləsi isə qurumun daxili siyasətində baş verən mütərəqqi dəyişikliklərdən xəbər verir. Ölkəmiz artıq hesabat verən və ya sadəcə, dinləyən tərəf statusundan tamamilə xilas olub, indi o, şərtləri diktə edən, qlobal gündəliyi formalaşdıran nüfuzlu dövlətə çevrilib. Avropalı parlamentarilər rəsmi Bakının konstruktiv təkliflərini qəbul etmədən regionda hər hansı təhlükəsizlik arxitekturasının qurulmasının qeyri-mümkünlüyünü dərk edirlər.

ATƏT ……….Parlament Assambleyasında Azərbaycanı təmsil edən nümayəndə heyətinin fasiləsiz aktiv fəaliyyəti bütövlükdə, milli dövlətçilik maraqlarımızın sistemli qorunması mənasını verir. Təşkilat prezidentinin milli deputatlarımızın işini yüksək qiymətləndirməsi və onların fəal iştirakını qabartması uğurlu parlament diplomatiyamızın əyani göstəricisidir. Qeyd olunan nümayəndə heyəti yalnız tribuna xatirinə fəaliyyət göstərmir, əksinə, strateji sənədlərin hazırlanmasında, qətnamələrin qəbulunda və Avropanın təhlükəsizlik mexanizmlərinin yenilənməsində həlledici mövqe sərgiləyir. İnformasiya əsrində müəyyən xarici qüvvələrin ölkəmizə qarşı həyata keçirməyə çalışdığı süni qarayaxma kampaniyaları məhz peşəkar nümayəndə heyətimizin hazırlıqlı və analitik tutumlu tutarlı arqumentləri sayəsində darmadağın edilir. Parlamentlərarası təmaslar müxtəlif dövlətlərin nümayəndələri ilə fərdi səviyyədə sağlam informasiya mübadiləsi aparmağa, yaranmış reallıqları müstəqil şəkildə çatdırmağa kömək göstərir. Sampyetro açıqlamasında ATƏT PA-nın Avropa və Şimali Amerika ölkələrindən olan siyasətçilərin respublikamızla müstəqim təmaslarını təmin edən azsaylı platformalardan sayıldığını bəyan edir. Bəşəriyyətin parçalanmalara, iqtisadi sanksiyalara, həmçinin diplomatik böhranlara sürükləndiyi hazırkı 2026-cı ildə dialoq kanallarının açıq saxlanılması olduqca çətin məsələdir. Bəzi Qərb institutları emosional qərarlar qəbul edərək münasibətləri uçuruma doğru aparsa da, ATƏT rəhbərliyi rasional düşüncə çərçivəsindən çıxmamağa cəhd göstərir. Həqiqətən də, dövlətimiz Avropanın enerji təchizatında oynadığı geostrateji qarant rolu ilə bərabər, həm də Mərkəzi Asiya ilə Qərbi bağlayan ən optimal tranzit qapısı funksiyasını icra edir.

Üç gün əvvəl Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı və ATƏT rəsmisinin məhz tədbir ərəfəsində ölkəmizə gerçəkləşdirdiyi səfər əlaqələndirilmiş siyasi mənzərəni tam aydınlaşdırır. İşğal dövründə düşmən tərəfindən ərazilərin total şəkildə minalanması sülhün qarşısını alan qlobal terror faktıdır. Beynəlxalq təşkilatların həssas məsələyə laqeyd qalması insanlıq əleyhinə cinayətlərə ortaq olmaq mənası daşıyardı.

Sampyetronun proseslərə humanist rakursdan yanaşması və humanitar minatəmizləmə əməliyyatlarını prioritet kimi müəyyənləşdirməsi təşkilatın məsuliyyət hissini bərpa etdiyini göstərir. Açıq müzakirələr üçün şəraitin qorunması məsuliyyətini üzərinə götürdüyünü bildirən təşkilat sədri, əslində, təcrid siyasətinin perspektivsizliyini də etiraf edir. Çünki rəsmi Bakını sanksiyalar və siyasi təzyiqlər vasitəsilə yönləndirmək cəhdləri indiyədək nəticə verməyib. ATƏT məkanı Avrasiyanın geniş coğrafiyasını əhatə edir və bu məkanda davamlı sabitliyin təmin olunması regionun aparıcı dövlətlərinin iradəsi və iştirakı olmadan mümkün deyil. Dialoq və əməkdaşlığın gücləndirilməsinə yönələn hər bir konstruktiv təşəbbüs isə qurumun köhnə stereotiplərdən uzaqlaşaraq yeni reallıqlara uyğunlaşmasını sürətləndirir. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi rasional xarici siyasət kursu Azərbaycanın beynəlxalq platformalardakı mövqeyini daha da möhkəmləndirir. Beynəlxalq təşkilatlar getdikcə daha aydın şəkildə anlayırlar ki, əsas regional dövlətlərdən yan keçməklə nə dayanıqlı sülh layihələrini, nə də transmilli əməkdaşlıq təşəbbüslərini uğurla reallaşdırmaq mümkündür.

Yusif ŞƏRİFZADƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Sentyabr 2026 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri