Icma.az
close
up
RU
ATƏT PA ərazilərin minalardan təmizlənməsi və bərpası sahəsində Azərbaycana yardım göstərməyə çağırış edib

ATƏT PA ərazilərin minalardan təmizlənməsi və bərpası sahəsində Azərbaycana yardım göstərməyə çağırış edib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 3 iyul, AZƏRTAC

Milli Məclisin deputatı Qaya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (ATƏT PA) iyunun 28-dən iyulun 3-dək Portuqaliyanın Porto şəhərində keçirilmiş illik sessiyasında iştirak edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinə Milli Məclisin deputatları Azay Quliyev, Sevinc Fətəliyeva və Tural Gəncəliyev daxil olublar. Azərbaycan Respublikasının ATƏT yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli və Portuqaliyadakı fövqəladə və səlahiyyətli səfir İlqar Muxtarov nümayəndə heyətini müşayiət edib. Sessiyada Avropada təhlükəsizlik və əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb, ATƏT PA prezidenti, vitse-prezidenti və digər vəzifələrə seçkilər keçirilib.

Nümayəndə heyətinin üzvləri Assambleyanın plenar iclasında və komitələrin iclaslarındakı müzakirələrdə fəal iştirak edib, çıxışlarında ölkəmizin regionda sülh və əməkdaşlığın bərqərar olması səyləri, ətraf mühitin qorunması sahəsində beynəlxalq əməkdaşlıq, o cümlədən COP29-da Azərbaycan rəhbərliyinin səyləri sayəsində razılaşdırılmış tarixi qərarlar və hazırda COP29-un sədri kimi Azərbaycan tərəfinin həyata keçirdiyi səylər barədə ətraflı məlumat verib, ümumavropa təhlükəsizliyi məsələləri ətrafında fikirlərini bölüşüblər. Milli Məclisin deputatları münaqişənin Azərbaycana vurduğu ziyan və mina problemi haqqında Assambleyanı məlumatlandırıb, Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdış hüququnun təmin edilməsinin zəruriliyini vurğulayıblar. Nümayəndə heyətinin rəhbəri Qaya Məmmədovun təklifi ilə Parlament Assambleyası beynəlxalq ictimaiyyəti Azərbaycana işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə, yenidənqurma və bərpa məsələlərində yardım göstərməyə çağıran qərar qəbul edib. Nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Azay Quliyev yenidən ATƏT PA İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsinin sədri seçilib.

Sessiyada Ermənistan nümayəndə heyəti Assambleyanın yekun sənədinin layihəsinə Azərbaycan əleyhinə düzəlişlər (hazırda məhkəmələri gedən erməni millətinə məxsus məlum şəxslərin qeyd-şərtsiz azadlığa buraxılması, Azərbaycanda erməni irsinin guya dağıdılması və s.) vermişdi. Lakin Azərbaycan nümayəndə heyətinin apardığı iş nəticəsində bu düzəlişlər Assambleya tərəfindən səsvermədə rədd edilib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri və üzvləri ATƏT PA-nın yeni seçilmiş prezidenti Pere Joan Pons, vitse-prezidentləri və digər ölkələrin nümayəndə heyətləri ilə çoxsaylı görüşlər keçirib.

Avropa təhlükəsizliyi sahəsində ən mühüm beynəlxalq dialoq platformalarından olan ATƏT PA-nın Porto sessiyasında aparılmış müzakirələr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəqil, qətiyyətli və prinsipial siyasətinin, bunun sayəsində regionda yaranmış davamlı sülh və inkişaf perspektivlərinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul və təqdir edildiyini bir daha göstərib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyul 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see343

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see180

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see159

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see157

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see136

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see134

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri