ATƏT sədri Bakıda səfərdədir FOTO
Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis Azərbaycanda rəsmi səfərdədir.
Hurriyyet.media xəbər verir ki, nazir “X” hesabında Bakıdan paylaşım edərək yazıb:
“İlk rəsmi səfərimi Azərbaycana etməkdən məmnunam. İsveçrə Azərbaycanla tərəfdaşlığına yüksək dəyər verir. Biz ticarət, innovasiya və iqtisadi əlaqələr sahəsində əməkdaşlığımızı daha da dərinləşdirməyi, eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədri (OSCE CiO) qismində Cənubi Qafqazda dialoqu, sülhü, sabitliyi və rifahı təşviq etməyi hədəfləyirik. Bu səfər daha geniş regional təmasların başlanğıcını qoyur”, deyə diplomat qeyd edib.
Qeyd edək ki, bu gün İ.Kassisin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşü və mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.
Baxış sayı:180
Bu xəbər 22 Avqust 2026 04:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















