Icma.az
close
up
RU
ATƏT tarixinin ən mürəkkəb mərhələlərindən birini yaşayır ŞƏRH

ATƏT tarixinin ən mürəkkəb mərhələlərindən birini yaşayır ŞƏRH

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Belə bir şəraitdə təşkilatın əvvəlki yanaşmalarla effektiv nəticə əldə etməsi artıq mümkün görünmür

ATƏT məkanında çox qeyri-sabit və təlatümlü vəziyyət hökm sürür. Bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis ilə birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, belə olan təqdirdə, həm ATƏT, həm üzv ölkələrin çox fəal əməkdaşlığı, ATƏT-in potensialında olan bütün alətlərdən istifadə etmək və ölkələrin konsensus əsaslı, fəal əməkdaşlığı tələb olunur ki, ATƏT öz əhəmiyyətini qoruyub saxlaya və münaqişələrinə həllinə əməli töhfə verə bilsin. Azərbaycan dövləti olaraq öz tərəfimizdən bu prinsiplərə sadiqliyimizi təsdiq etdik.

Mövzunu şərh edən politoloq Tural İsmayılov Sherg.az-a bildirib ki, Ceyhun Bayramovun səsləndirdiyi fikirlər hazırkı beynəlxalq təhlükəsizlik reallıqlarının obyektiv qiymətləndirilməsi kimi dəyərləndirilə bilər:

“Doğrudan da, ATƏT tarixinin ən mürəkkəb mərhələlərindən birini yaşayır. Təşkilatın fəaliyyət məkanında Rusiya-Ukrayna müharibəsi, Cənubi Qafqazdakı yeni geosiyasi reallıqlar, hibrid təhdidlər, enerji təhlükəsizliyi və etimad böhranı kimi amillər təhlükəsizlik arxitekturasını ciddi şəkildə dəyişib. Belə bir şəraitdə təşkilatın əvvəlki yanaşmalarla effektiv nəticə əldə etməsi artıq mümkün görünmür. Nazirin konsensus və mövcud mexanizmlərdən səmərəli istifadə ilə bağlı vurğusu da məhz bu reallıqdan irəli gəlir. ATƏT-in əsas üstünlüyü onun inklüziv platforma olmasıdır. Lakin qərarların konsensus əsasında qəbul edilməsi, bir tərəfdən təşkilata legitimlik qazandırsa da, digər tərəfdən dərin siyasi ziddiyyətlər fonunda qərar qəbuletmə prosesini çətinləşdirir. Bu səbəbdən təşkilatın effektivliyi ilk növbədə üzv dövlətlərin siyasi iradəsindən və qarşılıqlı etimad yaratmaq istəyindən asılıdır”.

Politoloqun fikrincə, Azərbaycanın yanaşması da bu kontekstdə praqmatik görünür:

“Rəsmi Bakı uzun illər ərzində beynəlxalq hüququn norma və prinsiplərinin ardıcıl tətbiqinin vacibliyini vurğulayıb. Bu gün regionda yaranmış yeni reallıqlar fonunda ATƏT-in də fəaliyyətini dəyişən geosiyasi şərtlərə uyğunlaşdırması, qarşıdurmaların idarə olunması, etimadın möhkəmləndirilməsi və dialoq platforması kimi rolunu gücləndirməsi zərurəti daha aydın görünür. Bir sözlə, Ceyhun Bayramovun açıqlaması ATƏT-in böhran yaşadığı barədə bədbin qiymətləndirmədən daha çox, təşkilatın mövcud potensialının siyasi iradə və konstruktiv əməkdaşlıq hesabına yenidən səmərəli işlək mexanizmə çevrilə biləcəyinə dair mesaj kimi qiymətləndirilə bilər. Mövcud geosiyasi şəraitdə beynəlxalq təhlükəsizlik institutlarının rolunun zəifləməsi deyil, onların dəyişən çağırışlara uyğunlaşaraq daha çevik və nəticəyönümlü fəaliyyət göstərməsi əsas ehtiyac kimi ön plana çıxır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Avqust 2026 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri