Icma.az
close
up
RU
ATƏTin Minsk Qrupunun ləğv edilməsi qaçınılmazdır Analiz

ATƏTin Minsk Qrupunun ləğv edilməsi qaçınılmazdır Analiz

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Minsk Qrupunun amerikalı və fransalı həmsədrləri rusiyalı həmsədrlə 2022-ci ilin fevralından təmasları kəsib.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

“2022-ci ilin oktyabrın 6-da Praqada keçirilən Azərbaycan, Ermənistan, Fransa və Avropa Birliyinin sammitinin nəticələrinə əsasən, Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıması, 2023-cü ilin sentyabrında yerdə vəziyyətin kardinal şəkildə dəyişməsi ATƏT-in Minsk Qrupunun mandatının aktuallığını itirməsi ilə nəticələnib”, - Zaxarova qeyd edib.

O qeyd edib ki, Minsk konfransının bütün strukturları - Minsk Qrupu, yüksək səviyyəli planlaşdırma qrupu, ATƏT-in fəaliyyətdə olan sədrinin Qarabağ məsələsinin həlli üzrə şəxsi nümayəndəsi vəzifəsi ləğv edilməlidir.


Politoloq Asif Nərimanlı "Sherg.az"a söyləyib ki, Rusiya tərəfi MİNSK qrupunun ləğvində əvvəldən maraqlı olub:


"Zaxarovanın da qeyd etdiyi kimi Praqada keçirilən görüşdə Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz tərkibi hissəsi kimi tanıdıqdan sonra faktiki olaraq münaqişə həll olundu. Xankəndində separatizmin ləğvinin ardınca isə suverenlik bərpa edildi. Nəticədə Minsk Qrupunun de-fakto fəaliyyəti dayandırıldı. ATƏT-in Minsk Qrupunda öz həmsədrini region üzrə nümayəndə olaraq dəyişdirəndə ilk Rusiya, daha sonra isə digər ölkələr bu addımı atdı. Rusiya bu prosesdə ona görə maraqlıdır ki, Minsk Qrupunda təmsil olunsa da Qərb qüvvələrinin regiona müdaxiləsi daha sürətlidir. Münaqişənin həllinə qədər Rusiya, ABŞ və Fransanın Qarabağ məsələsində maraqları uzlaşırdı. Lakin 44 günlük müharibə və Rusiya-Ukrayna savaşının başlamasından sonra  artıq bütün proses yeniləndi. Yəni bu qüvvələr arasında heç bir ortaq maraq və çıxar qalmadı. Buna görə də Rusiya ATƏT-in Minsk Qrupunun ləğvini aktuallaşdırmağa başladı. Qrupun hələ də de-yure mövcud olması ABŞ və Fransanın regional müdaxiləsi imkanının qalması deməkdir. Buna görə də Rusiya bu məsələni xüsusilə vurğulayır. Digər tərəfdən ATƏT-in Minsk Qrupunun qalmasında maraqlı olan tərəflərdən biri Ermənistandır. Həmçinin erməni tərəfi də anlayır ki, münaqişə həll edilib və  MİNSK qrupunun fəaliyyətinin qalması mümkün deyil. Sadəcə olaraq Ermənistan cari dövrdə Azərbaycanla danışıqlarda bu qurumun ləğv edilməsi məsələsinə bir növ rıçaq kimi istifadə edir. Yəni hər hansı bir məsələdə öz maraqlarının təmin edilməsi üçün punktorlar saxlayır. Ermənistan Minsk Qrupunun ləğv edilməsi tələbinə razı olarsa, qarşılığında hər hansı istəyinin təmin edilməsini istəyəcək. Əslində Paşinyan son müsahibəsində dolayısı ilə buna işarə etdi. Minsk qrupunun ləğv edilməsindən danışanda qeyd etdi ki, münaqişə yoxdursa, niyə Qərbi Azərbaycan məsələsi gündəmə gətirilir? Yəni Ermənistan istəyir ki, Azərbaycanın "Qərbi Azərbaycan" konsepsiyasından imtina etsin".


Politoloqun sözlərinə görə, gələcəkdə Minsk qrupunun qalması nəticəsində Ermənistan üçün regionda şərtlər dəyişəcəyi halda yenidən Azərbaycana qarşı ərazi iddiaları irəli sürəcək:

"Bu qurum ermənilərin "Qarabağa qayıdışının və təhlükəsizliyinin təmin edilməsində" beynəlxalq mexanizm rolunu oynaya bilər. Qərb, xüsusilə də Fransa bu mövzuda maraqlıdır. Çünki Fransa regionda bütün proseslərdən kənarda qalıb. Həmçinin Minsk Qrupunun de-yure qalmasından Azərbaycana təzyiq etmək və regiondakı hadisələrdə formal olsa belə qalmaq üçün istifadə edir. ABŞ isə birbaşa maraqlı tərəf kimi görünmür. Lakin bu da situasiyanın inkişafından asılıdır. Yəni ABŞ-ın özü də Cənubi Qafqazda daha çox iştirakçı tərəfdir, yəni bu və ya digər mənada maraqlı ola bilər. Ümumiyyətlə ATƏT-in Minsk Qrupunun ləğv edilməsi qaçınılmazdır. Çünki münaqişə artıq həll edilib. Üstəlik bunun de-yure mövcud olması nəyisə dəyişdirmir. Əksinə ATƏT-in Minsk qrupunun saxlanılmasını istəyənlər itirən tərəfdir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Dekabr 2024 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri