ATƏTin Minsk qrupunun ləğvi qurumun effektiv fəaliyyətini təmin edəcək XİN rəhbəri
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
ATƏT-in Minsk qrupunun ləğvi qurumun effektiv fəaliyyətini təmin edəcək.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-nin Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında çıxışına dair XİN-in "X" hesabındakı paylaşımda deyilir.
Nazir ölkəmizin dünyada sülh, təhlükəsizlik, dialoq və əməkdaşlığın əsasını təşkil edən Helsinki Yekun Aktı da daxil olmaqla, ATƏT sənədlərində göstərilən əsas norma, prinsip və öhdəliklərini yerinə yetirdiyini bildirib.
XİN rəhbəri çıxışında beynəlxalq hüququn pozulması, eləcə də Avropada islamafobiya daxil olmaqla etnik və dini dözümsüzlüyün mövcudluğu kimi faktlara diqqət çəkib.
Ceyhun Bayramovun toxunduğu növbəti məsələ isə ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı olub. Nazir deyib ki, bu addım qurumun effektiv fəaliyyətini təmin edəcək.
Azərbaycanın XİN başçısı iştirakçılara Azərbaycanla Ermənistan arasında mövcud birbaşa dialoqun uğurlu nəticələrindən, habelə Ermənistanın Konstitusiyasında ölkəmizə qarşı mövcud olan ərazi iddialarından da danışıb.
Ceyhun Bayramov sonda beynəlxalq ictimaiyyəti regionda vəziyyətin gərginləşməsinə yönələn təxribatçı addımlardan çəkinməyə çağırıb.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 05 Dekabr 2024 20:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















