Atilla İdman Klubunda I dan dərəcəsi üzrə seminar
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə məşqçilər üçün I dan dərəcəsi üzrə seminar start götürüb. Atilla İdman Klubunda təşkil olunan təlimlərə ümumilikdə 30 məşqçi cəlb olunub.
Məşğələlər federasiyanın Təhsil şöbəsinin ekspertləri Rafiq Nəcəfov, İsmayıl Rzayev, İbrahim Aslanov, Elçin Mayılov və Natiq Qurbanlı tərəfindən aparılır.
Təlim çərçivəsində iştirakçılara “nage-no-kata” üzrə nəzəri və praktiki biliklər təqdim olunur, onların peşəkar bacarıqlarının inkişafına dəstək göstərilir.
Seminarın sonunda imtahanı uğurla başa vuran məşqçilərə I dan dərəcəsi təqdim olunacaq.
Qabil YUSİFOĞLU
XQ
Baxış sayı:150
Bu xəbər 24 İyun 2026 22:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















