Icma.az
close
up
RU
TRIPP naminə: texniki planlaşdırma və böyük perspektiv ümidi

TRIPP naminə: texniki planlaşdırma və böyük perspektiv ümidi

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan, ABŞ və Ermənistan nəyi razılaşdırdılar?

Noyabrın 6-da “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) inkişaf etdirilməsi məqsədilə Üçtərəfli Texniki Planlaşdırma Qruplarının fəaliyyətinə start verildi. Azərbaycan XİN-in məlumatına görə, bu platforma üç ölkənin siyasətçilərini və texniki ekspertlərini bir araya gətirərək, regionda uzunmüddətli sabitliyin, iqtisadi dinamizmin, regional bağlantıların və ticarət rifahının təmin olunmasına birgə töhfə vermək məramı daşıyır. Məlumatda, eyni zamanda, təşəbbüsün ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə 2025-ci il avqustun 8-də əldə olunmuş Vaşinqton Sülh Sammiti Bəyannaməsinin əhəmiyyətini bir daha vurğuladığı diqqətə çatdırılıb. Deməli, əsas məsələ siyasi baxışı konkret irəliləyişə çevirməkdir. 

Bəli, Azərbaycan XİN bildirir ki, ortaq öhdəlik nümayiş etdirən tərəflər nəqliyyat və elektrik enerjisinin ötürülməsi məsələlərini əhatə edən ilk iki Üçtərəfli Planlaşdırma Qrupunun fəaliyyətə başlaması barədə razılığa gəliblər. Məqsəd isə aydındır: mürəkkəb texniki məsələlərin həlli və layihənin regional infrastruktur şəbəkələri ilə əlaqələndirilməsi də daxil olmaqla, icranın növbəti mərhələlərinə keçidi təmin etmək. Tərəflər əldə etdikləri razılıqla TRIPP-in bütün istiqamətlər üzrə operativ şəkildə fəaliyyətə başlamasının təminatı ilə bağlı üzərlərinə götürdükləri öhdəlikləri bir daha təsdiqləyiblər. Göründüyü kimi, TRIPP reallığa çevrilmək üzrədir. Elə isə bəzi nüanslara aydınlıq gətirək. Onlardan birincisi budur ki, üç ölkənin təmsil olunduğu qruplar arasında koordinasiya prosesi necə və hansı əsasla həyata keçiriləcək? Layihənin reallaşdırılmasına mane ola biləcək hansı məqamlar var? 

***

Üçtərəfli Texniki Planlaşdırma Qruplarının fəaliyyətə başlaması Cənubi Qafqazda nəqliyyat və enerji kommunikasiyalarının gələcək arxitekturası baxımından mühüm hadisədir. Lakin bu hadisənin əhəmiyyətini yalnız üç ölkənin formatının yaradılması ilə məhdudlaşdırmaq düzgün olmazdı. Yəni, söhbət Vaşinqtonda əldə olunmuş siyasi razılaşmaların konkret infrastruktur layihələrinə çevrilməsi istiqamətindəki yeni mərhələdən gedir. Şübhəsiz, bu mərhələdəki daxili semantika da zamanla açıqlanacaq. Hələlik isə deyə bilərik ki, TRIPP-in reallaşdırılması üçün artıq müəyyən institusional və hüquqi baza var.

Qeyd edək ki, bu il yanvarın 13-də ABŞ və Ermənistan TRIPP-in həyata keçirilməsi üzrə Çərçivə Sənədini açıqlayıblar. Həmin sənəddə hər bir ölkənin layihənin icrası üzrə əsas əlaqələndirici vəzifəsini yerinə yetirəcək yüksək səviyyəli dövlət rəsmisi təyin etməsi nəzərdə tutulur. Bu şəxslər həm müvafiq ölkələrin nazirlikləri və dövlət qurumları arasında koordinasiyanı reallaşdırmalı, həm də “TRIPP Development Company” ilə əsas əlaqə nöqtəsi rolunu oynamalıdırlar. Hazırkı yanaşmanın əsasında isə əlaqələndirmə prosesinin bir neçə səviyyədə təşkil olunması gözlənilə bilər. Birinci səviyyəni siyasi və hökumətlərarası koordinasiya kimi dəyərləndirmək mümkündür. Yəni, üç ölkənin hökumətləri layihənin ümumi siyasi istiqamətini, prioritetlərini və icra ilə bağlı prinsipial məsələləri razılaşdırmalıdırlar. Heç şübhəsiz, Azərbaycanın, ABŞ-ın və Ermənistanın xarici siyasət qurumlarının prosesdə iştirakları xüsusi əhəmiyyət daşıyır. Çünki texniki qrupların işini siyasi razılaşmaların çərçivəsində saxlamaq, meydana çıxan fikir ayrılıqlarının layihənin ümumi gedişinə mənfi təsir göstərməsinin qarşısını almaq vacibdir.

***

Əlbəttə, TRIPP-in gələcəyi, ilk növbədə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması fazasından asılıdır. Elə barəsində söz açdığımız ABŞ-Ermənistan Çərçivə Sənədində də layihənin uğurunun Azərbaycanla Ermənistan arasında sülhün institusionallaşdırılması, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması, ABŞ-nin davamlı iştirakı və regional sabitliklə bağlı olduğu xüsusi vurğulanır. Mövcud trayektoriyada isə iki prinsipial məqam var. Birincisi, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin edilməsi, ikincisi, suverenliyini və yurisdiksiyasını qorumaqla, Ermənistan ərazisində TRIPP bağlantı layihəsi üçün praktiki mexanizmlərinin yaradılması. Məhz bu iki prinsipin uzlaşdırılması onun həssas siyasi-hüquqi məsələlərindəndir.                                                          Azərbaycan üçün əsas məsələ Naxçıvanla əlaqənin formal xarakter daşımaması, sərnişin və yük daşımalarının səmərəli, fasiləsiz və proqnozlaşdırıla bilən qaydada həyata keçirilməsidir. Ermənistan isə layihənin öz suverenliyi, ərazi bütövlüyü və milli qanunvericiliyi çərçivəsində reallaşdırılmasını əsas götürür.                                                 Deməli, texniki qrupların qarşısında duran əsas vəzifələrdən biri bu prinsiplər arasında praktiki uzlaşmanı təmin etməkdir. Nəzərə alaq ki, gömrük və sərhəd prosedurları uzunmüddətli yoxlamalar, əlavə bürokratik tələblər və süni gecikmələr yaradarsa, TRIPP-in əsas iqtisadi üstünlüyü zəifləyə bilər. Ona görə də texniki qrupların gömrük və sərhəd prosedurlarının rəqəmsallaşdırılması, əvvəlcədən elektron məlumat mübadiləsi, risk əsaslı yoxlama və tranzit yüklərin izlənməsi kimi məsələlərə diqqət yetirməsi şərtdir.                                                                                                   Əvvəldə anonsunu verdiyimiz risklərə gəlincə, bu baxımdan Rusiya amilinin və Ermənistan dəmir yollarının idarə olunmasının üzərində dayanılmalıdır. Çünki bu məqam TRIPP-in həyata keçirilməsində ən ciddi geosiyasi və infrastruktur problemlərindən biri hesab oluna bilər. Məlumdur ki, Ermənistanın dəmir yolu şəbəkəsi 2008-ci ildən Rusiya Dəmir Yollarının törəmə şirkəti olan Cənubi Qafqaz Dəmir Yollarının idarəçiliyindədir. Bununla bağlı konsessiya müqaviləsi isə 2038-ci ilədək qüvvədədir. Ermənistanın Baş naziri Nikol Paşinyan bu il avqustun 24-də parlamentdəki çıxışı zamanı mövzuya toxunmuş və bildirmişdi ki, Rusiya şirkətinin idarəçiliyində olan dəmir yolu infrastrukturu beynəlxalq sanksiyalar səbəbindən Qərb investorları və yükdaşıma şirkətləri üçün əlavə risk yarada bilər. Paşinyan Rusiyadan imtiyaz hüquqlarının Ermənistan və Rusiya üçün məqbul olan üçüncü ölkəyə verilməsini istəyib. 

Məsələnin mürəkkəbliyi də ondadır ki, Moskva bu imtiyazdan imtina etmək istəmir. Əksinə, Rusiya Dəmir Yollarının rəhbəri Oleq Belozerov 2026-cı il oktyabrın 14-də Ermənistanla mövcud müqavilənin öhdəliklərinə əməl edəcəklərini bildirib. Bu vəziyyət TRIPP qarşısında bir suallar yaradır. Yəni, Rusiya amili TRIPP-in texniki planlaşdırılmasına birbaşa təsir göstərə biləcək geosiyasi faktordur. Risklərdən söz düşmüşkən isə İran amili və regional təhlükəsizlik həssaslığı üzərində də dayanılmalıdır. Məsələ ondadır ki, TRIPP-in Ermənistanın Sünik bölgəsindən keçməsi İranın layihəyə münasibətini xüsusi əhəmiyyətli edir. Tehran uzun müddətdir Ermənistanın ərazi bütövlüyünün və regionda mövcud sərhədlərin dəyişməzliyinin qorunmasını özünün milli təhlükəsizlik maraqları baxımından vacib sayır. Onun narahatlıqları isə əsasən üç istiqamətdə cəmləşir. Birincisi, Ermənistanın cənubunda geosiyasi və hərbi qüvvələr balansının dəyişməsi, ikincisi, ABŞ-ın İran sərhədlərinə yaxın ərazilərdə iqtisadi və təhlükəsizlik baxımından mövqelərini möhkəmləndirməsi, üçüncüsü, İranın Ermənistan və Azərbaycanla nəqliyyat əlaqələrinə, habelə regional tranzit imkanlarına təsir göstərə biləcək yeni geosiyasi vəziyyətin yaranması. Amma o da məlumdur ki, TRIPP-in yaradılması İranın regional nəqliyyat imkanlarının məhdudlaşdırılması demək deyil. Əksinə, düzgün qurulacağı təqdirdə, layihə Tehranın da regional ticarət şəbəkələrinə çıxış imkanları ilə uzlaşa bilər. Lakin onun əsas narahatlığı layihənin ABŞ-nin regionda uzunmüddətli strateji mövcudluğunun alətinə çevrilməsi ehtimalıdır. Ermənistan isə öz növbəsində ərazisində hansısa xarici hərbi qüvvənin yerləşdirilməsini nəzərdə tutmadığını bəyan edib. Paşinyan bu il avqustun 24-də parlamentdəki çıxışında bu məqamı da xüsusi vurğulayıb. Deməli, İranın narahatlıqlarının aradan qaldırılması üçün TRIPP-in sırf iqtisadi və nəqliyyat layihəsi kimi fəaliyyət göstərməsi, regional dövlətlərin qanuni maraqlarının nəzərə alınması vacibdir.

***

Noyabrın 6-da üçtərəfli texniki planlaşdırma qruplarının işə başlaması TRIPP-in inkişafına yönələn planlaşdırma baxımından texniki parametrlərin, marşrutun, idarəetmə və koordinasiya mexanizmlərinin razılaşdırılmasını, hüquqi və maliyyə təminatı nöqteyi-nəzərdən müqavilələrin bağlanmasını, investisiyaların müəyyənləşdirilməsini, gömrük və təhlükəsizlik prosedurlarının dəqiqləşdirilməsini mühüm vəzifələr olaraq vurğulayır. Sırf tikinti işlərinin başlanması, infrastrukturun yaradılması və nəqliyyat-enerji əlaqələrinin praktiki fəaliyyətə başlaması da öz yerində. Bütün bunlar əhəmiyyətli institusional irəliləyiş üçün müstəsna önəm daşıyır. Bunlar, eyni zamanda, Cənubi Qafqazda regional əməkdaşlığın gələcək modelinə dair mühüm siyasi mesajdır. Mesaj konkret olaraq budur: regionun nəqliyyat və enerji arxitekturası artıq yalnız ayrı-ayrı dövlətlərin təşəbbüsləri əsasında deyil, üçtərəfli əməkdaşlıq və beynəlxalq iqtisadi maraqlar kontekstində formalaşmağa başlayır.

Sonda bir məqamı da vurğulayaq. Daha doğrusu, əvvəldə üzərində qismən dayandığımız məqama diqqət yetirək və qəti şəkildə bunu bildirək: TRIPP-in uğuru onun siyasi adından və ya beynəlxalq dəstək səviyyəsindən daha çox, Azərbaycanın Naxçıvanla maneəsiz bağlantısının təmin edilməsi, Ermənistanın üzərinə götürdüyü öhdəliklərin icrası və layihənin geosiyasi rəqabətin deyil, qarşılıqlı iqtisadi maraqların platformasına çevrilməsi ilə müəyyən olunacaq.

Əvəz RÜSTƏMOV

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Noyabr 2026 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see318

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see313

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see302

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see277

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see274

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see268

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see258

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see245

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see237

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see231

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see231

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see231

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see226

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see221

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see221

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see209

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see208

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see207

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see206

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri