Icma.az
close
up
RU
Hüquqi dövlətin təməl daşı

Hüquqi dövlətin təməl daşı

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

12 Noyabr Konstitusiya Günüdür

12 noyabr 1995-ci il Azərbaycanın siyasi tarixində dövlət hakimiyyətinin hüquqi əsaslarının müəyyənləşdirildiyi tarixdir. Həmin gün ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən Konstitusiya müstəqil Azərbaycan Respublikasının ilk Əsas Qanunu kimi dövlət quruculuğunun və hakimiyyət institutlarının fəaliyyətinin hüquqi çərçivəsini müəyyənləşdirdi. Hüquqi dövlətin mahiyyəti də məhz bu prinsipə əsaslanır: dövlət hakimiyyəti hüquq normaları əsasında formalaşır, həyata keçirilir və hüquqi məhdudiyyətlərə tabedir. Konstitusiya isə hüququn aliliyini təmin edən və dövlət hakimiyyətinin legitim fəaliyyətinin əsaslarını müəyyənləşdirən ali hüquqi sənəddir.

Azərbaycanın konstitusiya tarixi 1921, 1927, 1937 və 1978-ci illərin sovet dövrü sənədlərindən keçir. 1991-ci il 18 oktyabr tarixli “Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı siyasi suverenliyi elan etdi, lakin hüquqi sistem hələ də sovet konstitusiyası əsasında fəaliyyət göstərirdi. 1991–1995-ci illər məhz bu uyğunsuzluğun - siyasi suverenliyin hüquqi suverenlikdən qabaq getməsinin - dövrüdür. Müharibə şəraiti, iqtisadi çətinliklər və institusional zəiflik konstitusiya quruculuğunu təcili və zəruri vəzifəyə çevirdi.

1995-ci il referendumu 1991-ci il Müstəqillik Aktının hüquqi davamı kimi quruldu. Preambulanın müstəqillik Aktına istinad etməsi dövlətin davamlılığı doktrinası ilə uyğun gələn şüurlu hüquqi seçimdir. Beynəlxalq hüquqda dövlətin subyektliyi onun beynəlxalq hüquq subyekti kimi davamlılığından irəli gəlir; Azərbaycan Konstitusiyası bu davamlılığın daxili hüquqi sənədini yaratdı. Konstitusiya preambula, beş bölmə, on iki fəsil və 158 maddədən ibarət strukturda qurulub. Bu strukturun hüquqi dövlət baxımından daşıyıcı dörd sütunu var.

Birinci sütun - dövlətin hüquqi keyfiyyəti. Konstitusiya Azərbaycan Respublikasını demokratik, hüquqi, dünyəvi və unitar dövlət kimi təyin edir. unitarlıq məkan və hüquq sistemi bütövlüyünü, dünyəvilik din–dövlət münasibətinin sekulyar hüquqi çərçivəsini, demokratiklik hakimiyyətin formalaşma üsulunu, hüquqilik isə hakimiyyətin öz fəaliyyətinin hüquqi hüdudlarını ifadə edir. İkinci sütun - hakimiyyətin mənbəyi və legitimliyi. Konstitusiya hakimiyyətin yeganə mənbəyini xalq elan edir və bunu referendum institutu ilə birləşdirir. Referendumun konstitusiya səviyyəsində təsbiti xalq iradəsini hüquq yaradıcılığının müstəqil mənbəyinə çevirir. Üçüncü sütun - insan hüquqlarının məqsəd statusu. Konstitusiyanın 12-ci maddəsi insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini dövlətin “ali məqsədi” kimi təsbit edir. Hüquqi dövlətdə dövlət aparatı hüquqların təminatçısıdır, 12-ci maddə bu münasibəti norma səviyyəsində bərqərar edir. Dördüncü sütun - hakimiyyət bölgüsü. Qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin ayrılığı və qarşılıqlı tarazlaşdırılması konstitusiya quruluşunun təməl prinsipidir. Hakimiyyət bölgüsü hüquqi dövlətin zəruri şərtidir: hakimiyyət bir mərkəzdə cəmləşdikdə hüquqla bağlılıq təminatsız qalır. Məhkəmə hakimiyyətinin müstəqilliyi bu sistemdə xüsusi rol oynayır və digər  iki qolun hüquqi hüdudlarında qalmasının institusional zəmanətidir.

***

Hüquqi dövlətin konkret göstəricisi normativ aktların sərt iyerarxiyasıdır. Konstitusiyanın 148-ci maddəsi bu iyerarxiyanı müəyyən edir: Konstitusiya ən yüksək hüquqi qüvvəyə malikdir; ona zidd olan heç bir qanun və ya digər akt qüvvədə ola bilməz. Ardınca referendumla qəbul edilmiş aktlar, qanunlar, prezident fərmanları, Nazirlər Kabinetinin qərarları və mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları gəlir.

Konstitusiyanın beynəlxalq hüquqla əlaqəsini tənzimləyən 151-ci maddə Azərbaycan hüquq sisteminin ən səciyyəvi müddəalarındandır. Maddə ikiqat hüquqi effekt yaradır: Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr Konstitusiyaya zidd olmadıqda daxili qanunvericiliyin ayrılmaz tərkib hissəsi sayılır; müqavilə ilə adi qanun arasında ziddiyyət yarandıqda isə müqavilə tətbiq olunur.                                             Konstitusiyanın dəyişdirilməsinin əsas yolu referendumdur və bu, Azərbaycan modelinin ən səciyyəvi xüsusiyyətidir. Nəzəri cəhətdən bu seçim güclü demokratik əsasa malikdir: konstitusiya xalqın özünüidarə aktıdırsa, onun dəyişdirilməsi də birbaşa xalqın iradəsi ilə həyata keçirilməlidir. Referendum konstitusiyaya ikiqat legitimlik verir həm məzmun legitimliyi0, həm də prosessual legitimlik (qəbul prosesinin birbaşa xalq iradəsinə əsaslanması).                                                                          Azərbaycanda konstitusiya düzəlişləri üç referendumla  - 2002, 2009 və 2016-cı illərdə həyata keçirilib və bu, konstitusiya quruculuğunun canlı, inkişaf edən xarakterini göstərir. 2002-ci il referendumu konstitusiya düzəlişləri praktikasının başlanğıcı kimi qiymətləndirilir. Geniş maddə blokunu əhatə edən paket xarakteri daşıyırdı və qismən Avropa Şurasına üzvlüklə bağlı götürülmüş öhdəliklər kontekstində əsaslandırılırdı.  2009-cu il referendumu konstitusiya düzəlişləri praktikasında mühüm mərhələ oldu. Həmin paketdə prezidentin ardıcıl iki müddətlə məhdudlaşdırılması qaydasının ləğvi, habelə ifadə azadlığı və vətəndaşların konstitusiya ədalət mühakiməsinə müraciəti ilə bağlı müddəalar yer alırdı. 2016-cı il referendumu hakimiyyət quruluşunun konstitusiya səviyyəsində yenidən təşkilinin ən bariz nümunəsidir. Paket vitse-prezidentlik institutunun yaradılmasını, prezidentin səlahiyyət müddətinin beş ildən yeddi ilə uzadılmasını, parlamentin buraxılması ilə bağlı səlahiyyətlərin genişləndirilməsini və deputatlığa namizədlik üçün yaş həddinin aşağı salınmasını ehtiva edirdi. 

Bu təcrübənin hüquqi dövlət baxımından əsas dərsi prosedurla bağlıdır. Konstitusiyanın dəyişdirilməsi hüquqi aktdır və onun keyfiyyəti üç elementdən asılıdır: kifayət qədər uzun ictimai müzakirə, düzəlişlərin ayrı-ayrı maddələr üzrə müzakirə imkanı və konstitusiya məhkəməsinin əvvəlcədən rəyi. Müqayisəli konstitusionalizmdə bu üç element “konstitusiya düzəlişləri üzrə yaxşı təcrübə” standartının nüvəsini təşkil edir. Onların tətbiqi düzəlişin məzmununu dəyişmir, lakin onun hüquqi əsaslandırılmışlığını gücləndirir.

Konstitusiyanın mətn kimi mövcudluğu ilə hüquqi dövlətin real işləməsi arasındakı fərqi aradan qaldıran institut konstitusiya ədalət mühakiməsidir. Konstitusiya Məhkəməsi normativ aktların Konstitusiyaya uyğunluğunu yoxlayır, hüquq normalarına rəsmi şərh verir və vətəndaşların konstitusiya hüquqlarının qorunması mexanizmlərində iştirak edir. 

Hüquqi dövlətin göstəricisi məhkəmə qərarlarının hüquq sisteminə təsiridir. Konstitusiya əmühakiməsi güclü olduqca üç nəticə yaranır: qanunverici hakimiyyət öz aktlarını konstitusiya çərçivəsində saxlayır, icra hakimiyyəti səlahiyyətlərini normativ əsasla həyata keçirir, vətəndaş isə hüquqlarının pozulmasına qarşı real hüquqi müdafiə vasitəsinə malik olur. 

1995-ci ilin noyabrında referendumla qəbul edilmiş sənəd Azərbaycanın hüquqi kimliyinin əsası olaraq qaldı. Onun tarixi rolu hüquqi varisliyin bərpası, dövlətçiliyin hüquqi çərçivəsinin yaradılması və beynəlxalq hüquq subyekti kimi tanınmanın daxili hüquqi bazasının qurulmasıdır. Konstitusiya Gününün əsl mənası isə onu hər il yenidən hüquqi ciddiliklə oxumaq və onun yaratdığı hüquqi çərçivənin həqiqətən işlədiyini yoxlamaqdır.

     Şəbnəm ZEYNALOVA,

XQ-nin siyasi analitiki, 

Dövlət İdarəçilik Akademiyasının dosenti, 

siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:46
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Noyabr 2026 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri