Icma.az
close
up
RU
Atları ovlayan ilk insanların qalıqları tapılıb

Atları ovlayan ilk insanların qalıqları tapılıb

Icma.az bildirir, Reyting.az portalına istinadən.


Çində arxeoloji qazıntılar zamanı yeni insan növü aşkara çıxarılıb. Tədqiqatçılar bildirirlər ki, onlar elmin indiyə qədər tamamilə tədqiq edə bilmədiyi yeni insan növü hesab olunan 16 "Homo juluensis" fərdinin qalıqlarını taparaq araşdırıblar.
Reyting.az
-ın məlumatına görə, alimlər bu tapıntının təxminən 200.000 il əvvələ aid olduğunu iddia edirlər.
"Nature" jurnalı yazır ki, "Homo juluensis" insan özünün qeyri-adi anatomiyası ilə seçilir. Bu insan növünün böyük dişləri və geniş kəllələri var. Hətta baş ölçüləri də onları digərlərindən fərqləndirir. Çox qədim insan növü kimi "Homo juluensis"-lərin kəllələrinin fərqli quruluşu neandertalları, həmçinin “Homo sapiens”ləri üstələyir.
Hominidlərin tapılan qalıqları ilə yanaşı, qazıntılar zamanı həm də onların keçmiş həyat tərzini göstərən bir çox artefaktlar da aşkar edilib. Daş alətlər, bəzi heyvan sümükləri "Homo juluensis" insan növünün çox mahir ovçu olduğunu sübuta yetirir. Elm adamları güman edirlər ki, əslində bu insanlar həm də ilk at ovçuları olublar. Onlar vəhşi atları əhilləşdirməyi düşünməyən, daim məkan dəyişməklə, həyat üçün münbit torpaqlar axtaran "Homo juluensis" insanları kimi həmişə kiçik qruplar halında yaşayıblar.
Tədqiqatçıların Çin tapıntıları üzərində araşdırmaları göstərir ki, "Homo juluensis" insanının mövcudluğu Buz dövrünün başlanğıcı və əhəmiyyətli iqlim dəyişiklikləri ilə üst-üstə düşür. Təxminən 120.000 il öncə "Homo juluensis"-in nəslinin kəsilməsinə səbəb ola bilən Homo sapiens miqrasiya populyasiyalarını və mümkün rəqabətlə birlikdə yaşamaq uğrunda çox böyük mübarizə aparmaları, nəticədə isə soyuq qışın, həm də uzun müddət davam edən quraqlığın sərt şərtləri daxilində bu insan növünün məhv olması ehtimalını irəli sürürlər.
Qalıqların təhlili göstərir ki, Sibirdə tapılmış denisovalılarla bəzi anatomik oxşarlıqlar olsa da, yeni "Homo juluensis" insan növünün neandertallarla birbaşa əlaqəsi yoxdur.
Əlavə tədqiqatlar “Homo juluensis”-in insanın təkamül ağacındakı yerini aydınlaşdırmağa, onların həyatı və yoxa çıxması ilə bağlı daha çox təfərrüatı aşkar etməyə kömək edəcək.
Oqtay QORÇU

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://reyting.az
archiveBu xəbər 04 Dekabr 2024 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see483

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see433

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see337

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see284

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see275

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see271

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see267

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see259

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see259

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see241

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see226

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see221

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see216

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see215

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see214

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see206

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see205

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see191

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri