Icma.az
close
up
RU
“Atlas Group” ”Hitachi”nin Azərbaycandakı rəsmi distribüteri oldu Fotolar

“Atlas Group” ”Hitachi”nin Azərbaycandakı rəsmi distribüteri oldu Fotolar

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

“Atlas Group” beynəlxalq tərəfdaşlıq şəbəkəsini daha da genişləndirərək dünyanın aparıcı sənaye və texnologiya şirkətlərindən biri olan Hitachi ilə strateji əməkdaşlığa başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, tərəflər arasında imzalanmış müqaviləyə əsasən, “Atlas Group” Azərbaycanda “Hitachi” brendinin sənaye, tikinti və mədən avadanlıqları üzrə rəsmi distribüteri status qazanıb.

Yeni əməkdaşlıq çərçivəsində “Atlas Group” “Hitachi” məhsullarının region üzrə rəsmi distribüteri olan ENKA şirkəti ilə əməkdaşlıq əsasında Azərbaycanda satış, texniki dəstək və servis xidmətlərinin göstərilməsini həyata keçirəcək. Məhsul portfelində xüsusilə tikinti və mədən sənayesində geniş istifadə olunan “Hitachi” ekskavatorları mühüm yer tutur. Bununla yanaşı, şirkət müxtəlif təyinatlı sənaye və ağır texnika həllərini də Azərbaycan bazarına təqdim edəcək.

Dünyanın bir çox ölkəsində fəaliyyət göstərən “Hitachi” ağır texnika sahəsində etibarlılığı, məhsuldarlığı və uzunmüddətli istismar göstəriciləri ilə tanınır. Şirkətin ekskavatorları iri infrastruktur layihələrində, karxanalarda, mədənlərdə və tikinti sahələrində geniş tətbiq olunur.

“Atlas Group” rəhbərliyinin sözlərinə görə, bu tərəfdaşlıq yerli şirkətlərin beynəlxalq standartlara cavab verən texnikalara daha rahat çıxış əldə etməsinə imkan yaradacaq: “Biz daim dünyanın aparıcı istehsalçıları ilə əməkdaşlıq edərək Azərbaycan bazarına ən etibarlı və müasir texnologiyaları gətirməyə çalışırıq. “Hitachi” kimi qlobal nüfuza malik bir brendin rəsmi distribüteri olmaq bizim üçün mühüm nailiyyətdir. Bu tərəfdaşlıq müştərilərimizə daha geniş məhsul seçimi, yüksək servis keyfiyyəti və beynəlxalq standartlara uyğun həllər təqdim etməyimizə imkan verəcək”.

Bu əməkdaşlıq nəticəsində Azərbaycan bazarında fəaliyyət göstərən şirkətlər “Hitachi” avadanlıqlarını birbaşa rəsmi distribüterdən əldə etməklə yanaşı, zəmanətli servis, orijinal ehtiyat hissələri və peşəkar texniki dəstək xidmətlərindən də yararlana biləcəklər.

Qeyd edək ki, “Atlas Group” həmçinin sənaye avadanlıqlarının istehsalında dünya nəhəngləri hesab olunan Atlas Copco, Epiroc, Deutz AG, Bauer kimi şirkətlərin Azərbaycanda rəsmi distribüteridir. Şirkət həm də Airblast, Elcometer, Cedima və digər nüfuzlu beynəlxalq istehsalçılarla tərəfdaşlıq edir.




Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 İyul 2026 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri