Icma.az
close
up
RU
Atletik Bilbao ilə oyunda Qarabağ ın bəxti gətirmədi

Atletik Bilbao ilə oyunda Qarabağ ın bəxti gətirmədi

Oxumeni.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Atletik Bilbao" ilə oyunda "Qarabağ"ın bəxti gətirmədi

UEFA Çempionlar Liqasının III turunun növbəti oyununda "Qarabağ" Bilbaoda İspaniyanın "Atletik Bilbao" komandasının qonağı olub. "Qarabağ" oyuna sürətlə başlayıb və artıq birinci dəqiqədə Leandro Andredanın vurduğu gözəl qolla hesabı açıb. Bundan sonra da meydanda yaxşı oyun nümayiş etdirən "köhlən atlar" bununla belə hesabı sona kimi qoruyub saxlaya bilməyiblər. Meydan sahiblərini aramsız hücumlarından birində, birinci hissənin başa çatmasına 5 dəqiqə qalmış meydan sahiblərinin oyunçusu Qorka Quruzeta sərrast zərbə ilə topu "Qarabağ"ın qapısından keçrərək hesabı bərabərləşdirib. İkinci hissədə də meydanda gərgin mübaizə gedib. Hər iki tərəfin qol vurma imkanları olsa da sonda sevinən tərəf "Atletik Bilbao" olub. .Robert Navarro 70-ci dəqiqədə basklıları hesabda önə keçirib. Komandamızın hesabı bərabərləşdirmək cəhdləri isə qapımıza üçüncü topun vurulmasına gətirib çıxarıb. Quruzeta 88-ci dəqiqədə özünün ikinci, komandasının isə üçüncü qolunu vuraraq hesab arasındakı fərqi iki topa çatdırıb:3:1

Oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunçularından razı qazı qaldığını bildiirb. O deyib ki, rəqibin güclü pressinqinə 90 dəqiqə ərzində tab gətirmək çətin olsa da, oyunçularım meydanda sona kimi mübarizə apardılar.

Qeyd edək ki,“Qarabağ” növbəti oyununu noyabrın 5-də Bakıda Londonda "Ayaks"ı 5:1 hesabı ilə darmadağın edən “Çelsi”yə qarşı keçirəcək.

Çempionlar Liqasının III turundan sonra “Qarabağ” 6 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Dünən keçirilən digər oyunlarının nəticələri isə belə olub:

"Qalatasaray" (Türkiyə) - "Bodo-Glimt" (Norveç) - 3:1

"Monako" (Fransa) - "Tottenhem" (İngiltərə) - 0:0

"Atalanta" (İtaliya) - "Slaviya" (Çexiya) - 0:0

"Bavariya" (Almaniya) - "Brügge" (Belçika) - 4:0

"Real" (İspaniya) - "Yuventus" (İtaliya) - 1:0

"Sportinq" (Portuqaliya) - "Marsel" (Fransa) - 2:1.

Üç turdan sonra turnir cədvəlinə hər üç oyunda qalib gələn beş komanda - PSJ, Bayern, İnter, Arsenal və Real Madrid başçılıq edir.

Əziz MUSTAFA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:310
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 23 Oktyabr 2025 07:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see770

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see513

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see302

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see290

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see278

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see272

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see255

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see245

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see230

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see229

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see228

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see223

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see222

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see221

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see214

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see205

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see193

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see180

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see179

Afrika futbolunda tarix yazıldı: Nigeriya ilk dəfə dünya çempionu oldu

08 Noyabr 2026 05:15see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri