Icma.az
close
up
RU
“Atletik” “Qarabağ” nağılını Bilbaoda bitirdi

“Atletik” “Qarabağ” nağılını Bilbaoda bitirdi

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Çempionlar Liqası
Liqa mərhələsi, 3-cü tur
Atletik (İspaniya) – Qarabağ 3:1 (1:1)

1. Unay Simon
2. Andoni Qorosabel
(12. Xesus Areso, 65)
4. Aytor Paredes
14. Emerik Lyaport
17. Yuri Berçiçe
18. Mikel Xauregisar
30. Alexandro Reqo
(16. İnyiqo de Qalarreta, 65)
9. İnyaki Uilyams (k)
(7. Aleks Berenger, 38)
8. Oyan Sanset
(6. Mikel Vesqa, 81)
10. Niko Uilyams
(23. Robert Navarro, 65)
11. Qorka Quruseta
Ehtiyat oyunçular
27. Aleks Padilya
3. Daniel Vivian
15. İnyiqo Lekue
19. Adama Boyro
20. Unay Qomes
21. Maruan Sannadi
22. Niko Serrano
Baş məşqçi: Ernesto Valverde
99. Mateuş Koxalski
44. Elvin Cəfərquliyev
81. Kevin Medina
13. Bəhlul Mustafazadə
2. Mateus Silva
(18. Dani Bolt, 79)
20. Kadi Borges
35. Pedro Bikalyo
(8. Marko Yankoviç, 56)
10. Abdulla Zubir (k)
15. Leandro Andrade
(11. Emmanuel Addai, 56)
17. Kamilo Duran
(21. Aleksey Kaşuk, 67)
7. Nəriman Axundzadə
(27. Toral Bayramov, 67)
Ehtiyat oyunçular
1. Şahruddin Məhəmmədəliyev
97. Fabian Buntiç
3. Sami Mmae
6. Kris Kuaku
30. Abbas Hüseynov
32. Hikmət Cəbrayılzadə
55. Bədavi Hüseynov
Baş məşqçi: Qurban Qurbanov
Qollar: L.Andrade, 1 (0:1). Q.Quruseta, 40 (1:1). R.Navarro, 70 (2:1). Q.Quruseta, 88 (3:1).
Hakimlər: İQOR PAYATS, Boyan Zobenitsa, İvan Mihali, Zdenko Lovriç (hamısı Xorvatiya).
VAR hakimi: İvan Bebek (Xorvatiya).
VAR hakiminin köməkçisi: Fedayi San (İsveçrə).
Hakim-inspektor: Vladimir Şayn (Sloveniya).
UEFA nümayəndəsi: David Findley (Şotlandiya).
22 oktyabr. Bilbao. “San Mames” stadionu. 50741 tamaşaçı.
Hər hissəyə 3 dəqiqə əlavə olunub.
13 (5) qapıya (“çərçivə”yə) zərbə 4 (3)
8 künc zərbəsi 3
1 ofsayd 0
14 qayda pozuntusu 5
0 (0) sarı (qırmızı) vərəqə 0 (0)
58 topa sahibolma (faizlə) 42

Bəli, Andradenin artıq 48-ci saniyədə hesabı açması “Qarabağ”ın Bilbaodan azı bir xalla qayıdacağına ümidlərimizi birəbeş artırdı. Simon topu oyuna daxil edərkən kobud səhvə yol verdi: meydandankənar zonanı “nişan aldı”. Silvanın autdan önə göndərdiyi topu qarşılamağa çalışan Paredesle Lyaport arasında yaşanan anlaşmazlıq üzündən Andrade “kürə”ni tora qovuşdurdu. Hələ onu demirik ki, “Qarabağ”ın 9-cu dəqiqədə qeydə alınan hücumu da xoşbəxt sonluqla bitməyə yaxın idi. Ancaq Duranın uzaqdan göndərdiyi topu qəbul edən Andradenin qapı önünə ötürməsi yaxşı alınsa da, Silvanın həlledici zərbəsi Simonu keçmədi.
“Atletik”in ilk təhlükəli hücumunu isə 10-cu dəqiqədə izlədik. Sanset Reqonun cərimə meydançasına çatdırdığı topu qeyri-dəqiqlik üzündən qapıdan keçirə bilmədi. Sən demə, bu, “şirlər”in bir qədər sonra başlayacaq “hücum yağışı”nın ilk damlasıymış. Hər halda, qalan vaxtda meydanda tanıdığımız “Qarabağ”ı görmədik. Meydan sahibləri Koxalskiyə əməllicə əziyyət verdi. Polşalı 18-ci dəqiqədə Qurusetanın zərbəsini dəf etdisə, ardından Niko qeyri-dəqiq oynadı. Bir qədər sonra növbəti dəfə səhnəyə çıxan Quruseta başla fərqlənmək eşqinə düşdü ki, top tirin üstündən keçdi. Bilbao təmsilçisi qol arzusuna 40-cı dəqiqədə Xauregisarın düşünülmüş uzaqdan ötürməsi, öndə şikarını gözləyən Qurusetanın qapını dəqiq “nişan almasıyla” çatdı... Bəs “Qarabağ” buna qədər nə ilə yadda qaldı? Cəmi bir hücumla! Söhbət 22-ci dəqiqədə dəyərləndirilməyən fürsətdən gedir ki, Kadinin uzaqdan göndərdiyi topu qəbul edən Zubir xeyli məsafə qət etdikdən sonra fərqlənmək istəmiş, lakin qeyri-dəqiq zərbəylə yadda qalmışdı. “Köhlən atlar”ın fasiləyə öndə yollana bilməməsinə görə üzülməyimiz təbiidi. Amma 45-ci dəqiqədə Bəhlulun Nikonun qapıya zərbəsini kritik müdaxiləylə zərərsizləşdirdiyini də nəzərə almalıyıq. Necə deyərlər, betərin də betəri var...
Bilbao təmsilçisi 2-ci yarıda qaldığı yerdən davam etdi desək, yanılmarıq. “Şirlər” 48-ci dəqiqədə hesabda önə keçməyə yaxın olsa da, zədə üzündən meydanı tərk edən İnyakinin yerinə “döyüşə atılan” Berengerin zərbəsi dəqiq olmadı. Bundan sonra bir qədər sakit axarda davam edən oyun “Qarabağ”ın hücumu sayəsində canlandı. 63-cü dəqiqədə irəli atılan “köhlən atlar”ın ardıcıl iki cəhdi fayda vermədi: Zubirin qapı önündə qərarlaşan Nərimana ötürmək istədiyi topu Parades uzaqlaşdırdısa, Addai Silvanın göndərdiyi topu qəbul edə bilmədi. Azərbaycanlı futbolsevərlərin qorxduğu 70-ci dəqiqədə başa gəldi. Daha doğrusu, Navarro Berengerin Medina və Toralı keçərək ona çatdırdığı topu cərimə meydançasının xətti üzərindən qüvvətli zərbəylə tora qovuşdurdu. 73-cü dəqiqədə Payatsın mübahisəli qərarla yadda qaldığı epizod yaşandı. Berçiçe cərimə meydançasına daxil olan Silvanı “sürüşmə” fəndiylə zərərsizləşdirdi. Ancaq xorvatiyalı refei “nöqtə”ni göstərmədi. Görünür, hakim Berçiçenin hrəşeyi qaydalar çərçivəsində etdiyini düşündü.
Hesabı bərabərləşdirməyə çalışan “Qarabağ” 84 və 85-ci dəqiqələrdə növbəti hücumlarını reallaşdırdı. İlk cəhddə Elvinin ötürməsini qəbul edən Addai təxminən 25 metrdən bəxtini sınasa da, hədəfdən yayındı. Digərində isə şans “Atletik”in üzünə güldü. Zarafat deyil, Berçiçe Kaşukun Simondan keçirdiyi topu qapı xəttinin üzərindən uzaqlaşdırdı!
Matçda sonuncu qolu 88-ci dəqiqədə Quruseta vurdu. O, Berengerin küncdən cərimə meydançasına göndərdiyi, bir neçə saniyə davam edən hava mübarizəsindən sonra Xauregisarın ələ keçirirək ona ötürdüyü topu qüvvətli zərbəylə “çərçivə”dən keçirdi. Bununla dubl müəllifi olan futbolçu həm də yekun hesabı müəyyənləşdirdi. Nəticədə liqa mərhələsində “şirlər” ilk qələbəsini qazandısa, “köhlən atlar” ilk məğlubiyyətiylə üzləşdi.
Xatırladaq ki, “Qarabağ” noyabrın 5-də 4-cü tur çərçivəsində “Çelsi”ni qəbul edəcək. Onu da bildirək ki, “köhlən atlar” hazırda 13-cü sıradadı.
Gözdən qaçmadı
// “Qarabağ”ı Bilbaoda təxminən 400 azərbaycanlı azarkeş dəstəklədi. Tərəfdarlar tribunalara “Qarabağ”ın formaları, şərfləri və Azərbaycan bayraqlarıyla təşrif buyurmuşdu.
// Təəssüf ki, tribunalarda qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayraqları da var idi. Matçdan sonra azərbaycanlıların həmin bayraqları ələ keçirib zibil qutularına atdığını göstərən videolar yayıldı. Oyundan əvvəl Bilbaoda Azərbaycan çempionuna aid təxribat xarakterli müxtəlif yazılar və simvollar da var idi.
// Zubir matçdan əvvəl “Atletik”in İspaniya çempionatının tarixində mövsümdə ən çox qol vuran futbolçusu Rafael Morenonun “San Mames”dəki büstünün qarşısına əklil qoydu. Maraq üçün qeyd edək ki, bu stadiona ilk dəfə gələn hər komanda bu ənənəni yerinə yetirir.
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 Oktyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see368

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see252

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see251

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see235

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see229

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see224

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see218

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see213

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see210

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see206

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see202

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see201

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see190

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see184

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see183

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see179

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see177

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see177

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see169

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri