Icma.az
close
up
RU
Atmosferi çirkləndirmək asan, qorumaq isə daha çətindir...

Atmosferi çirkləndirmək asan, qorumaq isə daha çətindir...

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

Aprelin 25-dən mayın 15 - nə kimi respublika ərazisində "Təmiz hava" aylığı keçirilir.  Bir qayda olaraq respublika ərazisində ildə  iki dəfə " Təmiz hava" aylığı keçirilir.Çunki dövlətimizin əsas məqsədi odur ki, ekologiyamızı, havamızı, suyumuz, bir sözlə, təbiətimizi qoruyaq! Bu mənada böyük Dövlət Proqramı da var.

Deməli, bundan sonra bütün işlər biz insanların üzərinə düşür.İlk növbədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi  DİN- nin Baş Dövlət Yol Polisi İdarəsi ilə birlikdə  atmosferin çirkləndirilməsinin qarşısının alınması üçün mayın 25- dən " Təmiz hava" aylığına start  verib və tədbirlər mayın 15 - nə kimi respublika ərazisində davam edəcək! Birmənalı olaraq deyə bilərik ki, Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının bütün tağımlarında, stasionar postlarında , rayon polis şöbələrinin bölmələrində reydlərə başlanılıb.

Təəssüf ki, yol polisinin saxladığı bir sürücülər yeni texniki cəhətdən nasaz avtomobillər idarə edirlər. Belə ki, elə ılk gün- aprelin 25-də onlara sürücü nəqliyyat vasitəsini idarə edərkən nasaz avtomobilin sükanı arxasında olub ,  onların avtomobilləri müayinə olunarkən maşınlardan atmosferə  normadan artıq zərəli qazların atılması faktı aşkarlanıb. Bu isə o deməkdir ki, ölkəmizdə texniki cəhətdən nasaz avtomobillər hələ də kifayət qədərdir və  yol polisinin tövsiyələrinə baxmayaraq, bir çox  sürücülər mövcud texniki  qüsurları vaxtda aradan qaldırmayılar.

Ona görə də onlar 50 manat məbləğində cərimə olunublar.Hələ qarşıda xeyli vaxt var və müddət ərzində sürücülər avtomobillərndəki texniki  qüsurları aradan qaldıra bilərlər. Baş Dövlətbj Yol Polisi İdarəsinin avtotexniki müfəttişlik  şöbəsinin rəisi, polis polkovniki Xalid Əzimov bizimlə söhbətində bildirdi ki,   hər iki nazirliyin iştirak ilə ildə iki dəfə " Təmiz hava" aylığının keçirilməsi  atmosferə zərərli qazların atılmasının qarşısınin alınmasında çox önəmli əhəmiyyət kəsb edir. Bizim birgə fəaliyyətimiz  öz müsbət  nəticəsini çoxdan  verib.

Sadəcə olaraq bir çox fiziki, vəzifəli və hüquqi şəxslər bu işlərə məsuliyyətsiz  yanaşırlar və bizdə məcbur olub , onlar barəsində inzibati tədbirlər  görürük. Dəfələrlə biz həmin şəxslərə xəbərdarlıq etmişik nəqliyyat vasitələrində texniki qüsurları aradan qaldırsınlar, istismar müddəti başa çatmış nəqliyyat vasitələrində istifadə etməsinlər. Amma biz keçirilən reyd və yoxlamalarda bunun əksini görmüşük. Ona görə də, əməkdaşlarımiz onları  inzibati məsuliyyətə cəlb ediblər. Yol polisi heç kimi çərimə etmək fikrində deyil. Biz öncə ona çalışırıq ki, sürücülər arasında maarifləndirmə işləri aparaq və işləri də həmişə aparmışıq. Təbii ki, bunun müsbət tərəfləri də olub.

Ancaq elə sürücülər də var ki, maarifləndirmə işlərinə əhəmiyyət verməyiblər. Bir sözlə, hələ " Təmiz hava"aylığı yenicə  başlayıb. Vaxt və imkan var ki, onlar nəqliyyat vasitələrindəki mövcud texniki qüsurları aradan qaldırsınlar. Çünki reydlər keçirilən zaman birmənalı olaraq, həmin avtomobillər stasionar postlarda  saxlanılacaq, avtomobillər müayinədən keçiriləcək və atmosferə normadan artıq zərəli qazlar atan avtomobil sahibləri inzibati məsuliyyətə cəlb olunacaqlar! Ona görə də,sükan arxasında olan hər bir sürücü qanunlara  əməl etməlidir ki, sonradan heç bir problem yaşamasın!!!

Emil FAİQOĞLU    

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://adalet.az
archiveBu xəbər 25 Aprel 2026 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri