Icma.az
close
up
RU
Füzələr əsas atmosferi vurdu!

Füzələr əsas atmosferi vurdu!

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Climate and Community Institute tərəfindən hazırlanmış hesabat göstərir ki, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyatlarla artan münaqişə təkcə geosiyasi balanslara deyil, həm də qlobal iqlimə təsir edir. İlk iki həftədə yaranan milyonlarla ton karbon emissiyası, enerji infrastrukturunun hədəfə alınması və toksik çirklənmə müharibənin ekoloji xərclərini açıq şəkildə ortaya qoyur.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları ilə başlayan və sürətlə regional böhrana çevrilən müharibənin yalnız geosiyasi və iqtisadi deyil, həm də ciddi ekoloji dağıntılara səbəb olduğu məlum olub. Beynəlxalq analizlərə görə, müharibənin ilk iki həftəsində yaranan karbon emissiyası bir çox ölkənin illik emissiyasını keçərək qlobal iqlim hədəflərini birbaşa təhdid edir. İngiltərədə yerləşən Climate and Community Institute-un analizinə əsasən, münaqişənin ilk 14 günündə 5 milyon tondan çox karbon qazı ekvivalenti emissiya yaranıb.

Təşkilatın açıqladığı bu miqdarın, dünyada ən aşağı emissiyaya malik 80-dən çox ölkənin ümumi illik emissiyasını keçdiyi bildirilir. Emissiyaların böyük hissəsi təxminən 20 min mülki obyektin dağıdılması, neft anbarlarının vurulması nəticəsində milyonlarla barrel yanacağın yanması və intensiv hərbi əməliyyatlarda istifadə olunan təyyarə və texnikalardan qaynaqlanıb.

Müharibənin ekoloji təsirləri yalnız karbon emissiyası ilə məhdudlaşmayıb. Tehran şəhərində bombalanan neft obyektlərindən qalxan qalın tüstünün günlərlə şəhərin üzərində qaldığı, insanların tənəffüs problemləri, göz və dəri qıcıqlanması kimi sağlamlıq problemləri yaşadığı bildirilib. Peyk görüntülərinə görə, yanğınlar nəticəsində yaranan toksik buludların yağışla birlikdə "zəhərli yağış" şəklində yerə düşdüyü və uzun müddətdə xərçəng və ürək xəstəlikləri riskini artıra biləcəyi qeyd olunur.

Hesabatda fikirləri yer alan mütəxəssislər enerji infrastrukturunun hədəfə alınmasının ekoloji dağıntını daha da artırdığını vurğulayır. Xüsusilə neft emalı zavodları və anbarların bombalanması təkcə qısamüddətli hava çirklənməsinə deyil, həm də uzunmüddətli torpaq və su çirklənməsinə səbəb ola biləcək böhran yaradır. Daha əvvəl aparılan qiymətləndirmələrdə İrandakı enerji obyektlərinə edilən hücumların "uzunmüddətli ekoloji fəlakət" riski daşıdığı xəbərdarlığı edilmişdi.

Digər tərəfdən, münaqişənin qlobal iqlim böhranına təsiri də getdikcə daha çox müzakirə olunur. Alimlər bildirirlər ki, mövcud karbon büdcəsi sürətlə tükənir və bu müharibə qlobal temperatur artımını 1,5 dərəcə ilə məhdudlaşdırmaq hədəfini daha da çətinləşdirir. Hesablamalara görə, bu məqsəd üçün dünyada təxminən 130 milyard ton karbon büdcəsi qalıb və müharibə nəticəsində yaranan emissiyalar bu büdcəni sürətlə azaldır.

Müharibənin iqtisadi və enerji aspektləri də ekoloji təsirlərlə birbaşa bağlıdır. İranın Hürmüz Boğazı üzərindən keçən hərəkəti məhdudlaşdırması və enerji infrastrukturuna edilən hücumlar qlobal neft və qaz təchizatında ciddi dalğalanmalara səbəb olub. Bu isə enerji qiymətlərinin artmasına və fosil yanacaqlara olan asılılığın yenidən yüksəlməsinə gətirib çıxararaq iqlim siyasətlərinə mənfi təsir göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Mart 2026 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see668

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see559

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see317

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see314

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see286

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see283

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see271

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see271

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see248

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see244

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see240

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see239

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see238

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see237

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see233

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see232

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see232

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see227

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see211

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri