Icma.az
close
up
RU
MDU ilə “Rabitəbank” arasında memorandum imzalanıb FOTOLAR

MDU ilə “Rabitəbank” arasında memorandum imzalanıb FOTOLAR

Icma.az, Unikal.az saytına istinadən bildirir.

2026-cı ilin 9 aprel tarixində Mingəçevir Dövlət Universiteti ilə “Rabitəbank” Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumun imzalanması ilə əlaqədar olaraq MDU-nun rektoru Anar Eminovnun rəhbərlik etdiyi nümayəndə heyəti “Rabitəbank” ASC-nin baş ofisində olub.

"Unikal" xəbər verir ki, Görüş çərçivəsində tərəflər arasında qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib, universitet–sənaye əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Görüşdə rektor Anar Eminov və “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov arasında əməkdaşlıq istiqamətləri üzrə geniş fikir mübadiləsi aparılıb.

İmzalanmış Memorandum universitet ilə bank sektoru arasında əməkdaşlığın inkişaf etdirilməsi, tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, eləcə də onların əmək bazarına inteqrasiyasının dəstəklənməsi məqsədi daşıyır.

Sənədə əsasən, əməkdaşlıq aşağıdakı istiqamətləri əhatə edir:
    •    maliyyə savadlılığı, bankçılıq və rəqəmsal maliyyə sistemləri üzrə seminar və təlimlərin keçirilməsi;
    •    birgə sosial və innovativ layihələrin həyata keçirilməsi;
    •    informasiya texnologiyaları, kibertəhlükəsizlik və fintech sahələrində əməkdaşlıq, o cümlədən təlim, hackathon və yarışların təşkili;
    •    məzunların məşğulluğunun artırılması məqsədilə karyera günlərinin təşkili, işə qəbul prosesinə dəstək və peşəkar inkişaf üzrə konsultasiyaların keçirilməsi.

Görüş çərçivəsində həmçinin, MDU-da yeni yaradılan “Tədqiqat Mövzu Hovuzu Platforması”na bank və bankçılıq, eləcə də rəqəmsal həllər sahəsinə aid real mövzuların təqdim olunması, bu mövzular üzrə elmi rəhbərlərin təyin edilməsi, eləcə də müvafiq ixtisas fənləri üzrə tədris proqramlarının təkmilləşdirilməsi, praktik yönümlü modulların genişləndirilməsi və sənaye tələblərinə uyğun kurikulumların formalaşdırılması kimi məsələlər də müzakirə olunub.

Qeyd olunub ki, əməkdaşlıq çərçivəsində həyata keçiriləcək fəaliyyətlər tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla zənginləşdirilməsinə, onların peşəkar inkişafına və müasir əmək bazarının tələblərinə uyğun kadr kimi formalaşmasına mühüm töhfə verəcək.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://unikal.az
archiveBu xəbər 10 Aprel 2026 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri