Icma.az
close
up
RU
ATP reytinqində dəyişiklik gözlənilir: Sinner liderliyi itirə bilər

ATP reytinqində dəyişiklik gözlənilir: Sinner liderliyi itirə bilər

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kişi tennisçilərin ATP reytinqində gələn həftə ciddi dəyişikliklər baş verə bilər. Dünya birincisi Yannik Sinner əvvəlki turnirlərdə qazandığı xalların silinməsi nəticəsində liderliyi itirmək təhlükəsi ilə üzləşib.

İdman.Biz “Tennis365”ə istinadən xəbər verir ki, oktyabrın 26-dan etibarən tennisçilərin ötən il Vyana, Bazel və Paris turnirlərində qazandıqları reytinq xalları hesabdan çıxarılacaq.

ATP reytinqi son 52 həftə ərzində toplanan xallar əsasında formalaşdırılır. Buna görə tennisçilər əvvəlki mövsümün müvafiq dövründə qazandıqları xalları qorumaq üçün yenidən uğurlu çıxış etməlidirlər.

Ən böyük itki Yannik Sinneri gözləyir. İtaliyalı tennisçi 2025-ci ildə Vyana turnirinin qalibi kimi 500, Paris Masters yarışının çempionu kimi isə 1000 xal əldə edib. Beləliklə, onun hesabından ümumilikdə 1500 xal silinəcək.

Hazırda 10 950 xalla reytinqə başçılıq edən Sinnerin göstəricisi 9450 xala enə bilər. Dizindəki zədə səbəbindən mövsümü vaxtından əvvəl başa vuran italiyalı tennisçi həmin xalları qorumaq imkanından məhrumdur.

Bu vəziyyət Aleksandr Zverev üçün dünya reytinqində liderliyə yüksəlmək şansı yaradır. Almaniyalı tennisçi hazırda 10 070 xalla ikinci pillədə qərarlaşıb. Onun hesabından 730 xal silinəcək. Zverev ötən il Vyanada finala, Parisdə isə yarımfinala yüksəlib.

Almaniyalı idmançı noyabrın 2-də açıqlanacaq reytinqdə birinci pilləyə qalxa bilər. Bunun üçün Vyana turnirindəki nəticəsi mühüm əhəmiyyət daşıyacaq.

Karlos Alkaras isə rəqibləri ilə müqayisədə daha əlverişli vəziyyətdədir. İspaniyalı tennisçi cəmi 10 xal itirəcək. Bu da onun ilk iki pillədə qərarlaşan idmançılarla xal fərqini azaltmasına imkan verə bilər.

Ben Şelton və Daniil Medvedevin hər biri 250, Feliks Oje-Alyassimin isə 750 xal itirməsi gözlənilir. Kanadalı tennisçi ilk onluqdan kənarda qalmaq təhlükəsi ilə üzləşib.

Aleks de Minaurun hesabından 400, Flavio Kobollinin isə 100 xal silinəcək.

Novak Cokoviç üçün isə vəziyyət fərqlidir. Serbiyalı tennisçi ötən il Vyana, Bazel və Paris turnirlərində iştirak etmədiyindən xal itkisi yaşamayacaq.

Hazırda dünya reytinqində 12-ci pillədə qərarlaşan Cokoviç Bazeldə keçiriləcək ATP 500 turnirinə qatılacaq. Onun Paris Masters yarışında da iştirak etməsi nəzərdə tutulur.

Serbiyalı tennisçi uğurlu nəticələr sayəsində ATP-nin mövsümün yekun turnirinə vəsiqə qazanmaq şansını artıra bilər.

Qeyd edək ki, oktyabrın 25-nə olan canlı ATP reytinqində ilk üç pilləni Yannik Sinner (10 950 xal), Aleksandr Zverev (10 070 xal) və Karlos Alkaras (5610 xal) tuturlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 25 Oktyabr 2026 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri