Attestasiyadan keçməyən kitabxanaçılar təlimlərə cəlb oluna bilər
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Mədəniyyət Nazirliyinin kitabxana sistemində çalışan informasiya texnologiyaları üzrə mütəxəssislərin attestasiyasının nəticələrinə əsasən bəzi əməkdaşlar əlavə təlim və ixtisasartırma proqramlarına cəlb oluna bilər.
Modern.az xəbər verir ki, bunu Kitabxana sistemində İT mütəxəssislərinin attestasiyası ilə bağlı mediaya açıqlamasında mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.
Onun sözlərinə görə, attestasiyanın əsas məqsədi əməkdaşların peşə hazırlığını qiymətləndirmək, eyni zamanda onların hansı istiqamətlərdə əlavə bilik və bacarıqlara ehtiyac duyduğunu müəyyənləşdirməkdir.
“Attestasiyanın fəlsəfəsi və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq məqsəd həmkarlarımızın peşə hazırlığının yoxlanılmasıdır. Qiymətləndirmə zamanı yalnız müsbət nəticələr deyil, əlavə ixtisasartırmaya və təlimlərə ehtiyaclar da müəyyən edilir. Bu səbəbdən bəzi kateqoriyadan olan attestasiya iştirakçılarının təlimlərə göndərilməsi və ya əlavə ixtisasartırmaya cəlb olunması nəzərdə tutulur”, – deyə nazir müavini bildirib.
F.Cəfərov qeyd edib ki, bununla bağlı yekun qərar attestasiya komissiyasının nəticələri elan edildikdən və yekun statistika müəyyənləşdirildikdən sonra veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 28 İyul 2026 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















