Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

ATU da Data analitika və Süni İntellekt Laboratoriyası açıldı Fotolar

ATU da Data analitika və Süni İntellekt Laboratoriyası açıldı Fotolar

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Tibb Universitetində (ATU) Data-analitika və Süni İntellekt Laboratoriyasının açılış mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli, səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun Baş direktoru, akademik Rasim Əliquliyev, Səhiyyə Nazirliyi Rəqəmsal Səhiyyə Mərkəzinin baş direktoru Cəbrayıl Əsəd-zadə, ATU-nun İctimai Nəzarət və Məsləhət Şurasının sədri, Milli Məclisin deputatı İlham Məmmədov, universitetin professor-müəllim heyəti və digər mötəbər qonaqlar iştirak ediblər.

Açılışdan əvvəl qonaqlar “Nar toxumu datanın, nar isə biliyin simvolu” olaraq, hər dənəsi bir datanı ifadə edən nar toxumlarını torpağa əkiblər. Daha sonra çıxışına qonaqları səmimi salamlamaqla başlayan rektor Gəray Gəraybəyli qlobal dünyada süni intellekt (Sİ) texnologiyalarının sürətlə bütün sahələrə nüfuz etdiyini, süni intellekt sistemlərinin müxtəlif sahələrdə tətbiqinin getdikcə aktuallaşdığını, eyni zamanda bütün istiqamətlərdə olduğu kimi, müasir təbabətdə də artıq əsas transformasiyaedici amillərdən birinə çevrildiyini bildirib.

Rektor dünya miqyasında gedən inkişaf tendensiyalarına uyğun olaraq, dövlətlərin qlobal rəqabət mühitində üstünlüklər əldə etməsinə birbaşa təkan verən süni intellekt ekosisteminin ölkəmizdə də inkişafı və gücləndirilməsinin dövlət siyasətinin prioritet xətlərindən biri kimi önə çıxdığını vurğulayıb. Məhz bu aspektləri əsas tutaraq, ali tibb təhsili və elmi araşdırmalar mühitində süni intellekt yönümlü laboratoriyanın yaradılması da mövcud dövlət strateji xəttinin əsas prinsiplərinə dəstək verir.

Ölkədə süni intellektlə bağlı mövcud çağırışlar və qarşıya qoyulan hədəflərdən söz açan səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov xüsüsilə səhiyyə sistemində bu istiqamətdə atılan mühüm addımlar, həyata keçirilən layihələr haqda ətraflı məlumat verib. O, xüsusən Səhiyyə Nazirliyi tərəfindən yaxın günlərdə təqdim olunan vətəndaşların sağlamlıq məlumatlarının beynəlxalq standartlara uyğun şəkildə toplanması və fasiləsiz mübadiləsini təmin edən “Tibbi Rəqəmsal Əkiz Sistemi”nin Azərbaycanı Qafqaz və Mərkəzi Asiya regionunda rəqəmsal səhiyyə sahəsində lider mövqeyə yüksəltdiyini də nəzərə çatdırıb.

Akademik Rasim Əliquliyev də çıxışında süni intellekti yalnız texnoloji yenilik deyil, həm də iqtisadi, hərbi və siyasi üstünlüyü müəyyən edən, müasir dövrdə artıq qlobal güc balansını dəyişən başlıca amil kimi dəyərləndirib.

ATU-nun İctimai Nəzarət və Məsləhət Şurasının sədri, Milli Məclisin deputatı İlham Məmmədov da ölkəmizdə texnoloji yenilik və tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri olduğunu nəzərə çatdırıb.

Daha sonra ATU-nun prorektoru Məlahət Sultan Data-analitika və Süni İntellekt Laboratoriyasının məqsədi, əhatə dairəsi, vacibliyi, həmçinin mərkəzin əsas vəzifələri haqda təqdimatla çıxış edib.

Çıxışlardan sonra qonaqlar Data-analitika və Süni İntellekt Laboratoriyasına baxış keçiriblər.

ATU-nun Tibbi və bioloji fizika kafedrasının müdiri,  Data-analitika və Süni İntellekt Laboratoriyasının rəhbəri İsmayıl Qafarov qonaqlara fəaliyyətə başlayan laboratoriya haqqında ətraflı məlumat verib.

Bildirilib ki, laboratoriyanın yaradılması elmi fəaliyyətin keyfiyyətinin artırılması, innovativ yanaşmaların tətbiqi və universitetdaxili elmi potensialın birləşdirilməsi, eyni zamanda ATU-da elmi-tədqiqat və tədris fəaliyyətinin müasir tələblərə uyğun şəkildə inkişaf etdirilməsi, tibbdə rəqəmsallaşma proseslərinin elmi əsaslarla dəstəklənməsi və innovativ yanaşmaların universitet mühitinə sistemli şəkildə inteqrasiyasını zərurətə çevirir.

Sözügedən təşəbbüs tibbi və bioloji sahələrdə qarşıya çıxan mürəkkəb elmi problemlərin həllində süni intellekt, maşın öyrənməsi və data-analitika metodlarından istifadənin genişləndirilməsi, elmi-tədqiqat potensialının gücləndirilməsi və müasir tədqiqat mühitinin formalaşdırılmasına yönəlib. Laboratoriyanın yaradılması universitetin elmi fəaliyyətinin tətbiqyönümlülüyünün artırılmasına, elmi nəticələrin beynəlxalq elmi mühitdə tanınmasına və rəqəmsal tibbin inkişafına töhfə vermək məqsədi daşıyır.

Eyni zamanda ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının fəaliyyəti universitetin uzunmüddətli inkişaf strategiyasına, elmi fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması və innovasiya yönümlü tədqiqat mühitinin formalaşdırılmasına xidmət edir.

Laboratoriyanın fəaliyyətində maşın öyrənməsi, dərin öyrənmə, biostatistika və bioinformatika metodlarının tətbiqi nəzərdə tutulur və bu metodların klinik məlumatlar, tibbi görüntülər və biomolekulyar verilənlər üzərində tətbiqi əsas istiqamət kimi müəyyənləşdirilir. Elmi tədqiqatlar həm fundamental, həm də tətbiqi xarakter daşıyacaq, əldə olunan nəticələrin tibbi praktikada istifadə imkanları prioritet olaraq qiymətləndiriləcək.

Bu çərçivədə laboratoriyanın fəaliyyəti elmi əsaslı, metodoloji cəhətdən düzgün və beynəlxalq elmi standartlara uyğun tədqiqatların aparılmasına yönəldiləcək, eyni zamanda universitet daxilində mövcud elmi istiqamətlərin süni intellekt texnologiyaları ilə inteqrasiyasını təmin edəcək.










Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 İyun 2026 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri