Icma.az
close
up
RU
ATU da ilk süni intellekt əsaslı ağıllı elektrik avtomobili təqdim olunub

ATU da ilk süni intellekt əsaslı ağıllı elektrik avtomobili təqdim olunub

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Gəncə, 6 noyabr, Elcan Məmmədov. AZƏRTAC

Azərbaycan Texnologiya Universitetinin (ATU) gənc tədqiqatçı və tələbələrdən ibarət komandası region universitetləri arasında bir ilkə imza ataraq, tam yerli imkanlarla hazırlanmış süni intellekt əsaslı ağıllı elektrik avtomobili – “ATU-Car” layihəsini ictimaiyyətə təqdim edib.

Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, layihənin təqdimatı “Elm və texnologiyaların müasir trendləri” adlı Respublika elmi-praktik konfrans çərçivəsində baş tutub. Tədbirdə universitetin rektoru Yaşar Ömərov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nicat Əsədli, müxtəlif elmi institutların nümayəndələri və sənaye müəssisələrinin mütəxəssisləri iştirak ediblər.

Universitetin İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə ərsəyə gələn “ATU-Car” gənc tədqiqatçıların yeni texnoloji çağırışlara cavab verə bilmə qabiliyyətini və texnologiyanın yalnız istehlakçısı deyil, yaradıcı qüvvəsi olduqlarını nümayiş etdirir. Layihə süni intellekt, alternativ enerji mənbələri və ağıllı idarəetmə texnologiyalarını bir araya gətirir.

Avtomobilin əsas texniki xüsusiyyətləri arasında günəş panelli enerji sistemi, özəl dizaynlı batareya texnologiyası, biohərəkət sensorları, GPS əsaslı naviqasiya, səs komandaları ilə idarəetmə, mexaniki və pult vasitəsilə idarəetmə, eləcə də sıfırdan hazırlanmış “beyin” sistemi yer alır. Layihə ESP32 mikroprosessoru, EVO40 sürücü, iki 24V DC mühərrik və enerji optimizasiyası üçün DC-DC konverter sistemi üzərində qurulub. Avtomobil 120 kiloqrama qədər yükü hərəkətə gətirə bilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri