Şagirdlər üçün süni intellekt əsaslı köməkçi təqdim olunub
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 24 fevral, Aysel Azadqızı, foto İlqar Cəfərov, operator Vüsal Tağıyev, AZƏRTAC
“Microsoft” şirkətinin və Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə şagirdlərə dəstək üçün hazırlanmış süni intellekt əsaslı köməkçi onların öyrənmə səviyyəsinə və tədris proqramına uyğunlaşdırılmış alətdir.
AZƏRTAC xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirilən brifinqdə deyib. O bildirib ki, “Rəqəmsal məktəb” platformasında təqdim edilən bu köməkçi fərdiləşdirilmiş öyrənmə dəstəyi verir və yerli təhsil ehtiyacları nəzərə alınmaqla hazırlanıb. Vüsal Xanlarov qeyd edib ki, bu texnologiya rəqəmsal təhsil mühitinin yaradılmasına, rəqəmsal bacarıqların inkişafına, rəqəmsal savadlılığa, adaptiv öyrənməyə və fərdiləşdirilmiş tədrisə imkan verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 24 Fevral 2026 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















