ATXƏM sədri şəhidlərin məzarını ziyarət edib
Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
27 Sentyabr – Anım Günü ilə əlaqədar ATXƏM İB-nin sədri İlham İsmayılov ailə üzvləri ilə birgə İkinci Fəxri Xiyabanda milli qəhrəmanlar Mübariz İbrahimovun, Murad Mirzəyevin, general Polad Həşimovun və 44 günlük Vətən müharibəsində həlak olmuş Rəşad Zeynallı, Təbriz İbrahimov və digər şəhidlərimizin məzarlarını ziyarət edib, şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edib.
Bu barədə məlumat Newscenter.az-a İctimai Birlikdən daxil olub. Anım Gününün tarixi əhəmiyyətinə toxunan İlham İsmayılov qeyd edib ki, bu gün Azərbaycan xalqının tarixində dərin iz buraxmış, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik:

"Şəhidlərimizin Vətən sevgisi, mərdliyi və fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayacaq. Onların keçdiyi şərəfli yol gələcək nəsillər üçün Vətənə sədaqətin və milli həmrəyliyin ən böyük nümunələrindən biridir".
ATXƏM sədri, "Bu anım günündə bütün şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, onların ailələrinə dərin hörmət və ehtiramımızı bildiririk.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!",-deyə vurğulayıb.

Süleyman
Bu mövzuda digər xəbərlər:DSX rəhbərliyi şəhidlərin məzarını ziyarət edib FOTOLAR
08 Noyabr 2024 09:34
DSX rəhbərliyi şəhidlərin məzarını ziyarət ETDİ
08 Noyabr 2024 09:32
Asif Əsgərov şəhidlərin məzarını ziyarət etdi FOTOLAR
22 Oktyabr 2025 10:09
Deputat Asif Əsgərov şəhidlərin məzarını ziyarət etdi FOTOLAR
15 Oktyabr 2025 16:27
Şəhidlərin məzarları ziyarət olundu
17 Noyabr 2025 11:14
Baxış sayı:130
Bu xəbər 27 Sentyabr 2026 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















