“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Icma.az, Avtosfer saytına istinadən bildirir.
“Audi” şirkəti 50 ildir istehsal edilən 2,5 litrlik TFSI mühərriki ilə bağlı yeni planlar hazırlayır.
Avtosfer.az xəbər verir ki, ötən il məşhur beşsilindrli mühərrikin istehsalının dayandırılacağı ilə bağlı rəsmi məlumat yayılmışdı. Bu günlərdə isə şirkətin idman avtomobilləri bölməsinin rəhbəri Rolf Mixl bildirib ki, mühərrikin ömrünü uzatmaqla bağlı yollar axtarırlar.
Texniki olaraq alman mühəndislər üçün çətinlik olmasa da, iqtisadi məsələ daha əhəmiyyətlidir: qurğunu yeni ekoloji normativlərə uyğunlaşdırmaq üçün ciddi təkmilləşmə tələb olunur. Lakin cəmi 1 modeldə işlədilən mühərrik üçün bunun səmərəsi yoxdur. Buna görə də, mühərrikin hazırki versiyasının Avropada istehsalının 2027-ci ildə dayandırılması qərara alınıb. Qitədən kənarda isə istehsal hələ davam edəcək.
İndi isə başqa variant üzərində iş gedir: mühərriki daha bir nəsil saxlamaq üçün onun tətbiq edildiyi model sayını artırmaq. Böyük ehtimalla yeni “Volkswagen Golf R” məhz bu gün qurğusu ilə təchiz ediləcək. Hələlik, bu barədə rəsmi qərar yoxdur.
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 25 Avqust 2026 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















