Audiovizual Şura: İki həftə ərzində aparıcılar 3 minə yaxın əcnəbi söz işlədib
Icma.az bildirir, Sherg.az portalına istinadən.
İki həftə ərzində verilişlərdə aparıcılar 3 minə yaxın əcnəbi söz işlədib.
APA xəbər verir ki, Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışı zamanı bildirib.
“Son illər Şura reklam çarxlarında əcnəbi sözlərin istifadəsinin qarşısını alıb. 5-10 il əvvəl bu hallara çox rast gəlinirdi. Verilişlərdən fərqli olaraq reklam çarxları daha çox görülür və burada istifadə olunan sözlər insanların yaddaşına həkk olunur. Lakin verilişlərdə bununla bağlı vəziyyət qənaətbəxş deyil. Televiziya və radio-məkanda 800 saatlıq efirlər olur. Monitorinq şöbəsində 6 nəfərin olduğunu nəzərə alsaq, bunun hamısını aşkar etmək mümkün olmur. Amma Prezident İlham Əliyevin çıxışını əsas götürərək süni intellektdən yararlanıb daha çox istifadə olunan 40-a yaxın əcnəbi sözün siyahısını çıxarıb verilişlərdə monitorinq etdik və aparıcılar tərəfindən iki həftə ərzində 3 minə yaxın bu cür əcnəbi sözün işləndiyinin şahidi olduq. Bu sözləri toplayaraq kanallara hansı aparıcıların hansı əcnəbi sözləri işlətdiyi ilə bağlı yanvar ayından xəbərdarlıq göndərəcəyik”, - o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 08 Dekabr 2025 13:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















