Icma.az
close
up
RU
Audit aparmaq yerinə, hazır rəy alan sahibkarların DİQQƏTİNƏ: Cərimələnə bilərsiz MÜSAHİBƏ

Audit aparmaq yerinə, hazır rəy alan sahibkarların DİQQƏTİNƏ: Cərimələnə bilərsiz MÜSAHİBƏ

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Sağlam iqtisadi münasibətdə şəffaf maliyyə vacib amildir. Çox təəssüf ki, maliyyə bazarında şəffaflıq istənilən səviyyədə deyil. Ən pisi də odur ki, bu şəffaflığı təmin edə bilən audit xidmətinə maraq çox azdır.
Demorkat.az “Marja.az”a istinadən xəbər verir ki, İqtisadiyyat üzrə fəlsəfə doktoru, Azərbaycanın fəxri auditoru Anar Bayramov müsahibəsində audit xidməti sahəsindəki problemlər barədə fikirlərini bölüşüb.
Həmin müsahibəni təqdim edirik:
- Anar müəllim, Azərbaycanda hazırda audit sənədi (audit rəyi) almaq bu qədər asan və ucuzdursa, bu, nəyin göstəricisidir?
- Bu, çox təəssüf ki, audit xidmətinin mahiyyətindən xəbərsizliyin göstəricisidir. Audit “yoxlayan” deyil, “qoruyan” mexanizmdir. Sahibkar bilməlidir ki, bu sənəd onun biznesinin sağlamlığını göstərən “rentgen” kimidir. O saxtadırsa – sabah vergi yoxlamasında, bankda, tenderdə, hətta məhkəmədə problem yaşamaq labüddür.
- Sizcə, bu təhlükəni yaradan sahibkarlardır, yoxsa mühasiblər?
- Açıq danışsaq, bu cür təşəbbüslər həm sahibkarlardan, həm də auditorlardan gəlir. Bu hər iki tərəfin ortaq məsuliyyətsizliyinin nəticəsidir. Bu vəziyyətdə mühasiblərin də günahı az deyil. Mühasiblər öz nöqsanlarının üzə çıxmaması üçün sahibkarı inandırırlar ki, 5-10 min manat verib audit yoxlaması aparmaqdansa, 1000-2000 manat verib, hazır rəy almaq daha yaxşıdır. Bu da onunla bağlıdır ki, Maliyyə Nazirliyinin hər bir hüquqi və fiziki şəxs üçün audit tələbi var. Bu tələbin icrasına sahibkarlar bir qayda olaraq məsuliyyətsiz yanaşırlar. Amma onlar başa düşmürlər ki, auditin mahiyyəti mühasibatlığın işini yoxlamaqdır. Nöqsanları üzə çıxardıb, sahibkarı gələcək təhlükədən sığortalamaqdır.
Lakin mühasiblərin çoxu bu məsələdə sahibkarın düzgün addım atmasına əngəl yaradır və tanış “audit”dən hazır “rəy” alır. Sonda isə bu “rəy” sahibkara ciddi problemlər yaradır. Bəzi hallarda sahibkar özü məsələyə səhlənkar yanaşır. Düşünür ki, “onsuz da vergi gəlib yoxlayacaq, kənarlaşmanı tapıb cərimə yazacaq. Onda niyə əlavə xərc çəkirəm?!”.
- Əgər bir şirkətin mühasibat uçotu ümumiyyətlə aparılmayıbsa və ya formal aparılıbsa – auditor bu şəraitdə necə “müsbət rəy” verə bilər?
- Təəssüf ki, “müsbət rəy” verilir. Bu da fırıldaqçılıqdır. Audit yoxlaması zamanı hər hansı bir pozuntu varsa, mühasibat uçotu aparılmayıbsa, ona rəy verilməsi həm etik cəhətdən düzgün deyil, həm də bu hüquqi məsuliyyət yaradır. Amma bunu şirkətlər və “auditorlar” başa düşürmü? Cavab verməkdə çətinlik çəkirəm.
- Azərbaycanda sərbəst və ya şirkət kimi mühasibatlıq xidməti göstərmək üçün heç bir icazə, lisenziya, qeydiyyat və ya peşə standartı tələb olunmur. Bu audit prosesi zamanı hansı təhlükələri yaradır?
- Hər bir şirkətin mühasibləri olur. Amma o mühasiblərin nə qədər peşəkar olması sual doğurur. Bu gün çox sayda konsaltinq şirkətləri var. Amma onların xidmətlərinin səviyyəsi olduqca aşağıdır. Bu da onunla bağlıdır ki, bu sahəyə hansısa bir dövlət nəzarəti yoxdur.
İxtiyari şəxs mühasib xidməti göstərə bilər. Bunun üçün hansısa icazə tələb olunmur. Çox təəssüf ki, Azərbaycan iqtisadiyyatının ürəyi olan mühasibatlığa, maliyyə sisteminə nəzarət mexanizmi mövcud deyil. Kim gəldi bir şirkət açıb, mühasibatlıq xidməti göstərir. Bu da ölkə üçün çox ciddi bir problemdir. Mühasibatlıq tək-tük sahələrdəndir ki, bu xidmət üçün lisenziya tələb olunmur. Bu da audit yoxlaması zamanı çox ciddi problem yaradır. Belə “mühasiblər”ə ən xırda məsələni belə başa salmaq olmur.
- Audit rəyi verən şirkətlərin özlərinin məsuliyyəti necə tənzimlənməlidir?
Onlara da əlavə nəzarət lazımdırmı?
- Audit şirkətləri nəzarətsiz deyil, lakin onların bütün fəaliyyətinə tam şəkildə nəzarət etmək çətindir. Auditorlar Palatasının müəyyən dövrlərdə mütəmadi olaraq həyata keçirdiyi keyfiyyətə nəzarət mexanizmi mövcuddur, lakin bunun nə qədər effektiv olması sual altındadır. Mühasibatlıqdan anlayışı olmayanlarla əlbir olub, saxta sənədlər təqdim edən, saxta maliyyə hesabatları hazırlayanlara qarşı nəzarət gücləndirilməli, sərt cəzalar tətbiq olunmalıdır. Çünki bu cür hallar həm sahibkarları, həm də ümumi maliyyə sistemini risk altına salır.
- Bəs real audit necə olmalıdır? Nə qədər vaxt aparmalı və hansı mərhələlərdən ibarət olmalıdır?
- Real audit vaxtı şirkətin dövriyyəsindən, işçi və əməliyyat sayından asılıdır. Bu gün haqlı rəqabətə tab gətirməyən audit şirkətləri ucuz və keyfiyyətsiz xidmət təklif edirlər. Ucuz və keyfiyyətsiz auditsə sahibkar üçün birbaşa məsuliyyət yaradır. Axı bir günə aparılan auditin effektivliyi nə qədər yüksək ola bilər ki?! Normal audit şirkəti 3-4 ay audit aparır. Belə xidmətsə böyük vəsait tələb edir. Üstəlik audit xidmətinin sənədləşməsi, müəssisəyə gedib bizneslə tanış olması, audit prosesinin başladılması, mühasibin zəruri sənədləri göndərməsi, həmin sənədlərin auditorlar tərəfindən təhlil olunub maliyyə hesabatlarının hazırlanması uzun bir prosesdir. Normal audit 3-4, bəzən hətta 6-7 ay çəkə bilər. Bu mənada bir neçə günə normal auditin aparılması qeyri-mümkündür.
- Tenderlərdə, dövlət satınalmalarında bu cür formal audit sənədləri ilə iştirak etmək – hansı hüquqi nəticələr doğura bilər?
- Bu saxta sənəd təqdim etmək kimi qiymətləndirilir və dövlətə qarşı fırıldaqçılıq sayılır. Auditi aparılmamış bir şirkətin harasa “sənəd” təqdim etməsi dələduzluqdan başqa bir şey deyil. Belə hallar təkcə şirkətin tenderdən uzaqlaşdırılması ilə bitmir. Bu cinayət işinin açılmasına qədər gedib çıxır. Ona görə də bu məsələdə sahibkarlar daha diqqətli olmalıdırlar. Onlar anlamalıdırlar ki, saxta audit rəyi ilə tenderə girmək onlara hüquqi məsuliyyət yaradır.
- Maliyyə Nazirliyi və Auditorlar Palatası bu məsələyə niyə müdaxilə etmir və ya edə bilmir?
- Bu sahəyə nəzarət mexanizmi var, amma yetərli deyil. Bu sahədəki mövcud qanunvericilikdə ciddi boşluqlar var. Məsələn Auditorlar Palatası yalnız lisenziyalı auditorlara nəzarət edə bilir. Amma bazarda olan minlərlə audit və mühasiblər nəzarətsizdir. Bu gün kölgə audit və mühasibatlığa nəzarət edən bir dövlət qurumu yoxdur. Bu gün bilən yoxdur ki, ölkəmizdə nə qədər “sərbəst” şəkildə mühasibatlıq xidməti göstərən mühasib,  “müstəqil” konsaltinq şirkətləri var. Təbii ki, vergi sistemində bunu görmək olar ki, kimlər mühasibatlıq  xidməti göstərir. Amma bu real göstərici deyil. Bir sözlə bu sahəyə nəzarət mexanizmi yoxdur.
- Bütün bu problemlərin kökündə duran əsas səbəb sizcə nədir: nəzarətsizlik, maarifləndirmənin olmaması, yoxsa peşəkarların çatışmazlığı?
- Bunlar hamısı kompleks problemlərdir. Qanunvericilikdə boşluqlarımız var. Bu sahəyə dövlət nəzarəti çox zəifdir. Mühasiblərə və konsaltinq şirkətlərinə hər hansı bir nəzarət mexanizmi bu gün mövcud deyil. Bunun da səbəblərindən biri maarifləndirmənin olmamasıdır. Bu gün sahibkar öz mühasibinin daha savadlı olmasında maraqlı görünmür. Əgər bir şəxs 10 şirkətin mühasibatlığını aparırsa, burada hansı keyfiyyətdən və yaxud maarifləndirmədən danışmaq olar?! Təbii ki, bu məsələdə peşəkar kadr çatışmazlığı da öz sözünü deyir. Peşəkar mühasiblərin yetişdirilməsi üçün də Azərbaycanda hər hansı bir iş aparılmır.
- Sonda sahibkarlara və dövlət orqanlarına sizin bu sahədə əsas çağırışınız nə olardı?
- Mən sahibkarlara çağırış etmək istərdim ki, ucuz mühasibatlıqdan və auditdən qaçsınlar. Bu sizə həqiqətən də çox baha başa gələ bilər. Çalışın peşəkar xidmət alın. Bu sizi gələcək xoşagəlməz hallardan sığortalayacaq. İstərdim ki, dövlətin də bu sahəyə nəzarəti güclənsin. Yaxşı olardı ki, mühasiblərin və konsaltinq şirkətlərinin qeydiyyatı aparılsın, onlar lisenziyalaşdırılsın, illik lisenziya haqqı ödənilsin, nəzarət mexanizmləri yaransın. Çünki şəffaflıq biznesin və iqtisadiyyatın dayanıqlılığı üçün əsas faktordur.
- Müsahibəyə görə, təşəkkür edirik.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Avqust 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri