Icma.az
close
up
RU
Paytaxtda siqaret qıtlığı yaranıb?

Paytaxtda siqaret qıtlığı yaranıb?

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Yanvarın 1-dən etibarən siqaretlərə tətbiq edilən aksiz dərəcəsinin artırılması ilə bağlı qərar qüvvəyə minəcək. Lakin paytaxtda bəzi satış nöqtələrində bu qərarın təsiri artıq hiss olunmağa başlayıb. Belə ki, bir sıra market və köşklərdə siqaretlərin müştərilərə limitlə satıldığı bildirilir.

Satıcılar satışda hər hansı rəsmi məhdudiyyət olmadığını desələr də, paytaxtın bəzi ərazilərində fərqli mənzərə ilə qarşılaşmaq mümkündür. Bəzi köşklərdə siqaret vitrinlərinin boş olması diqqət çəkib. Satıcılar isə bunun müvəqqəti hal olduğunu bildiriblər.

Mövzu ilə bağlı apardığımız operativ sorğu zamanı bəzi satıcılar vəziyyətin normal olduğunu dedilər.

Bəziləri isə  satıcı isə vitrinlərin boş olmasını şəxsi səbəblərlə əlaqələndirib.

Qiymətlər artıq artmağa başlayıb

Mövcud vəziyyət siqaretlərin qiymətlərinə də təsirsiz ötüşməyib. Belə ki, bəzi markalarda artıq 15–20 faiz bahalaşma müşahidə olunur. Mütəxəssislər qiymət artımının qarşıdakı günlərdə daha da sürətlənə biləcəyini istisna etmirlər.

İqtisadçı Rəşad Həsənov Gununsesi.info-ya açıqlamasında bildirir ki, aksiz dərəcələrinin artırılması tütün məhsullarının bahalaşmasında əsas amillərdən biridir:

“2026-cı ildən etibarən tütün məhsullarına münasibətdə aksiz dərəcələrinin artırılması siyasəti büdcə gəlirlərinin qeyri-resurs mənbələrinin genişləndirilməsi məqsədi daşıyır. Qiymət artımına əhalinin alıcılıq gücü, şirkətlərin qiymət strategiyası və bazar konyunkturası da təsir edir.”

İqtisadçının sözlərinə görə, aksiz artımının bazar qiymətlərinə necə əks olunacağı digər iqtisadi amillərdən asılı olacaq:

“Təcrübə göstərir ki, yaxın dövrdə artan xərclər son qiymətin üzərinə əlavə olunacaq.”

Məsələ ilə bağlı rəsmi qurumlar hələlik hər hansı açıqlama verməyib. Ekspert və satıcıların qiymətləndirmələrinə əsasən, yeni ildən etibarən siqaretlərin qiyməti markadan asılı olaraq 2 manat 50 qəpikdən 5 manat 50 qəpiyədək arta bilər.

Qeyd edək ki, Vergi Məcəlləsinə edilən dəyişikliklər 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

Ayşən

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Dekabr 2025 23:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see296

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see275

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see258

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see256

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see250

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see247

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see232

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see217

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see212

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see203

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see198

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see197

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see194

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see192

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see187

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see183

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see182

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see173

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see169

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri