Icma.az
close
up
RU
Auditorlar Palatasında “18 İyun İnsan Hüquqları Günü”nə həsr edilmiş tədbir keçirilib

Auditorlar Palatasında “18 İyun İnsan Hüquqları Günü”nə həsr edilmiş tədbir keçirilib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 10 iyun, AZƏRTAC

Auditorlar Palatası “18 İyun-İnsan Hüquqları Günü”nə həsr edilmiş tədbir keçirib.

Palatadan AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə Auditorlar Palatasının İcraçı direktoru Səbuhi Gülməmmədov açaraq bildirib ki, 1998-ci il 22 fevral tarixində Ümummilli Liderimiz Heydər Əliyevin imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanda bu sahədə həyata keçirilən tədbirlərin istiqamətlərinin müəyyənləşdirildiyini, insan hüquqlarının ümumdövlət səviyyəsinə qaldırıldığını vurğulayıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiqlənib. Bu il insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildiyi ilk strateji sənəd olan həmin Dövlət Proqramının təsdiq edilməsindən 27 il ötür. Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə hər il iyunun 18-nin ölkəmizdə İnsan Hüquqları Günü elan olunması bu sahədə yeni imkanlar açıb. Azərbaycan öz Milli İnsan Hüquqları Gününü qeyd edən yeganə ölkədir.

S.Gülməmmədov vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində ardıcıl və sistemli islahatlar həyata keçirilir. Prezidentin siyasi iradəsi və təşəbbüsləri ilə ölkədə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, inzibati islahatların aparılması, şəffaflıq və vətəndaşların hüquqlarının müdafiəsi mexanizmlərinin gücləndirilməsi sahəsində mühüm addımlar atılıb. Azərbaycanda Ombudsman institutunun fəaliyyətinin genişləndirilməsi, insan hüquqları üzrə Milli Fəaliyyət Planlarının həyata keçirilməsi, qeyri-hökumət təşkilatlarının hüquqi statusunun gücləndirilməsi və vətəndaş cəmiyyətinin iştirakçılıq imkanlarının artırılması bu istiqamətdəki mühüm nailiyyətlərdəndir. O, çıxışında xüsusilə qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə qazanılmış tarixi Zəfər – Vətən Müharibəsi yalnız Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yadda qalmadı, həm də işğal altında qalmış torpaqlarda yaşayan insanların fundamental hüquqlarının – yaşamaq, mülkiyyət, azad hərəkət, təhlükəsiz həyat və mədəni irsə sahib olmaq hüquqlarının bərpa olunmasına imkan yaradıb. Azad edilmiş ərazilərdə dövlət başçısının rəhbərliyi ilə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, "Böyük Qayıdış" proqramı çərçivəsində həyata keçirilən tədbirlər məcburi köçkünlərin doğma torpaqlarına ləyaqətli şəkildə, hüquqları tam təmin olunaraq qayıtmaları üçün mühüm hüquqi və sosial əsaslar yaradıb. Bu, əslində Azərbaycanın insan hüquqlarına sadiqliyinin bariz nümunəsidir.

Qeyd edilib ki, Auditorlar Palatası da beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və bu çərçivədə qabaqcıl təcrübələrin öyrənilərək tətbiqinə xüsusi önəm verir. Beynəlxalq təşkilatlarla birgə həyata keçirilən layihə və tədbirlər çərçivəsində insan hüquqlarının müdafiəsi, peşə etikası və ictimai məsuliyyət məsələləri mütəmadi olaraq gündəmdə saxlanılır. Bu əməkdaşlıqlar nəticəsində Azərbaycanın audit sektorunda insan hüquqları kontekstində beynəlxalq standartlara uyğun yanaşmaların tətbiqi və etik idarəetmə prinsiplərinin möhkəmləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub.

S. Gülməmmədov eyni zamanda qeyd edib ki, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində maliyyə peşəkarlarının və mühasiblərin rolu, onların üzərinə düşən etik və hüquqi məsuliyyətlər mütəmadi olaraq maarifləndirmə və təlim mövzusu kimi diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə son illərdə həyata keçirilmiş tədbirlər arasında “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti” mövzusunda təşkil olunmuş silsilə təlimlər və xüsusilə də ötən həftə keçirilmiş beynəlxalq elmi-praktik konfrans xüsusi qeyd olunmalıdır. Həmin konfransda yerli və xarici qurumların nümayəndələri tərəfindən bu sahədə mövcud risklər, qabaqlayıcı tədbirlər və nəzarət mexanizmləri geniş müzakirə olunmuş, insan hüquqları və hüquqi təhlükəsizlik müstəvisində peşəkar məsuliyyətin önəmi bir daha vurğulanıb.

Daha sonra vurğulanıb ki, insan hüquqlarının müdafiəsi yalnız qanunvericilikdən irəli gələn bir öhdəlik deyil, eyni zamanda hər birimizin daşıdığı mənəvi və vətəndaşlıq məsuliyyətidir. Ona görə də yalnız auditor peşəsi ilə məşğul olanların deyil, bütün sahələrdə fəaliyyət göstərən əməksevər vətəndaşlarımızın hüquqlarının hərtərəfli şəkildə təmin olunması vacibdir və əminik ki, ölkə rəhbərliyinin qətiyyətli iradəsi nəticəsində Qarabağ torpaqlarında uzun illərdən sonra tarixi ədalət bərpa olunduğu və soydaşlarımızın doğma yurdlarına qayıtmaq hüquqları reallığa çevrildiyi kimi, eləcə də Qərbi Azərbaycan torpaqlarında doğulmuş, illərlə bu torpaqların həsrəti ilə yaşayan həmvətənlərimizin hüquqları da beynəlxalq hüququn prinsipləri və tarixi ədalət müstəvisində gec-tez bərpa olunacaq. Bu, dövlətimizin apardığı prinsipial, humanist və uzaqgörən siyasətin, xalqımızın milli birliyinin və iradəsinin məntiqi nəticəsi olacaq.

Tədbirdə Auditorlar Palatası Şurası yanında Auditin hüquqi təminatı üzrə komitənin sədr müavini, Auditin hüquqi tənzimlənməsi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə idarəsinin rəisi Elnur İbrahimov, Etika, mübahisələr, ictimai nəzarətlə əməkdaşlıq və intizam komissiyasının sədr müavini, Auditin hüquqi tənzimlənməsi şöbəsinin müdiri Bəhruzə Qasımova, Auditorlar Palatasının üzvləri olan “Audit Reporting” MMC-nin direktor-auditoru Yeganə Məmmədova, Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmsına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) üzrə komitənin sədri, “VXA - Audit” MMC-nin direktor-auditoru Elçin Qurbanov, Auditin hüquqi təminatı üzrə komitənin üzvü, “A Plus Audit” MMC-nin direktor-auditoru Azər Əliyev, Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmsına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) üzrə komitənin üzvü, Sərbəst auditor Şamxal Kərimov, Auditor fəaliyyətinin metodoloji təminatı üzrə komitənin üzvü, “Azəri Audit Servis” MMC-nin auditoru Yasin Şirinov, “Bakı Hesabat Mərkəzi” MMC-nin direktor-auditoru Mehdi Babayev və Sərbəst auditor Miramal Ağayev öz çıxışlarında müstəqil Azərbaycanda insan hüquq və azadlıqlarının təmini istiqamətində baş verən bütün köklü müsbət dəyişikliklərin Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi qenişmiqyaslı islahatların nəticəsində mümkün olduğunu və bu siyasətin uğurlu davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan, vətəndaş hüquq və azadlıqlarının qorunması, bu sahədə məqsədyönlü tədbirlərin həyata keçirilməsindən, eyni zamanda Auditorlar Palatası tərəfindən auditor xidmətinin dövlət tənzimlənməsindən və inkişafından, mülkiyyətçilərin əmlak hüquqlarını, dövlətin, təsərrüfat subyektlərinin və auditorların mənafelərinin müdafiəsindən, habelə auditorların öz fəaliyyətində qanunvericilik aktlarından irəli gələn tələblərə riayət olunmasından bəhs ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2025 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see282

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see262

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see191

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see150

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see141

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see137

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri