Icma.az
close
up
RU
COP29 çərçivəsində Auditorlar Palatasında görüş keçirilib AZƏRTAC

COP29 çərçivəsində Auditorlar Palatasında görüş keçirilib AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 19 noyabr, AZƏRTAC

Auditorlar Palatası və İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) arasında işgüzar görüş keçirilib.

Auditorlar Palatasından AZƏRTAC-a bildirilib ki, görüşdə palatanın sədri Vahid Novruzov, İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA) Avropa, Avrasiya, Orta Şərq və Amerikada İctimai İşlər üzrə regional rəhbəri Vikas Aqarval, Azərbaycan və Gürcüstanda bazarın inkişafı üzrə meneceri Senem Ross-Forrester, ictimai əlaqələr üzrə meneceri Gaukhar Aşirbekova, Palatanın icraçı direktoru Səbuhi Gülməmmədov, sədrin müşaviri Fəqan Qarayev, sədrin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, Kadr hazırlığı idarəsinin rəisi Elmira Behbudova, Beynəlxalq Audit Standartları üzrə komitənin sədr müavini, “SR Audit Solutions” MMC-nin direktoru Səftər Vəlizadə iştirak ediblər.

Müzakirə zamanı Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) və yaşıl iqtisadiyyata dair ACCA və Auditorlar Palatası tərəfindən auditor fəaliyyəti sahəsində görüləcək işlər, bu sahədə palatanın üzvləri üçün ACCA ilə birgə təlimlərin keçirilməsi, habelə ölkə auditorlarının ACCA-nın davamlı peşəkar inkişafa dair təlim resurslarına əlçatanlığının təmin edilməsi, yeni şəraitdə şəffaflığın və hesabatlılığın, həmçinin resurslardan səmərəli və məqsədyönlü istifadənin təmin olunmasında DİM-ə dair qəbul edilmiş yeni standartların əhəmiyyətindən bəhs edilib və geniş fikir mübadiləsi aparılıb.

Sonda iki qurum arasında işlərin operativ həlli üçün işçi qrupunun yaradılmasına dair qərar qəbul olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:241
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2024 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see284

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see269

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see260

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see260

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see258

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see252

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see246

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see244

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see235

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see227

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see221

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see221

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see218

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see212

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see208

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see207

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see206

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see198

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri