Icma.az
close
up
RU
“Autizmli Uşaqların Səsi Olun!” adlı 5 ci Beynəlxalq Autizm Konfransı keçirilib FOTO Yeni Gündəm

“Autizmli Uşaqların Səsi Olun!” adlı 5 ci Beynəlxalq Autizm Konfransı keçirilib FOTO Yeni Gündəm

Yenigundem portalından alınan məlumata görə, Icma.az xəbər verir.

29 mart tarixində Autizmlə Mübarizə İctimai Birliyinin təşəbbüsü ilə “2 Aprel – Dünya Autizm Məlumatlandırma Gününə” həsr olunmuş “Autizmli Uşaqların Səsi Olun!” adlı 5-ci Beynəlxalq Autizm Konfransı keçirilib. Bu konfransda yerli və xarici mütəxəssislər iştirak edərək, autizm spektr pozuntuları ilə bağlı ən aktual məsələləri müzakirə ediblər.

“Yeni Gundem” xəbər verir ki, konfrans çərçivəsində “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, t.e.d Yazgül Abdiyeva çıxış edərək “Autizmli uşaqlara sağlam baxış” mövzusunda fikirlərini bölüşüb. O, autizmli uşaqların sosial adaptasiyası, tibbi və psixoloji dəstək imkanları, eləcə də valideynlərin maarifləndirilməsinin əhəmiyyətini vurğulayıb. Yazgül Abdiyeva, həmçinin beynəlxalq təcrübədən nümunələr gətirərək, autizmli uşaqlara yanaşmada tətbiq edilən müasir metodlar haqqında danışıb.

Autizmli şəxslərin cəmiyyətə inteqrasiyasını dəstəkləmək və onların hüquqlarını qorumaq “Sağlamlığın Qorunması” İctimai Birliyinin də daim diqqət mərkəzindədir.

Qeyd edək ki, Autizmlə Mübarizə İctimai Birliyinin rəhbəri Çiçək Qəzənfərqızı illərdir autizmli uşaqların hüquqlarının müdafiəsi, onların cəmiyyətə inteqrasiyası və valideynlərin maarifləndirilməsi istiqamətində mühüm fəaliyyət göstərir. Onun təşəbbüsü ilə hər il bu sahəyə həsr olunmuş beynəlxalq və yerli konfranslar, seminarlar və maarifləndirici tədbirlər keçirilir. Çiçək Qəzənfərqızının təşəbbüsləri sayəsində autizm mövzusunda ictimaiyyətin məlumatlılığı artır.

Konfrans çərçivəsində Autizmlə Mübarizə İctimai Birliyinin rəhbəri Çiçək Qəzənfərqızı tərəfindən “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri Yazgül Abdiyevaya təşəkkürnamə təqdim edilib.

Həmçinin, konfransda Azərbaycan Tibb Universitetinin professoru, əməkdar həkim, Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti Nadir İsmayılov “Autizm spektr pozuntusu” mövzusunda çıxış edərək, autizmin tibbi və psixoloji aspektlərini, müasir diaqnostika və müalicə metodlarını ətraflı izah edib.

Bundan əlavə, konfransda ABA terapiya Mərdəliyeva Fidan, klinik ailə loqoped Ələkbarova Aygün və digər məruzəçilər çıxış etdilər.
Tədbirdə autizmli uşaqların rəsm əsərləri , əl işləri sərgisi oldu.

Həmçinin qeyd edək ki, 2021-ci il dekabrın 31-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Nizami rayonunda Autizm Mərkəzinin binası istifadəyə verilib. Bu mərkəz autizm spektr pozuntusu olan uşaqlara dəstək göstərmək, onların sosial inteqrasiyasını və inkişafını təmin etmək məqsədilə fəaliyyət göstərir.

Bundan əlavə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi ilə autizmli uşaqlar üçün “AutizmDERS” mobil tətbiqi və www.autizmders.az saytı yaradılıb. Layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası istiqamətində valideynlərin bacarıqlarını artırmaq və bu sahədə innovativ həllərin tətbiqini genişləndirməkdir.

Bütün bunlar göstərir ki, dövlət autizm spektr pozuntusu olan uşaqların sosial inteqrasiyasına, onların reabilitasiyasına və valideynlərin maarifləndirilməsinə xüsusi diqqət ayırır. Dövlət tərəfindən həyata keçirilən bu təşəbbüslər autizmli uşaqların cəmiyyətə daha uğurlu şəkildə adaptasiya olunmasına və onların inkişafına dəstək olmaq məqsədi daşıyır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 29 Mart 2025 21:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see220

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see181

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see140

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see140

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see131

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri