Icma.az
close
up
RU
Autsayderlərin dueli nəfəs kəsəcək, avrokuboklara iddialılar qələbə ovuna çıxacaq

Autsayderlərin dueli nəfəs kəsəcək, avrokuboklara iddialılar qələbə ovuna çıxacaq

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gündən etibarən premyer-liqada mövsümün ən həyəcanlı, komandaların mübarizə əzminin son həddə çatacağı, nəticələrin həlledici olacağı matçlara şahidlik edəcəyik.

Əlbəttə, yaz fəslinin gəldiyini də nəzərə alsaq, azarkeşlərin tribunalara yollanması daha cəlbedici mənzərələrin yaranmasına səbəb olar. Bunu edə bilməyənlər isə televizorda “CBC Sport”un düyməsindən yararlansın.
Misli premyer-liqası
4-cü dövrə, 28-ci tur
28 mart
Turan Tovuz – Qarabağ

“Turan Tovuz”un bu rəqiblə ev oyunlarının balansı: 5:+0=2-3, 5:10.
2022/23 - 0:2, 2:3; 2023/24 - 2:2, 1:3; 2024/25 – 0:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Tovuz, şəhər stadionu. Saat 19.30.
4-cü dövrəyə Tovuzda start veriləcək. Burda “Turan Tovuz” “Qarabağ”ı sınağa çəkəcək. Bilindiyi kimi, “bozqurd” mövsüm ərzində hələ “köhlən atlar”a uduzmayıb. Komandanın son oyunlarda sabit nəticələr qazanmaqda çətinlik çəkdiyini nəzərə alsaq, bu dəfə uğur qazanmaq çox çətin olacaq. Ona görə ki, rəqib 6 matçdı uduzmayan, çempion olacağı vaxt üçün gün sayan ağdamlılardı. Qurban Qurbanovun komandası Tovuza həm liderliyini möhkəmlətməyə, həm də “futbol ili”nin ilk üç qarşılaşmasında itirdiyi xalların qisasını almağa gələcək.
Bu komandalar indiyə qədər 11 dəfə üz-üzə gəlib. Bunların 7-də “köhlən atlar”, 2-də “bozqurd” qələbə qazanıb. Topların nisbətində “Qarabağ” öndədi – 24:12.
29 mart
Neftçi – Araz-Naxçıvan

"Neftçi"nin bu rəqiblə ev oyunlarının balansı: 4:+2=1-1, 4:2.
2014/15 - +:-*; 2023/24 - 1:1, 3:0; 2024/25 – 0:1.
* texniki nəticə top fərqində nəzərə alınmayıb.
Cəzalı: Felipe Santos (Araz-Naxçıvan).
“Futbol+”in proqnozu: 30-30-40.
Bakı, “Neftçi Arena”. Saat 16.45.
“Neftçi” “Səbail”i məğlub etməklə fasiləyə yaxşı əhval-ruhiyyədə yollandı. İndiyə qədər itirilən xallar “ağ-qaralar”ın liqa yoluyla avrokuboklara yollanmaq şansını minimuma endirib. Yenə də bakılıların meydana məhz qələbə üçün çıxması vacibdi. Bu, həm də kollektivin “Sabah”la vacib kubok matçından əvvəl fiziki, xüsusilə psixoloji baxımdan daha yaxşı formada olmasına müsbət təsir edəcək. Naxçıvanlılara gəlincə, “qırmızı-ağlar” 3-cü pilləni əldən vermək təhlükəsiylə üz-üzədi. Bu üzdən paytaxt təmsilçisini yenmək, bunun sayəsində xal ehtiyatını artırmaq vacibdi. Hər halda, Elmar Baxşıyevin komandası rəqiblə müqayisədə daha şanslı görünür.
Bu komandalar indiyə qədər 11 dəfə qarşılaşıb. Bunların 4-də naxçıvanlılar, 4-də bakılılar qalib gəlib, 3-də “sülh” qeydə alınıb. Topların nisbətində “Neftçi” öndədi – 22:7.
Sumqayıt – Sabah
“Sumqayıt”ın bu rəqiblə ev oyunlarının balansı: 12:+5=0-8, 9:22.
2018/19 – 0:1, 1:0; 2019/20 – 1:0, 1:2; 2020/21 – 1:2, 0:2; 2021/22 – 2:0, 0:3; 2022/23 – 0:6, 0:4; 2023/24 – 1:0, 1:2; 2024/25 – 1:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 19.00.
9 oyunluq “qələbə və qol orucu”nu “Kəpəz”i yenməklə açan “Sumqayıt” “Turan Tovuz”a da qalib gəlməklə premyer-liqada qalmaq şansını xeyli artırdı. İndi növbəti qələbəni qazanmaqla ortabablar sırasına qayıtmağın vaxtıdı. Düzdü, turnir cədvəli “Sabah”ın daha güclü olduğunu deyir. Lakin “bayquşlar”ın durumu o qədər də qənaətbəxş deyil. Vasili Berezutskinin komandası liqa yoluyla avrokuboklara yollanmaq istəyirsə, Sumqayıtdan mütləq əlidolu qayıtmalıdı. Masazır təmsilçisi mövsüm ərzində o qədər xal itirib ki, indi hər şey tükdən asılıdı. Qısası, kollektiv hadisələrin axarına öz lehinə müdaxilə edə bilmək üçün qələbəyə möhtacdı.
Bu komandalar indiyə qədər 26 dəfə üz-üzə gəlib. Bunların 14-də 8-də “Sumqayıt”, 14-də “Sabah” qələbə qazanıb, 4-də hərəyə bir xal düşüb. Topların nisbətində “bayquşlar” öndədi – 47:24.
30 mart
Kəpəz – Səbail

“Kəpəz”in bu rəqiblə ev oyunlarının balansı: 7:+4=0-3, 10:11.
2017/18 – 2:3, 2:1; 2022/23 – 3:0, 1:0; 2023/24 – 0:3, 1:4; 2024/25 – 1:0.
Cəzalılar: Süleyman Alluş, İlkin Muradov (hər ikisi "Səbail").
“Futbol+”in proqnozu: 40-30-30.
Tovuz, şəhər stadionu. Saat 16.00.
Bu, nəinki turun, bəlkə də 4-cü dövrənin ən dramatik və gərgin oyunu kimi yadda qala bilər. Meydan sahibləri 9-cu, qonaqlar isə sonuncu pillədədi. Bu o deməkdi ki, “Kəpəz” qələbə sayəsində premyer-liqadakı yerini böyük ölçüdə qorumağa nail ola bilər. “Səbail” isə xal fərqini “əritməyə” çalışmalıdı. Üç xal daha güclü və hazırlıqlı komandaya qismət olacaq. Və “dənizçilər” bu yöndə o qədər də şanslı görünmür. Təbii ki, Cavid Hüseynovdan sonra baş məşqçi postuna gələn Elvin Məmmədov qısa vaxtda inqilabi dəyişikliyə nail olmasa...
Komandalar indiyə qədər 15 dəfə qarşılaşıb. Bunların 8-də “Səbail”, 4-də “Kəpəz” qalib gəlib, 3-də hərəyə bir xal düşüb. Topların nisbətində “dənizçilər” öndədi – 26:15.
Zirə - Şamaxı
“Zirə”nin bu rəqiblə ev oyunlarının balansı: 16:+6=8-2, 21:13.
2015/16 – 0:0, 2:1; 2016/17 – 1:1, 1:1; 2017/18 – 1:1, 1:2; 2018/19 – 2:2, 2:0; 2019/20 – 3:1; 2020/21 – 3:1, 0:0; 2021/22 – 2:0, 0:0; 2022/23 – 1:0, 2:2; 2024/25 – 0:1.
Cəzalı: Brahim Konate (Şamaxı).
“Futbol+”in proqnozu: 30-30-40.
Zirə, İdman Kompleksinin stadionu. Saat 18.00.
Demək olar ki, “Zirə” 2-ci pillədəki, “Şamaxı” premyer-liqadakı yerini təmin edib. Hər halda, hadisələrin axarının bununla nəticələnməsi ehtimalı böyükdü. Çünki hər iki komanda həm baxımlı oyun göstərir, həm də sabit nəticələr qazanır. Bu üzdən Zirədə baxımlı oyuna şahidlik edəcəyimizə şübhə yoxdu. Onsuz da komandaların mövqeyini möhkəmləndirməyə ehtiyacı var. Bunun üçün döyüşmək lazımdısa, həm Rəşad Sadıqovun, həm də Ayxan Abbasovun komandasının yetərincə döyüşkən olduğunu unutmamalıyıq.
Bu komandalar indiyə qədər 34 dəfə qarşılaşıb. Bunların 14-də “Zirə”, 7-də “Şamaxı” qalib gəlib, 13-də isə “sülh” qeydə alınıb. Topların nisbətində “qartallar” öndədi – 43:31.
1. Qarabağ 27 20 4 3 65-16 64
2. Zirə 27 16 4 7 44-22 52
3. Araz-Naxçıvan 27 13 8 6 27-22 47
4. Turan Tovuz 27 11 10 6 34-29
5. Sabah 27 7 14 6 36-34 35
6. Neftçi 27 7 10 10 25-35 31
7. Sumqayıt 27 8 4 15 20-36 28
8. Şamaxı 27 7 7 13 25-32 28
9. Kəpəz 27 6 5 16 22-52 23
10. Səbail 27 4 6 17 21-41 18
Bombardirlər: Leandro Andrade (Qarabağ) – 11, Cesse Sekidika (Sabah) – 10, Felipe Santos (Araz-Naxçıvan), Davit Volkov (Zirə) – 9.
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Mart 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see219

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see208

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see193

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see183

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see165

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see148

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see145

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see142

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see141

Merz: 2026 cı il Avropa üçün həlledici ola bilər

31 Dekabr 2025 07:40see139

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see139

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see138

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri