Icma.az
close
up
RU
Bayılda autsayderlərin dueli, “Sumqayıt” 11 ə doğru…

Bayılda autsayderlərin dueli, “Sumqayıt” 11 ə doğru…

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Ölkə kubokunda yarımfinal cütlərinin adına aydınlıq gəldi.

Deməli, üzümüzü Misli premyer-liqasına tərəf çevirə bilərik. Ona görə ki, bu gün elita klublarının yarışında 25-ci tura start veriləcək. Aşağıda bəhs edəcəyimiz oyunlar “CBC Sport”un efirində canlı yayınlanacaq.
Misli premyer-liqası
3-cü dövrə, 25-ci tur
3 mart
Səbail – Şamaxı

“Səbail”in bu rəqiblə ev oyunlarının balansı: 12:+4=4-4, 10:13.
2017/18 - 1:0, 0:1; 2018/19 - 2:1, 1:4; 2019/20 - 0:0; 2020/21 - 1:1, 1:1; 2021/22 - 1:2, 0:3; 2022/23 - 0:0, 1:0; 2024/25 – 2:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-30-30.
Bakı, “ASCO Arena”. Saat 17.00.
Tura azarkeşlərin nəfəsini tutacağı, qəlblərinin həyəcandan sinəyə sığışmayacağı, qalibin müəyyənləşəcəyi anı səbrsizliklə gözləyəcəyi oyunla start veriləcək. Maraqlıdı ki, söhbət hansısa avrokuboklara iddialılarınn qarşılaşmasından yox, autsayderlərin duelindən gedir. Oyuna maraq qataq, gərginliyi artıran məqam isə təbii ki, aşağı pillələrdə qərarlaşan komandalar arasında xal fərqinin az olmasıdı.
Bəllidi ki, qələbə qazanan mövqeyini yaxşılaşdırmaqla yanaşı, elitada qalmaq şansını xeyli artıracaq. Bu üzdən həm meydan sahibləri, həm də qonaqların prinsipiallıq göstərəcək. “Səbail”in nəticələri ürəkaçan olmasa da, oyun tərzinə müsbət yöndə dəyişikliklərin yaşanması tərəfdarlarını xeyli ümidləndirib. Bayıl təmsilçisi rəqibin kimliyindən asılı olmayaraq, baxımlı və nəticəyə köklənən oyun nümayiş etdirir. “Dənizçilər”in sonuncu pillədə olmasına baxmayaraq, inamlı təsir bağışlaması psixoloji durumun qaydasında olduğunun göstəricisidi. Bu məqamlara əsasən, “Şamaxı”nın ciddi çətinliklərlə üzləşəcəyini deməkdə fayda var.
“Şirlər” “dənizçilər”in son matçlarda iddialı rəqiblərindən – “Turan Tovuz”, “Araz-Naxçıvan” və “Sabah”dan bir xal aldığını, premyer-liqada qalmaq uğrunda mübarizə aparan “Kəpəz” və “Sumqayıt”ı məğlub etdiyini nəzərə almalıdı. Yoxsa qonaqlar Bayıl təmsilçisinin növbəti qurbanına çevriləcək. “Şamaxı”nın şanslarının daha az olduğunu deməyə əsasımız var. Ona görə ki, bölgə təmsilçisi son 17 matçda cəmi iki qələbə qazanıb. Düzdü, komanda döyüşkən oyun sərgiləməkdən çəkinmir. Lakin performansın nəticəyə yansımaması “şirlər”i ruhdan salmaqdadı. Burda yalnız Ayxan Abbasovun təcrübəsi danışmalıdı ki, komanda səfərdən qələbəylə dönsün.
Bu komandalar indiyə qədər 25 dəfə qarşılaşıb. Bunların 9-da “Səbail”, 7-də “Şamaxı” qalib gəlib, 9-da hərəyə 1 xal düşüb. Topların nisbətində “dənizçilər” öndədi - 25:23.
Sumqayıt – Qarabağ
“Sumqayıt”ın bu rəqiblə ev oyunlarının balansı: 24:+5=4-15, 11:54.
2011/12 – 0:0; 2012/13 – 1:6; 2013/14 – 0:3, 1:0; 2014/15 - +:-*, 1:2, 2015/16 – 1:0, 0:2; 2016/17 – 0:2, 0:4; 2017/18 – 1:1, 0:1; 2018/19 – 0:2, 0:6; 2019/20 – 2:1; 2020/21 – 2:2, 0:0; 2021/22 – 0:4, 0:3; 2022/23 – 0:2, 0:6; 2023/24 – 1:6, 1:0; 2024/25 – 0:1.
* - texniki nəticə top fərqində nəzərə alınmayıb.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 10-30-60.
10 oyunluq “qol orucu” və qələbəsiz seriya… Tam əminliklə demək olar ki, heç kim uzun illərdi hegemonluğu davam etdirən, zəngin avrokubok təcrübəsinə malik və liderliyini möhkəmləndirmək naminə bütün qüvvəsini səfərbər etməkdən çəkinməyəcək komandanın önünə belə biabırçı statistikayla çıxmaq istəməz.
Təbii ki, sadalanan məqamlar işin yalnız rəqəmlərlə bağlı hissəsidi. Bir tərəfdə 4 cavabsız qol buraxmaqla kubokla vidalaşan “Sumqayıt” varsa, qarşıda yarımfinal mərhələsinə yüksələn “Qarabağ” var. Bu üzdən matçın nəticəsini indidən təxmin etmək asandı. Onsuz da bu komandaların bir-birinə qarşı mübarizəsində də Ağdam təmsilçisinin çox ciddi üstünlüyü var. “Sumqayıt”ın uğursuz seriyasının 11-ə çatmaması üçün möcüzə baş verməli, bəlkə də futbol tanrısı göydən yerə enib “köhlən atlar”a mane olmalıdı. Hər halda, “kimyaçılar” reallıqla barışmamalı, son ana qədər azı bir xal uğrunda döyüşməkdən çəkinməməlidi.
Bu komandalar indiyə qədər 49 dəfə üz-üzə gəlib. Bunların 37-də “Qarabağ”, 7-də “Sumqayıt” qələbə qazanıb, 5-də hərəyə 1 xal düşüb. Topların nisbətində “köhlən atlar”ın əzici üstünlüyü var – 122:23.
1. Qarabağ 24 18 3 3 60-15 57
2. Araz-Naxçıvan 24 13 6 5 23-16 45
3. Zirə 24 14 3 7 40-21 45
4. Turan Tovuz 24 11 9 4 32-24 42
5. Sabah 24 7 12 5 33-30 33
6. Neftçi 24 6 9 9 22-32 27
7. Sumqayıt 24 6 4 14 15-33 22
8. Şamaxı 24 5 6 13 21-31 21
9. Kəpəz 24 5 4 15 21-49 19
10. Səbail 24 4 6 14 20-36 18
Bombardirlər: Leandro Andrade (Qarabağ), Cesse Sekidika (Sabah) - 9, Coy-Lens Mikels (Sabah), Felipe Santos (Araz-Naxçıvan), Davit Volkov, Salifu Suma (hər ikisi “Zirə”) - 8.
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Mart 2025 07:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see367

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see278

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see234

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see217

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see216

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see209

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see200

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see196

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see192

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see187

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see180

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see175

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see170

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see160

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see157

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see157

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see156

Azərbaycanda general vəfat etdi FOTO

16 Avqust 2026 12:16see155

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see151

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri