Avarçəkmə üzrə Prezident Kuboku 3 cü dəfə Avropa Kanoe Assosiasiyasının təqvim planında
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa Kanoe Assosiasiyası “ECA” “Prezident Kuboku-2025” beynəlxalq reqatasını rəsmi təqvim planına daxil edib.
İdman.biz xəbər verir ki, assosiasiyanın rəsmi internet səhifəsində reqata haqqında geniş məqalə dərc olunub.
Yazıda iştirakçı komandaların Bakıya gəlişi, açılış mərasimi, yarış və bağlanış günləri haqqında məlumat verilib.
Təsdiqlənmiş təqvimə əsasən iştirakçı komandalar aprelin 28-də Bakıya gələcək. Bir gün sonra Mingəçevirdə “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi açılış mərasimi və parad təşkil olunacaq. Aprelin 30-u Suqovuşan su anbarında bir nəfərlik kayak və kanoe üzrə 200 metr məsafəyə yarışlar keçiriləcək. Reqata 1-2 may tarixlərində Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində (OTİM) davam edəcək. Mayın 2-də yarışların final görüşləri keçiriləcək.
Qeyd edək ki, “Prezident Kuboku-2023” və “Prezident Kuboku-2024” beynəlxalq reqataları da Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilmişdi.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 04 Aprel 2025 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















